Agentliyin sədr müavini: İKT sahəsində əmək müqavilələrinin sayı 34 minə çatıb
29.11.2025 [15:26]
Gənclərin əmək bazarına inteqrasiyası və rəqəmsal bacarıqlarının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov “İKT Karyera Sərgisi”nin açılışında deyib.
Sədr müavini bildirib ki, dünyada gələcəyin əmək bazarına dair həm nikbin, həm də pessimist yanaşmalar mövcuddur, müxtəlif tədqiqatlar və hesabatlar bu istiqamətdə proqnozlar təqdim edir.
Dünya İqtisadi Forumunun 2025-ci il hesabatına görə, qarşıdakı 5 ildə dünyada ixtisasların 22 faizi struktur olaraq dəyişəcək.
“Şirkətlərin 39 faizi isə bacarıq boşluqlarına görə transformasiyanı lazımınca həyata keçirə bilməyəcək. Bu səbəbdən dövlətlər və korporasiyalar bacarıq boşluqlarını aradan qaldıran xüsusi proqramlara böyük önəm verirlər. Azərbaycanda dövlət qurumları, özəl sektor və ictimai təşkilatlar arasında əmək bazarının inkişafı, gənclərin məşğulluq imkanlarının genişləndirilməsi və onların müasir bacarıqlarla təmin olunması istiqamətində əməkdaşlıq gücləndirilir. Bu əməkdaşlıq gənclərin bilik və bacarıqlarının əmək bazarının tələblərinə uyğun formalaşmasına mühüm təsir göstərir”, - deyə sədr müavini əlavə edib.
Hasil Abbasov qeyd edib ki, tədbirdə informasiya və kommunikasiya sahəsində siyasəti formalaşdıran və icra edən qurumlarla yanaşı, məşğulluq xidmətlərinin təşkili ilə məşğul olan qurumlar və ali təhsil müəssisələrinin iştirakı təsadüfi deyil. Bu, gənclərin peşəkar şəxsiyyət kimi formalaşması prosesində bütün bu institutların mühüm rol oynadığını göstərir: “Gəncləri işəgötürənlərlə eyni platformada bir araya gətirmək işəgötürənlərin axtardığı səriştəli, bacarıqlı, enerjili, emosional zəka və yumşaq bacarıqlara malik namizədləri daha asan tapmasına imkan yaradır. Bu, dövlətin gənclərin gələcəyinə göstərdiyi qayğının bariz nümunəsidir”.
Sədr müavininin sözlərinə görə, əgər 2020-ci ilə qədər İKT sahəsində əmək müqavilələrinin sayı 26 min idisə, hazırda bu göstərici 34 minə çatıb.
“Agentliyin prioritet sahələr üzrə peşə hazırlığı kurslarının 27 istiqaməti məhz informasiya-kommunikasiya texnologiyalarına aiddir ki, bu da gənclərin əmək bazarına daha sürətli adaptasiyasına xidmət edir. 2019–2030-cu illəri əhatə edən Məşğulluq Strategiyası gənclərin əmək bazarında transformasiyası, rəqəmsal texnologiyalardan səmərəli istifadə etməsi və peşəkar inkişafı üçün əsas hədəfləri müəyyənləşdirir. Formal təhsillə yanaşı, qeyri-formal və informal öyrənmə imkanlarının genişləndirilməsi də gənclərin rəqabətqabiliyyətliliyinin artırılmasında mühüm rol oynayır. Sizin gələcəyiniz üçün yalnız formal təhsil deyil, əlavə bilik və bacarıqların qazanılması, fərdi inkişaf və rəqəmsal trendlərə uyğunlaşma əsas şərtlərdəndir”, – deyə Hasil Abbasov qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

