Sərmayələrin yeni gündəliyi
06.11.2025 [10:38]
Azərbaycan və BƏƏ yeni əməkdaşlıq sənədi imzalayıb
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri çərçivəsində həmkarı, bu ölkənin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin iştirakı ilə İqtisadiyyat Nazirliyi və ADNOC-un investisiya platforması olan XRG arasında yeni əməkdaşlıq razılaşması imzalanıb. Razılaşma təbii qazın hasilatı sahəsində əməkdaşlıq edən SOCAR və XRG arasında tərəfdaşlığı enerji təchizatının şaxələndirilməsi istiqamətində genişləndirəcək. Xatırladaq ki, BƏƏ-nin XRG platforması ilə İqtisadiyyat Nazirliyi arasında bir neçə ay əvvəl Cənub Qaz Dəhlizində investisiya haqqında anlaşma memorandumu da imzalanıb ki, bu sənədlər yeni investisiya açarı sazişi kimi xarakterizə oluna bilər. Dünyanın ən nüfuzlu sərmayə institutlarından biri olan XRG-nin ölkəmizdəki layihələrdə təmsil olunması yüz milyonlarla dollar qeyri-neft investisiyasının cəlbi deməkdir.
Ölkəmizdə BƏƏ investisiyalı 350-dən çox kommersiya qurumu qeydiyyatdadır
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında qarşılıqlı hörmət, dərin etimad və möhkəm dostluğa əsaslanan münasibətlər son illərdə inkişaf edərək ən yüksək səviyyəyə çatıb. Dövlət başçılarının davamlı xarakter alan qarşılıqlı səfərləri, hökumət və dövlət orqanlarının nümayəndələrinin intensivləşən görüşləri, parlamentlərarası fəal münasibətlərin qurulması, habelə beynəlxalq platformalarda faydalı əməkdaşlıq dövlətlərarası əlaqələrin strateji tərəfdaşlıq zirvəsinə qalxmasına səbəb olub.
Tərəflər arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, ölkəmizin enerji infrastrukturuna investisiyanın cəlb edilməsi, gəlirlərin şaxələndirilməsi və etibarlı tərəfdaş kimi rolunun gücləndirilməsi də strateji əhəmiyyət daşıyır. 2016-cı il fevral ayında “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Baş Departamenti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması iqtisadi sektorda gələcək dərin əməkdaşlıq üçün mühüm təməllər yaradıb. 2017-ci ildən bəri Dubay şəhərində ölkəmizin ticarət nümayəndəliyinin, 2019-cu ildən isə yerli məhsullarımızın BƏƏ və Körfəz ölkələrində satışını təşkil etmək və “Made in Azerbaijan” brendinin BƏƏ bazarında daha çox tanıtmaq üçün “Azərbaycan Ticarət Evi”nin fəaliyyətə başlaması münasibətlərdə uzunmüddətli dövr üzrə yeni əməkdaşlıq səhifəsi açıb. Hazırda Azərbaycanda BƏƏ investisiyalı 350-dən çox kommersiya qurumu qeydiyyatdadır.
“Masdar”ın 2 milyard dollar sərmayəsi
Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri Azərbaycanın strateji tərəfdaşı kimi enerji və iqtisadi inkişafa töhfə verir. BƏƏ tərəfindən investisiya qoyuluşunda əsas sahə kimi “yaşıl enerji” sektoru mühüm əhəmiyyət kəsb etməkdədir. Ərəb sərmayəçiləri Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş bərpaolunan resursların hasilatında əsas investor kimi təmsil olunmaq niyyətindədir. Bu iqtisadi gündəliyə uyğun olaraq, BƏƏ-nin nəhəng investoru “Masdar” Azərbaycanda ən potensial investorlardan biridir, şirkət 230 meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyasına 262 milyon dollarlıq sərmayə yatırıb və stansiya 2023-cü ildə istifadəyə verilib. Qaradağ Günəş Elektrik Stansiyasının açılışı enerji sahəsində ən nəhəng layihənin icrası kimi tarixə düşüb.
“Masdar”la imzalanmış digər sazişlərə əsasən, Biləsuvarda 445 MVt, Neftçalada 315 MVt gücündə iki günəş elektrik stansiyası və Qaradağda 240 MVt gücündə bir külək elektrik stansiyasının inşası nəzərdə tutulur. Ümumi sərmayə dəyəri 1 milyard dollar məbləğində qiymətləndirilən 3 layihənin təməlinin atılması bərpa olunan enerji sektorunda böyük sərmayə bumunun nümunəsi hesab edilə bilər. Bundan başqa, “Masdar”la SOCAR arasında Naxçıvan Muxtar Respublikasında 500 MVt gücündə bərpa olunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb. Ümumilikdə, “Masdar” şirkəti Azərbaycanda icra etdiyi investisiya planına əsasən, bərpaolunan enerji sahəsinə 2 milyard dollardan artıq sərmayə yatıracaq.
Biznes Şurası ticari əlaqələrin inkişafını təşviq edir
Tərəflər arasında ticarət dövriyyəsi 2024-cü ildə 2,24 milyard dollara qədər artıb ki, bu, ərəb dövlətləri blokunda ən böyük göstəricidir. İmkanlar isə daha böyükdür. Mövcud potensialları bir platformada birləşdirən tərəflər müştərək iqtisadi hədəfləri həyata keçirmək üçün daha geniştutumlu Yol Xəritəsi hazırlayıb.
İqtisadi əlaqələrin inkişafında Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyasının fəaliyyəti xüsusi əhmiyyət daşıyır. Komissiyanın indiyədək 8 iclası keçirilib və faydalı yekun razılaşma sənədləri imzalanıb. Həmçinin Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə BƏƏ-nin Ticarət və Sənaye Palataları Federasiyası arasında bir neçə ay əvvəl imzalanmış Birgə Biznes Şurasının yaradılması haqqında memorandum iki ölkənin biznes icmalarını bir platformada birləşdirən müştərək təsisat rolunu oynayır və investisiyayönümlü layihələri təşviq edir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59

