/ / Alparslan Bayraktar: Ölkələrimiz arasındakı yeni layihələr qardaşlığımızı daha da möhkəmləndirən yeni fürsətlər yaradır
Alparslan Bayraktar: Ölkələrimiz arasındakı yeni layihələr qardaşlığımızı daha da möhkəmləndirən yeni fürsətlər yaradır
04.09.2025 [21:41]
Bu gün Türkiyə və Azərbaycan arasında keçirilən IV Enerji Forumunun ölkələrimiz arasındakı əməkdaşlıq imkanlarını daha da şaxələndirəcəyinə, yeni üfüqlər açacağına inanıram.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar İzmirdə keçirilən IV Türkiyə-Azərbaycan Enerji Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Ötən forumların səmərəliliyinə diqqət çəkən nazir deyib ki, bugünkü görüşdə də müəyyənləşdirilən yeni hədəflər istiqamətində irəliləməyə, strateji tərəfdaşlığı daha yüksək mərhələlərə qaldırmağa qərarlı olduqlarını bildirib.
“Ölkələrimiz arasında həyata keçirdiyimiz və nəzərdə tutduğumuz layihələr hər dəfə qardaşlığımızı daha da möhkəmləndirən yeni fürsətlər yaradır, dostluğumuzu bir daha təsdiqləyir. Müxtəlif sahələrdə gerçəkləşdirdiyimiz bu əməkdaşlıqlar forum çərçivəsində yaradılan işçi qruplarımız tərəfindən yaxından izlənilir və təşkilatlanmış şəkildə mütəmadi olaraq müzakirə olunur. Bu çərçivədə neft, təbii qaz, bərpaolunan enerji, enerji səmərəliliyi, elektrik bazarı tənzimləmələri, elektrik ötürülməsi və paylanması, habelə mədənçilik sahələrində işçi qruplarımızın həyata keçirdiyi fəaliyyətlərdən məmnunluq duyur, enerji əməkdaşlığımızın inkişafına töhfə verən bu işləri yüksək qiymətləndirir və bütün komanda yoldaşlarımızı təbrik edirik”, - deyə türkiyəli nazir vurğulayıb.
Bayraktar bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağı yalnız mədəni və siyasi sahələrdə deyil, iqtisadi və strateji sahələrdə də dərinləşib, tarix boyu sarsılmadan davam edib.
““Bir millət, iki dövlət” anlayışı xüsusilə enerji sektorunda həyata keçirilən böyük layihələrlə ən konkret şəkildə öz əksini tapmaqdadır. Enerji ölkələrimizin inkişafının və rifahının ən əsas təkanverici qüvvələrindən biridir. Türkiyə və Azərbaycan malik olduqları geostrateji mövqe, zəngin resurslar və inkişaf etmiş infrastrukturla bir-birini tamamlayan rollar oynayır, eyni zamanda regional və qlobal enerji təchizatı təhlükəsizliyinə mühüm töhfələr verir. Neft və təbii qaz sahələrində indiyə qədər həyata keçirilən layihələr ortaq baxışımızın düzgün və nəticəyönümlü olduğunu göstərir. Azəri-Çıraq-Günəşli və “Şahdəniz” yataqları ilə təməli qoyulan əməkdaşlığımız bu il imzaladığımız “Şəfəq-Asiman” layihəsi ilə yeni bir mərhələyə keçib. “Qarabağ”, “D-230” və “Dostluq” yataqlarında əməkdaşlığımızı gücləndirmək də əsas hədəflərimiz arasındadır”, - deyə nazir bildirib.
Qeyd edilib ki, ötən il mayın 14-də imzalanan Təbii Qaz Sahəsinə dair Əməkdaşlıq Sazişi də bu çərçivədə xüsusi əhəmiyyət kəsb edir. Bu saziş ölkələrimizin enerji təhlükəsizliyini gücləndirəcək və regional əməkdaşlığımızı daha da möhkəmləndirəcək. Bununla yanaşı, Azərbaycanın Türkiyəyə təbii qaz ixracının artırılması istiqamətində işlərin sürətlə irəliləməsini arzulayırıq. Digər tərəfdən Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu il martın 5-də açılışını etdiyimiz Iğdır–Naxçıvan Təbii Qaz Boru Kəməri Naxçıvanın təchizat təhlükəsizliyini təmin etməklə yanaşı, Türkiyə ilə Azərbaycan arasındakı bağları daha da gücləndirir.
“Eyni zamanda ötən ayın 2-də istifadəyə verilən Türkiyə–Suriya Təbii Qaz Boru Kəməri yalnız enerji axınını deyil, bölgəmizdə sülh və rifahı da dəstəkləyən strateji bir addım oldu. Türkiyə və Azərbaycan sahib olduqları güclü infrastruktur və köklü əlaqələrlə, həm regional enerji təhlükəsizliyində, həm də qlobal bazarlarda etibarlı tərəfdaş olaraq qalmağa davam edəcəklər”, - deyə A.Bayraktar sözlərinə əlavə edib.
Enerji gündəminin yalnız neft və təbii qazla məhdudlaşmadığını vurğulayan Bayraktar bildirib ki, Türkiyə ilə Naxçıvan bölgəsini bir-birinə bağlayacaq elektrik xətti layihəsinə xüsusi əhəmiyyət verilir: “Layihənin tamamlanması ilə Naxçıvanın təchizat təhlükəsizliyi təmin olunacaq və ölkələrimiz arasında elektrik ticarəti yeni mərhələyə yüksələcək. Bundan əlavə, Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında həyata keçirilən Yaşıl Enerji Dəhlizi layihəsi də əməkdaşlığımızın güclü göstəricisidir”.
Xəbər lenti
Hamısına baxDünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37

