Bakı-Belqrad arasında strateji tərəfdaşlıq inkişaf edir
26.09.2025 [10:59]
Tərəflər əməkdaşlığı və biznes əlaqələrinin qarşılıqlı təşviqini gücləndirmək niyyətindədir
Azərbaycan və Serbiya arasında yaxın tərəfdaşlıq münasibətlərinin son illərdə inkişafı yüksələn templə davam etməkdədir və hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər, hökumət nümayəndə heyətlərinin görüşləri, biznes-forumların keçirilməsi iqtisadi hərarəti daha da dərinləşdirməkdədir. Hər iki ölkə iqtisadi platformada ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatını da əsas gündəliyə çevirib və regionda yeni yaradılan enerji-kommunikasiya, nəqliyyat xətlərində birgə təmsil olunmaq iradələrini nümayiş etdirməkdədir.
Azərbaycanda rəsmi səfərdə olan Serbiya Respublikası Milli Assambleyasının sədri Ana Brnabiç ilə görüşdə Baş nazir Əli Əsədov bildirib ki, dövlətlər arasında fəal siyasi dialoq qurulub, hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində, xüsusən də ərazi bütövlüyü və suverenlik məsələlərində hər zaman bir-birini dəstəkləyib. Parlamentlərarası əməkdaşlığın dövlətlərarası münasibətlərin inkişafında rolu təqdir edilib. İki ölkə arasında həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament platformaları çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.Bildirilib ki, Azərbaycan və Serbiya arasında imzalanmış müqavilə və sənədlər müasir əməkdaşlıq gündəliyinin genişlənməsinə və potensialların reallaşdırılmasına, o cümlədən enerji sektorunda dayanıqlı təminatlara möhkəm hüquqi baza yaradır.
İqtisadi əlaqələrin inkişafı üçün güclü potensial mövcuddur
Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Serbiyanın daxili və xarici ticarət naziri Yaqoda Lazareviç ilə görüşən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, iqtisadi əməkdaşlığın şaxələndirilməsi, həmçinin ticarət, investisiya və biznes əlaqələrinin qarşılıqlı təşviqi müasir əməkdaşlıq gündəliyinin əsas prioritetləridir.
İkitərəfli münasibətlərin inkişafında Hökumətlərarası Komissiya mühüm platforma rolunu oynamaqdadır. Azərbaycan-Serbiya Ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Sahil Babayev Serbiya Milli Assambleyasının sədri Ana Brnabiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib ki, son illərdə tərəflər arasında iqtisadi əlaqalər yüksələn xətt üzrə inkişaf edir. Qarşılıqlı investisiyaların həcmi artıb, ticari dövriyyə 2024-cü ildə 16,7 faiz yüksələrək 190,3 milyon dollara çatıb. Bu prosesdə Hökumətlərarası Komissiya da töhfəverici rol oynayır. Ötən ilin iyul ayında Bakıda keçirilən 8-ci sessiyada bir çox mühüm təşəbbüslər irəli sürülüb ki, onların icrası istiqamətində bir sıra tədbirlər görülüb. Cari ilin oktyabr ayında isə Belqradda komissiyanın 9-cu iclasının keçirilməsi planlaşdırılır ki, tərəflər yeni perspektiv layihələr barədə ətraflı məsləhətləşmələr aparacaq.
Ölkələr arasında ticarət-iqtisadi əlaqələrin inkişafında müsbət dinamikanın mövcudluğuna baxmayaraq, mövcud statistik göstəricilərin real potensialı əks etdirmir və siyasi münasibətlərin səviyyəsinə uyğun gəlmir. Brnabiçin vurğuladığı kimi əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanları səfərbər etmək vacibdir. Ümumilikdə, hər iki ölkə qarşılıqlı əlaqələri daha da irəliyə aparmaq, strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirmək və birgə layihələrin icrasını təşviq etmək üçün iradəyə malikdir və bu dayanıqlı potensialdan istifadə etmək niyyətini gizlətmir. A.Brnabiç qeyd edib ki, enerji, infrastruktur, aviasiya, kənd təsərrüfatı və mədəni-humanitar sahələrdə mövcud əməkdaşlıq qarşılıqlı faydalı layihələrin reallaşdırılması üçün geniş perspektivlər açır.
