Azərbaycan və CAREC ölkələri üçün yeni fürsət
24.12.2025 [09:48]
Asiya Bankı üzv ölkələr arasında ticarətin rəqəmsallaşdırılmasına maliyyə dəstəyi göstərəcək
Asiya İnkişaf Bankı (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində regional layihələrin maliyyələşdirilməsinə başladanıldığını açıqlayıb. Bankın məlumatına görə, CAREC proqramı çərçivəsində 2030-cu ilə qədər inteqrasiya olunmuş ticarət gündəliyinin ikinci mərhələsi olan “Rəqəmsal ticarətin sürətləndirilməsi” layihəsinin həyata keçirilməsi üçün texniki şərtlər razılaşdırılıb və təsdiqlənib. Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edəcək layihəni AİB-in yaxın tərəfdaşı olan Cənubi Koreyanın Elektron Asiya və Bilik Tərəfdaşlığı Fondu maliyyələşdirəcək. Layihə ticarət sənədlərinin rəqəmsallaşdırılmasını, rəqəmsal ticarət üzrə model qaydalarını, prinsip və standartlarını, sərhədlərarası məlumat axınını idarəetmə sisteminin və ödənişlərin təşviqini nəzərdə tutur.
Elektron ticarətin yeni qaydaları müəyyənləşir
AİB-in açıqlamasında vurğulanır ki, rəqəmsal ticarətin genişləndiyi bir mərhələdə bəzi CAREC ölkələrində elektron ticarət sənədləri üzrə prosedurlar hələ tam tamamlanmayıb. Həmin ölkələr tərəfindən rəqəmsal strategiyalar qəbul edilsə də, bu, e-ticarət üzrə model qaydalar, prinsiplər və standartlardan tam şəkildə istifadə olunmur. Rəqəmsal ödəniş siyasətindəki fərqlər və ödəniş sistemlərinin uyğunsuzluğu səbəbindən sərhədlərarası ödənişlərdə ciddi bir problemlər meydana çıxır ki, bu da elektron əməliyyatları məhdudlaşdırır. Bu baxımdam e-ödəniş infrastrukturu ilə bağlı asan sistemin qurulması vacibdir və pilot layihələrin həyata keçirilməsi ilə bu çətinlikləri həll etmək mümkündür. Eyni zamanda, rəqəmsal ticarətin və digər biznes fəaliyyətlərinin əsasını təşkil edən sərhədlərarası məlumat axını zamanı tələb olunan məxfilik və kibertəhlükəsizlik məsələləri üzrə idarəetmə sisteminin gücləndirilməsinə ehtiyac vardır ki, üzv ölkələr bu amili xüsusi olaraq nəzərə almalıdır. Bütün bu amilləri nəzərə alan AİB icra ediləcək layihənin müsbət nəticələri sayəsində rəqəmsal ticarət sahəsində mübadilə və informasiya sistemlərinin güclənəcəyinə əmindir.
Bakı Bəyannaməsindən irəli gələn tələblər
Qeyd edək ki, CAREC Tərəfdaşlığına dair Bakı Bəyannaməsi 2024-cü il noyabrın 14-də COP29 çərçivəsində CAREC ölkələrinin Azərbaycanda keçirilən Yüksək Səviyyəli Sessiyasında imzalanıb. Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya üzrə Əməkdaşlıq və İnteqrasiya Departamentinin dəstəyi ilə keçirilən sessiyada CAREC Proqramının regional inkişafda töhfələrinin artırılması məqsədilə yeni prioritetlər müəyyənləşib. Bakı Bəyannaməsi müxtəlif sektorlar üzrə yüksək keyfiyyətli layihələrə, o cümlədən prioritet istiqamətlərə sərmayə qoymaqla regional əməkdaşlığın gücləndirilməsini dəstəkləyir ki, onlardan ən mühümü qlobal nəqliyyat, logistika imkanlarının artırılması məqsədilə ticarətin asanlaşdırılması, o cümlədən rəqəmsal ticarətə keçidin sürətlənsirilməsini nəzərdə tutur.
AİB regionda mühüm nəqliyyat qovşağına çevrilən Azərbaycanın Asiya-Cənubi Qafqaz-Avropa coğrafiyasında mühüm logistik potensialını və əlaqələndirici kommunikasiya üstünlüklərini nəzərə alaraq transsərhəd və tranzit prosedurlarının, logistikanın davamlı olaraq təkmilləşdirilməsi və ticarətin rəqəmsallaşması üçün texniki və maliyyə yardımı göstərməyə hazır olduğunu bəyan edib. Bu məqsədlə Azərbaycanın CAREC ölkələri ilə ticarət və investisiya əlaqələrinin gücləndirilməsini nəzərdə tutan “Rəqəmsal ticarətin sürətləndirilməsi” layihəsi hazırlanıb.
Xarici ticarət asanlaşması investisiya imkanlarını artıracaq
Yeni layihənin icrası e-ticarət qaydalarının asanlaşması sayəsində böyük bir coğrafiyada rəqəmsal habın formalaşmasını təmin etməklə Azərbaycanın CAREC ölkələri ilə ticari-logistik mübadilələrini də genişləndirəcək. Xatırladaq ki, 2024-cü ildə Azərbaycan ilə CAREC-ə üzv dövlətlər arasında ticarət dövriyyəsi 5 milyard dolları ötüb və CAREC ölkələrinin Azərbaycanın ümumi xarici ticarətində payı 12 faizə çatıb. Eyni zamanda, respublikamız təşkilata üzv olan ölkələrinin iqtisadiyyatına birbaşa 4,2 milyard dəyərində investisiya yatırıb, qarşı tərəfin də sərmayələrində artımlar baş verib.
Hədəflər isə böyükdür və daha böyük ticarət dövriyyələrinin əldə olunmasıdır. Bunun üçün asan ticarət, preferensial qaydaların tətbiqi, sərhədkeçmə prosedurlarının rəqəmsal arxitektura üzərində inkişafı, habelə logistik daşınmalarda ənənəvi nəqliyyat tranzitlərinin rolunun azaldılması və “yaşıl nəqliyyat” sxemlərinin həyata keçirilməsi planlaşdırılır. Bu hədəflərin reallaşması sayəsində Azərbaycan- CAREC ölkələri arasında ticarət, investisiya imkanları da xeyli artmış olacaq.
Beləliklə, Asiya İnkişaf Bankının maliyyə dəstəyi göstərdiyi “Rəqəmsal ticarətin sürətləndirilməsi” layihəsinin icrası rəqəmsal və “yaşıl prinsiplərin” tətbiqinə imkan verməklə, bölgədə ticarəti şaxələndirəcək, ölkəmizin xarici ticarət tərəfdaşları ilə əlaqələrini daha da genişləndirəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40

