SEL Azərbaycanın enerji sistemində yeni idarəetmə sistemi qurur
09.10.2025 [10:31]
“AzərEnerji” ASC ölkədə yeni yaradılan bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasını asanlaşdırmaq, idarəetməni qlobal standartlara uyğunlaşdırmaq və enerji sisteminin dayanıqlılığını gücləndirmək məqsədilə ABŞ-ın SEL (Schweitzer Engineering Laboratories) şirkəti ilə birgə yeni layihəyə start verib.
“AzərEnerji”dən bildirilib ki, layihə çərçivəsində Azərbaycanda WAMS - Geniş Ərazi Monitorinq Sistemi (Wide Area Monitoring System ) və WACS - Geniş Ərazi İdarəetmə Sistemi (Wide Area Control System) texnologiyaları tətbiq ediləcək.
İlk mərhələdə əsas elektrik stansiyaları və qovşaq yarımstansiyalarında 27 ədəd xüsusi ölçü cihazı - PMU quraşdırılır. Bu cihazlar real vaxt rejimində şəbəkədəki gərginlik, cərəyan və tezliyi dəqiq ölçərək məlumatları mərkəzi serverə ötürəcək. Bununla həm Azərbaycanın enerji sisteminə, həm də Rusiya, Gürcüstan və İranla olan enerji əlaqələrinə onlayn nəzarət imkanı yaranacaq. Bu texnologiya qəza risklərini vaxtında aşkar etməyə və onların böyüməsinin qarşısını almağa şərait yaradacaq. Beləliklə, WAMS sistemi vasitəsilə şəbəkənin vəziyyəti anlıq izlənəcək, sabitlik göstəriciləri, gərginlik dəyişmələri və enerji axınları real vaxtda görünəcək. Bu isə operatorlara daha dəqiq və operativ qərar verməyə, həmçinin bərpaolunan enerji mənbələrinin idarə edilməsini asanlaşdırmağa imkan verəcək.
WACS sistemi isə WAMS-dan daxil olan məlumatlar əsasında şəbəkədə avtomatik idarəetmə tədbirlərini həyata keçirəcək. Bu çərçivədə yükün tənzimlənməsi, generator gücünün dəyişdirilməsi, enerji axınlarının balanslaşdırılması təmin olunacaq, insan müdaxiləsi və qəza riskləri minimuma endiriləcək.
Sadə dillə desək, WAMS şəbəkənin “gözləri” və “qulaqları”dır - vəziyyəti izləyir; WACS isə şəbəkənin “beyni” və “əlləri”dir - qərar qəbul edib tədbir görür.
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45