Pan-Avropa enerji təchizatçısı
Serbiya Respublikası Milli Assambleyasının sədri Azərbaycanın regionda və qlobal miqyasda etibarlı enerji ölkəsi kimi durmadan nüfuzunun artdığını, ələlxüsus da qaz sahəsində yeni tərəfdaşların enerji ailəsinə daxil olduğunu təqdir edərək bu enerji zəncirində ölkəsinin də yer aldığını xatırladıb. Qeyd edək ki, Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi koalisiyasında yer alan Avropa İttifaqı (Aİ) ölkələrindən biri kimi Serbiya ilə sıx əməkdaşlıq 3 ilə yaxındır ki, müsbət dinamika üzrə davam etməkdədir. 2023-cü ildə Azərbaycanın Energetika Nazirliyi ilə Serbiyanın Mədənçilik və Energetika Nazirliyi, eləcə də SOCAR və “Srbijagas” arasında əməkdaşlığın təşviqinə dair anlaşma memorandumu və qaz satışına dair müqavilə imzalanıb. Həmin sənədlərin icrası 2023-cü ildən təmin edilməyə başlayıb və Bolqarıstan-Serbiya İnterkonnektoru vasitəsilə Serbiyaya çatdırılması mümkün olub. Ölkəmizin enerji tədarükü şaxəsinə qoşulan Serbiya maye yanacaqla təchiz edilən 12-lik ölkələri sırasına daxil olub.
Hazırda Azərbaycan 12 ölkəyə qaz ixrac edir ki, 10-u Avropa dövlətidir. Ölkəmiz Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiyaya qaz nəqlini təmin etməkdədir. Bu yüksək etimad və sadiq tərəfdaşlığın nəticəsidir ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, respublikamı?dan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və möhkəmləndirilməsində böyük dəyişiklik yaradır.
Serbiya “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə qoşulmaq istəyir
Serbiya Azərbaycanın Avropada qaz bazarını şaxələndirməsində yeni tərəfdaşıdır. Belə ki, yanacağın Balkan regionuna nəqli üçün yaradılan yeni infrastrukturların və müasirləşdirilən konnektorların əlaqələndirilməsi, bir-birinə inteqrasiyasında rəsmi Belqrad xüsusi iradə göstərir. Bu səylərin nəticəsində Azərbaycan qazının digər Balkan ölkələrinə də çatdırılması mümkün olacaq. Belə ki, Azərbaycan qazının ötürücü innektorlar vasitəsilə Bosniya-Hersoqovina və Monteneqroya çatdırılması da nəzərdə tutulur. Bu isə Azərbaycanın etibarlı enerji tərəfdaş missiyasının genişlənməsinin və enerji təhlükəsizliyində rolunun getdikcə artmasının bariz göstəricisidir.
Serbiya ənənəvi yanacaq tədarükü ilə yanaşı, Azərbaycanın bərpaolunan enerji mənbələrinin tədarükündə də maraqlı tərəf kimi fəallıq nümayiş etdirir. Rəsmi Belqrad dəfələrlə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsinə xüsusi maraq göstərdiklərini və həmin dəhliz vasitəsilə nəql olunacaq Azərbaycanın “yaşıl enerji” ehtiyatlarının əldə edilməsinə maraqlarını ifadə edib. Bu əməkdaşlıq Azərbaycanın bərpaolunan enerji resurslarını tədarük etməklə yanaşı, Serbiyanın enerji təchizatının şaxələnməsi və təmiz enerjiyə keçidinə, “yaşıl iqtisadiyyat“ quruculuğuna töhfə verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
Analitik
31 Oktyabr 10:16
Analitik
31 Oktyabr 09:52
Siyasət
31 Oktyabr 09:48
Ədəbiyyat
31 Oktyabr 09:34
Analitik
31 Oktyabr 09:15
Sosial
31 Oktyabr 08:57
Sosial
31 Oktyabr 08:31
Hadisə
31 Oktyabr 08:12
Mədəniyyət
31 Oktyabr 08:11
Mədəniyyət
31 Oktyabr 08:10
İdman
31 Oktyabr 08:08
Sosial
31 Oktyabr 08:01
Gündəm
31 Oktyabr 07:42
Dünya
30 Oktyabr 23:55
İdman
30 Oktyabr 23:31
YAP xəbərləri
30 Oktyabr 23:14
Dünya
30 Oktyabr 22:52
YAP xəbərləri
30 Oktyabr 22:35
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

