Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Neft Fondu aktivlərini 70 milyard dollara çatdırıb

Neft Fondu aktivlərini 70 milyard dollara çatdırıb

24.10.2025 [11:52]

Azərbaycanın milli suveren institutu olan Dövlət Neft Fondunun (DNF) aktivləri 2025-ci ilin əvvəlindən ötən 9 ay ərzində 16,9 faiz artaraq 70 milyard 161,7  milyon dollara yüksəlib. Fond bu müddətdə aktivlər portfelini təxminən 10 milyard dollar böyüdüb.  DNF-nin yanvar-sentyabr aylarında 13 milyard manat, ümumi xərcləri isə 10, 9 milyard manat təşkil edib. Fond neft-qaz satışından 7 milyard 837 milyon manat gəlir əldə edib. İnvestisiya portfeli üzrə gəlirləri isə 5 milyard 235,7 milyon manat təşkil edib. Ümumilikdə, büdcədənkənar gəlirlər isə 15 milyard manatı ötüb. Neft Fondu 9 ay ərzində dövlət büdcəsinə 10 milyard 860 milyon manat vəsaiti transfert edib.

Dövlət Neft Fondunun gəlirlərində xüsusi yer tutan neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı mənfəət qlobal enerji bazarlarında davam edən gərginliklər və qiymət dəyişkənlikləri fonunda qənaətbəxş hesab edilə bilər. Belə ki, qurum mənfəət neftinin və qazın satışından 7 milyard 68,8 milyon manat, bonus ödənişləri və tranzit gəlirlərindən 765,3 milyon manat, akrhesabı ödənişlərdən 3,6 milyon manat əldə edib ki, bu da qlobal fraqmentasiyalar fonunda ümidverici göstəriclərdir.  Yeri gəlmişkən, dövr ərzində DNF-nin gəlir portfelinə “Azəri-Çıraq-Günəşli” yatağından 6,1 milyard manat, “Şahdəniz” yatağından isə 697 milyon manat məbləğində vəsait daxil olub.

Fond hərraclarda 4,3 milyard dollardan çox vəsait satıb

Neft Fondu dünya bazarlarında xarici valyutaların, o cümlədən qlobal tədavül aləti olan dolların kəskin dəyişkənlikləri fonunda valyuta məzənnələrinin dəyişməsindən zərərlər etməyib. Belə ki, DNF-nin valyuta üzrə yaranan fərq ilə bağlı büdcədənkənar gəliri 15 milyard manat təşkil edib. Onu da qeyd edək ki, Neft Fondu 2025-ci ilin ötən aylarında daxili valyuta bazarında aktiv maliyyə təchizatçısı kimi çıxış edərək xarici valyutaya olan tələbi artıqlaması ilə yerinə yetirib. Fond tərəfindən 9 ayda Mərkəzi Bankın vasitəçiliyi ilə həyata keçirilən hərraclarda 4 milyard 350,3 milyon dollar məbləğində vəsait satılıb ki, bu da daxili valyuta bazarındakı sabitliyi möhkəmləndirib.

Neft Fondu dövlət büdcəsinə böyükhəcmli transfert öhdəliyini tam icra etməklə yanaşı, ölkəmizin bir sıra iqtisadi-sosial prioritetləri üzrə layihələrinə də dəstək verib. Belə ki, yanvar-sentyabr aylarında “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 8,2 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 26,1 milyon manat vəsait yönəldib.

Qlobal bazarlarda əldə edilən gəlirlər

Qurumun aktivlərində müşahidə olunan artım əsasən, vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər və büdcədənkənar gəlirlər hesabına formalaıb. şmışdır. Belə ki, maliyyə bazarları baxımından, 3-cü rübdə müşahidə olunan nisbətən sakit iqtisadi-bazar mühiti dövlət istiqrazlarının gəlirlilik dərəcələrinin volatilliyinin əvvəlki rüblərlə müqayisədə azalmasına səbəb olsa da, Avrozona və Böyük Britaniyanın 10 illik dövlət istiqrazlarının gəlirlilik dərəcələrində artım, ABŞ-da isə azalma tendensiyasının müşahidə olunması şəraitində DNF borc öhdəliklərindən əhəmiyyətli həcmdə gəlirlər əldə edib. Bundan başqa, qlobal səhm bazarları üçüncü rübdə aktivlik nümayiş etdirərək əvvəlki rübdə müşahidə olunan artım tendensiyasını davam etdirib. Nəticədə qlobal səhm bloklarında, ələxsus da ABŞ bazarlarında baş verən yüksəliş nəticəsində, əsas indekslər yüksək gəlirlilik yaranıb və bu müsbət dinamika Neft Fondunun da  səhm bazarlarından faydalanmasını təmin edib.

