Qeyri-meyvə araqlarının pərakəndə satışının minimum qiymətləri müəyyən edilib
24.10.2025 [22:53]
Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində əhalinin sağlamlığının və istehlakçı hüquqlarının qorunması daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə normativ-hüquqi baza təkmilləşdirilir, beynəlxalq təcrübəyə uyğun tənzimləmə mexanizmləri tətbiq olunur.
Alkoqollu içkilərin pərakəndə satışına nəzarət bu baxımdan xüsusi önəm kəsb edir. Bu istiqamətdə İqtisadiyyat Nazirliyinin Kollegiyasının iclasında qablaşdırma həcmlərinə uyğun olaraq, yerli və idxal olunan qeyri-meyvə arağının pərakəndə satışının minimum qiymətləri təsdiq olunub. Minimum qiymət qeyri-meyvə arağının ən aşağı satış qiymətidir. Qanunla qeyri-meyvə arağı bu qiymətdən ucuz satıla bilməz.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, minimum qiymətin tətbiqində məqsəd ucuz qiymətə satılan, sağlamlığa daha çox zərərli olan və istehlakçılar tərəfindən daha çox istifadə edilən aşağı keyfiyyətli spirtli içkilərin az istifadə olunmasına nail olmaqdır. Həmçinin minimum qiymətlərin tətbiqi alkoqollu içkilərin yerli istehsalının rəqabət qabiliyyətini artıracaq və ixracını genişləndirəcək, əlavə maliyyə vəsaitinin formalaşması hesabına keyfiyyətli məhsul istehsalını təşviq edəcək, dövlət ödənişlərinin icra edilməsi üçün fiskal nəzarət tədbirlərinin daha effektiv aparılmasına şərait yaradacaq.
Minimum qiymət siyasəti ilə bağlı daha öncədən iri araq istehsalçıları ilə müzakirələr aparılıb, yerli istehsalçılar tərəfindən İqtisadiyyat Nazirliyinə təqdim edilən müvafiq məlumatlar araşdırılıb, monitorinqlər aparılıb.
Alkoqollu içkilərin minimum pərakəndə satış qiymətlərinin müəyyənləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunun tətbiqi haqqında 27 yanvar 2025-ci il tarixli Fərmanına və Nazirlər Kabinetinin “Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Qərarına uyğun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir.
Bu sahədə qanunvericiliyin tələblərinə riayət olunmasına dövlət nəzarəti Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə tapşırılıb.
İnzibati Xətalar Məcəlləsinin 455-1-ci maddəsinə əsasən pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılmasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz yüz manat məbləğində, hüquqi şəxslər isə iki min manat məbləğində cərimə edilir.
Qərar 24 noyabr 2025-ci il tarixdən qüvvəyə minir.
Qeyri-meyvə arağının pərakəndə satışının minimum qiymətləri aşağıdakı kimi təsdiq edilib:
|
№ |
Qablaşdırma tutumu |
Minimum pərakəndə satış qiyməti (ƏDV ilə, manat) |
|
|
Daxili istehsal üzrə |
İdxal üzrə |
||
|
50 qr |
1,96 |
2,43 |
|
|
100 qr |
2,98 |
3,92 |
|
|
200 qr |
4,17 |
6,06 |
|
|
250 qr |
4,95 |
7,31 |
|
|
330 qr |
6,50 |
9,62 |
|
|
375 qr |
7,60 |
11,14 |
|
|
500 qr |
9,50 |
14,22 |
|
|
700 qr |
12,42 |
19,03 |
|
|
750 qr |
13,93 |
21,01 |
|
|
1 l |
16,73 |
26,17 |
|
|
1,5 l |
26,10 |
40,26 |
|
|
1,75 l |
26,33 |
42,85 |
|
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

