Nağdsız ödənişlər iqtisadi inkişafa və şəffaflığa xidmət edir
29.10.2013 [09:33]
Ölkəmizdə nağd əməliyyatların məhdudlaşdırılması və nağdsız ödənişlərin stimullaşdırma tədbirləri üç əsas istiqamət üzrə aparılır
“Son dövrlərdə milli iqtisadiyyatımızın qloballaşması, informasiya texnologiyalarının inkişafı nəticəsində daxili və beynəlxalq maliyyə transaksiyalarında müxtəlif tipli plastik kartlar, internet və digər elektron ödəmə sistemləri vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi xeyli artıb”.
Bunu KİV-ə açıqlamasında Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayev deyib. Onun sözlərinə görə, qeyri-nağd pul kütləsinin geniş pul kütləsindəki payının artırılması məsələsinin aktuallığı, bir tərəfdən iqtisadiyyatın idarə edilməsi və onun monitorinqinin aparılmasının əhəmiyyəti, digər tərəfdən isə vergitutma bazasının genişlənməsinin və iqtisadi münasibətlərdə şəffaflığın artırılmasının zəruriliyi ilə şərtlənir.
A.Musayev deyib ki, müasir dövrdə Azərbaycanda nağdsız ödənişlər müxtəlif formalarda (banklar, POS-terminallar, bankomatlar, internet vasitəsilə və digər) həyata keçirilir: “Hazırda Azərbaycanda qeyri-nağd pul kütləsinin ÜDM-dəki payı 8,4 faiz təşkil edir. Nağd pul dövriyyəsinin iqtisadiyyata bir sıra mənfi təsirlərini nəzərə alaraq nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində qeyri-nağd pul kütləsinin həcmi illər üzrə xeyli artıb. Ölkəmizdə 2005-ci illə müqayisədə bu göstərici 2012-ci ildə 18,3 dəfə artaraq 249,3 milyon manatdan 4549,8 milyon manata çatıb”.
İdarə rəisi deyib ki, milli ödəniş sisteminin inkişafı yeni xidmət sahəsinin formalaşmasına səbəb olub. Məsələn, POS-terminalların tətbiqi bu sahəyə xidmət göstərən bank qurumlarının əlavə gəlir mənbələridir. Banklar POS-terminaldan istifadəyə görə və POS-terminal vasitəsilə həyata keçirilən əməliyyatlara görə təsərrüfat subyektlərindən müvafiq xidmət haqları alırlar. Beynəlxalq sferada bu xidmət ekvayrinq xidməti adlanır. Belə ki, POS-terminal vasitəsilə həyata keçirilən əməliyyatların aylıq həcmi orta hesabla 1000 manatadək olan təsərrüfat subyektləri üçün aylıq sabit xidmət haqqı alınır. Bu aylıq xidmət haqqı 50 manata qədərdir. 1000 manatdan artıq olan təsərrüfat subyektləri üçün isə aylıq xidmət haqqı həmin əməliyyatın 1-3 faizi həddində müəyyən edilib. POS-terminalların alınması və quraşdırılması, həmçinin həmin avadanlıq üçün rabitə xidmətlərinin ödənişi bankın xidmət haqqına daxildir. Müqayisə üçün qeyd edək ki, Ukraynada banka məxsus kartlar vasitəsilə POS-terminal üzrə aparılan ödəniş məbləğinə görə təsərrüfat subyektindən 1-2 faiz həcmində, digər banka məxsus kartlar vasitəsilə aparılan ödəniş məbləğinə görə 2-2,8 faizi həcmində ekvayrinq (xidmət tarifləri) tələb edilir. Rusiyada isə bir qayda olaraq banka məxsus kartlar vasitəsilə POS-terminal üzrə aparılan ödəniş məbləğinə görə təsərrüfat subyektindən 1-1,5 faiz həcmində, digər banka məxsus kartlar vasitəsilə aparılan ödəniş məbləğinə görə 2 faizi həcmində ekvayrinq tələb olunur. Qazaxıstanda banka məxsus kart vasitəsilə ödəniş aparıldıqda 0,5-2 faiz, digər banklara məxsus kartlarla ödəmə aparıldıqda isə 1,5-3 faiz xidmət haqqı tutulur. Moldovada POS-terminallar vasitəsilə əməliyyatlar yerli banklar tərəfindən təqdim olunan kartlarla aparıldıqda 1,8 faiz, xarici banklar tərəfindən verilən kartlarla aparıldıqda isə 2,8 faiz həcmində komisyon haqqı tutulur.
İdarə rəisi deyib ki, nağdsız dövriyyənin artırılmasının əsas şərtlərindən biri nağdsız ödəmə avadanlıqlarının tətbiqinin genişləndirilməsidir. Son illərdə ölkəmizdə bank sisteminin geniş inkişafı müşahidə olunur. Belə ki, Mərkəzi Bankın məlumatlarına əsasən, 2013-cü il 1 iyul tarixinədək ölkəmizdə 43 yerli bank fəaliyyət göstərib ki, bunlardan 42-si özəl banklardır. İki bank isə xarici bankların filialı kimi fəaliyyət göstərir. Yerli özəl bankların regionlarda və Bakı şəhərinin müxtəlif rayonlarında 640 filialı fəaliyyət göstərir. Eyni zamanda, hazırda nağdsız hesablaşmaların həcmi, bankomat və POS-terminalların sayı durmadan artmaqdadır. Qeyd olunan dövrdə ölkəmizdəki bankomatların sayı 2351 ədəd olub. Bunlardan 1324 ədədi Bakıda, 1027 ədədi isə regionlardadır. Hazırda POS-terminalların sayı da artırılaraq 2010-cu ildə 7872, 2011-ci ildə 13220, 2012-ci ildə 36860, 2013-cü ilin ilk 6 ayında isə 37166-ya çatdırılıb. Onların 33284-ü Bakıda, 3882-si regionlardadır. 2013-cü ilin ilk 6 ayı ərzində POS-terminallar vasitəsilə aparılan əməliyyatların sayı 4293 min, həcmi isə 432 milyon manat təşkil edib. 2012-ci ilə olan məlumata əsasən, ölkəmiz (4130) hər milyon nəfərə düşən POS-terminaların sayına görə Qazaxıstanı (1708), qabaqlasa da, digər ölkələrlə Latviya - (12100), Estoniya (20273) ilə müqayisədə geridə qalır. Azərbaycanda plastik kartların sayı 2013-cü ilin iyununa olan məlumata əsasən, 5301 min ədədə çatıb. Bunlardan 4665 mini debet kartları, 636 mini isə kredit kartlarıdır.
Akif Musayev sonda “hazırda Azərbaycanda nağdsız ödənişlərin aparılması ilə bağlı texniki vasitələr və infrastruktur yaradılıb. Ölkəmizdə nağd əməliyyatların məhdudlaşdırılması və nağdsız ödənişlərin stimullaşdırma tədbirləri üç əsas istiqamət üzrə aparılır. Bunlar istehlakçıların maraqlarının nəzərə alınması, istehsalçıların və sahibkarlıq subyektlərinin maraqlarının nəzərə alınması, bank və kredit sektorunun maraqlarının nəzərə alınmasıdır” deyə bildirib.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

