Bu ilin 7 ayında texniki şərtlərin qeydiyyata alınması ilə bağlı 62 müraciət qeydə alınıb
08.09.2025 [19:51]
2025-ci ilin yanvar-iyul ayları ərzində texniki şərtlərin qeydiyyata alınması ilə bağlı ümumilikdə 62 müraciət qeydə alınıb və onlardan 58-i təmin olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, texniki şərtlər mala (işə, xidmətə), onunla əlaqəli proseslərə (o cümlədən idarəetmə sistemlərinə) və istehsal metodlarına dair texniki tələbləri müəyyənləşdirən, tətbiqi könüllü olan normativ sənəddir. Texniki şərtlər müvafiq sahədə dövlət standartı və ya Azərbaycan Respublikasında birbaşa tətbiq olunan beynəlxalq, regional, dövlətlərarası və xarici dövlət standartları olmadığı təqdirdə və ya təsərrüfat subyekti tərəfindən müəyyən edilmiş yeni texniki həllərin istifadəsini təmin etmək məqsədilə təsərrüfat subyektləri tərəfindən işlənib hazırlanır.
Təsərrüfat subyektləri texniki şərtləri istənilən standartlaşdırma obyektinə dair hazırlaya və qəbul edə bilərlər. Texniki şərtlər müvafiq sahədə mövcud olan texniki reqlamentlərin tələblərinə uyğun olmalıdır. Təsərrüfat subyekti hazırladığı texniki şərtin tələblərinə əməl etməli və istehsal etdiyi standartlaşdırma obyektinin texniki şərtin tələblərinə uyğunluğunu təmin etməlidir.
Texniki Şərtlərin qeydiyyatı “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (AZSTAND) tərəfindən həyata keçirilir. Texniki şərtlər AZS 1.3:2023 “Azərbaycan Respublikasının Milli Standartlaşdırma Sistemi. Texniki şərtlərin işlənib hazırlanması, tərtibatı, razılaşdırılması, təsdiqi, qeydiyyatı, yoxlanması, dəyişikliyin edilməsi və ləğvi qaydaları” dövlət standartı əsasında işlənib hazırlanır.
Texniki şərtlər qəbul edildiyi tarixdən 1 ay müddətində milli standartlaşdırma qurumu olan Azərbaycan Standartlaşdırma İnstitutuna göndərilir. AZSTAND texniki şərtləri daxil olduğu gündən etibarən 15 iş günü ərzində ekspertiza edir və qeydiyyata alır. Xidmət haqqı AZS 887:2020 “Standartlaşdırma sahəsində normativ sənədlərin işlənib hazırlanması, ekspertizası, yenidən baxılması və dəyişikliyin edilməsi üzrə dəyərin qiymətləndirilmə metodikası” dövlət standartına əsasən müəyyən edilir.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