Qızıl bazarı hesabat dövründə ardıcıl olaraq tarixi maksimum səviyyələri yeniləyərək yüksək gəlirlilik nümayiş etdirib. Qlobal miqyasda davam edən qeyri-müəyyənliklər, mərkəzi banklar tərəfindən həyata keçirilən iri həcmli alışlar və digər mənbələrdən mövcud tələbat qızılın qiymətinin yüksəlməsinə səbəb olub. Nəticə etibarilə, bu amillər Dövlət Neft Fondunun qızıl altportfelinin performansını əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq büdcədənkənar gəlirlərin artımına töhfə verib.

Təmkinli sərmayə siyasəti gəlirliliyi artırır

Azərbaycanın milli suveren təsisatı qlobal iqtisadi mühitdə və investisiya bazarlarında baş verən proseslərə uyğun olaraq öz investisiya siyasətini daim təkmilləşdirir, risklərin aşağı olması şərtilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasəti həyata keçirir. DNF hazırda məcmu aktivlərinin əhəmiyyətli hissəsini uğurlu investisiya siyasəti çərçivəsində qlobal bazarlarda müxtəlif maliyyə alətlərinə, o cümlədən, səhm, qızıl, daşınmaz əmlak və infrastruktur kimi müxtəlif sahələrə yönəldir. Fondun 2024-cü ilin üçüncü rübünə olan dövrdə investisiya portfelinin 67 faizini ABŞ dolları təşkil edib. İnvestisiya portfelinin 20,3 faizini avro, 5,1 faizini funt sterlinq, 2,6 faizini Çin yuanı, 1,4 faizini Yaponiya yeni, 3,6 faizini isə digər valyutalar təşkil edib.

“A2” reytinqi yüksək nüfuzu əks etdirir

Dövlət Neft Fondu hazırda dünyanın ən nəhəng suveren fondları, kapital institutları ilə sıx əməkdaşlıq edir. Dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan ABŞ-ın “Brookfield Asset Management” və “Brookfield” şirkətləri ilə ilə yaxın əməkdaşlıq münasibətləri investisiya nüfuzunun göstəricisidir. Habelə Amerikanın “Neuberger Berman” şirkəti ilə 2016-cı ildən etibarən səmərəli tərəfdaşlıq quran Dövlət Neft Fondunun müasir investisiya alətləri tətbiq etməsində “Neuberger Berman”in təcrübəsi mühüm əhəmiyyət kəsb edir. Bütün bu amillər fondun investisiya reytinqinin yüksəlməsinə də təsir edir.  Beynəlxalq kredit agentlikləri “Standard & Poor’s” tərəfindən verilmiş “A” və “Fitch” - “Moody’s” tərəfindən verilmiş “A2” kredit reytinqi də bunu təsdiqləyir.

Göründüyü kimi fond təkcə maliyyə nəticələrini yaxşılaşdırmaqla kifayətlənmir, eyni zamanda, Azərbaycanın qlobal iqtisadi müstəvidə mövqeyini möhkəmləndirən layihələrə investisiya qoymaqla, davamlı inkişafa və gələcək nəsillərin mənafeyinə xidmət edən əsas maliyyə dayaqlarından biri kimi çıxış edir. Hazırda Dövlət Neft Fondu Azərbaycanın davamlı inkişafına və iqtisadi potensialının möhkəmləndirilməsinə dəyərli töhfələr verən mühüm təşkilat kimi yeni çağırışlar əsasında maliyyə-investisiya uğurlarını davam etdirməkdədir.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 60 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

9 ayda 2,5 milyard manat

24 Oktyabr 11:10  

YAP xəbərləri

Analitik

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Sosial

121 yaşlı metropoliten...

24 Oktyabr 08:32  

Ədəbiyyat

Azadlıq şairi...

24 Oktyabr 08:15

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31