“AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib
09.11.2025 [18:41]
“AzerGold” QSC tərəfindən hazırlanan “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyası təqdim edilib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, xatirə kolleksiyası Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələri üzərində əldə etdiyi tarixi Qələbənin 5 illiyinə ithaf olunub.
“Zəfər” limitli qızıl sikkə kolleksiyası Azərbaycan xalqının birlik və iradəsini, Vətən uğrunda döyüşən qəhrəman oğullarımızın şücaətini, eləcə də dövlətimizin ərazi bütövlüyünün bərpasını və müdrik siyasətin təntənəsini simvolizə edir.
Qızıl sikkənin mərkəzi elementi Vətən Müharibəsi Memorial Kompleksinin əsas komponenti olan Zəfər Tağı abidəsidir. Zəfər Tağından keçid xalqımızın tarixi Qələbəyə doğru irəlilədiyi simvolik yolun təcəssümüdür. 44 ədəd sütun Vətən müharibəsinin 44 gününü, onun daşıdığı ağac azad edilmiş torpaqlarda bərpa olunan tarixi köklərimizi, bu günümüzü və gələcəyimizi simvolizə edir.
Sikkə üzərində yer alan “8” təsviri, Prezident–Xalq–Ordu birliyi ilə tarixiləşən 8 Noyabr - Zəfər Gününü əks etdirir. Dövlət rəmzlərinin əsas elementlərindən biri olan səkkizguşəli ulduz ornamenti sikkəni haşiyəyə almaqla qazanılmış Qələbənin əzəmətini və əbədiliyini vurğulayır.
Qeyd edək ki, “Zəfər” qızıl sikkə kolleksiyası dövlət şirkətinin sayca 19-cu məhsuludur. Xatirə sikkəsi Azərbaycanda hasil edilən qızıldan limitli sayda, hər çeşid üzrə - 200 ədəd olmaqla 5,10, 20 qram və 1 unsiya çəkilərində istehsal edilib.
Qızıl sikkə kolleksiyası “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində, həmçinin www.azergold.gift onlayn satış platforması vasitəsilə alıcılara təqdim edilir.
Xəbər lenti
Hamısına baxDünya
15 Dekabr 09:49
Dünya
15 Dekabr 09:20
Sosial
15 Dekabr 08:51
Sosial
15 Dekabr 08:16
Dünya
15 Dekabr 07:45
Dünya
14 Dekabr 23:35
Mədəniyyət
14 Dekabr 22:43
Dünya
14 Dekabr 21:39
Hadisə
14 Dekabr 20:25
Sosial
14 Dekabr 19:18
Dünya
14 Dekabr 18:39
Dünya
14 Dekabr 17:22
Mədəniyyət
14 Dekabr 16:35
Dünya
14 Dekabr 15:29
İdman
14 Dekabr 14:17
Dünya
14 Dekabr 13:36
Dünya
14 Dekabr 13:10
Dünya
14 Dekabr 12:41
Dünya
14 Dekabr 12:19
Dünya
14 Dekabr 11:23
Dünya
14 Dekabr 10:32
Mədəniyyət
14 Dekabr 09:46
Hadisə
14 Dekabr 09:20
İdman
14 Dekabr 08:54
Sosial
14 Dekabr 08:38
Dünya
13 Dekabr 23:20
Siyasət
13 Dekabr 22:49
Sosial
13 Dekabr 21:33
İdman
13 Dekabr 20:31
Dünya
13 Dekabr 19:15
Dünya
13 Dekabr 18:36
Hadisə
13 Dekabr 17:20
İdman
13 Dekabr 16:41
Hadisə
13 Dekabr 15:38
Dünya
13 Dekabr 14:22
Elanlar
13 Dekabr 13:46
Sosial
13 Dekabr 13:45
YAP xəbərləri
13 Dekabr 12:28
Siyasət
13 Dekabr 11:56
Gündəm
13 Dekabr 11:42
Sosial
13 Dekabr 11:35
İqtisadiyyat
13 Dekabr 11:13
Siyasət
13 Dekabr 10:58
MEDİA
13 Dekabr 10:34
İqtisadiyyat
13 Dekabr 10:17
Analitik
13 Dekabr 09:52
Analitik
13 Dekabr 09:34
Analitik
13 Dekabr 09:15
Siyasət
13 Dekabr 08:54
Ədəbiyyat
13 Dekabr 08:39
Dünya
12 Dekabr 23:18
Ədəbiyyat
12 Dekabr 22:53
YAP xəbərləri
12 Dekabr 22:46
YAP xəbərləri
12 Dekabr 22:35
İqtisadiyyat
12 Dekabr 21:49
İqtisadiyyat
12 Dekabr 21:30
YAP xəbərləri
12 Dekabr 21:25
Elm
12 Dekabr 21:16
Dünya
12 Dekabr 20:53
Dünya
12 Dekabr 20:38
YAP xəbərləri
12 Dekabr 20:14
Sosial
12 Dekabr 19:56
Dünya
12 Dekabr 19:31
YAP xəbərləri
12 Dekabr 19:13
YAP xəbərləri
12 Dekabr 18:35
YAP xəbərləri
12 Dekabr 17:44
YAP xəbərləri
12 Dekabr 16:52
YAP xəbərləri
12 Dekabr 16:28
Siyasət
12 Dekabr 16:16
YAP xəbərləri
12 Dekabr 16:06

