Mərkəzi Bank yeni iqtisadi artım proqnozlarını açıqlayıb
14.08.2025 [11:25]
Mərkəzi Bank (MB) yeni dərc etdiyi “Pul Siyasəti İcmalı”nda ölkəmizin inkişafı ilə bağlı proqnozlarını açıqlayıb. Sənəddə bildirilir ki, 2025-ci ilin iyuldakı makoiqtisadi ehtimallara əsasən, cari ildə real iqtisadi artım 3 faizə bərabər olacaq. İqtisadi inkişafda, yəni ÜDM-də qeyri-neft-qaz sektorunun payı isə 4,2 faiz təşkil edəcək. ÜDM-də neft-qaz sektorunun artımı 1,2 faizə bərabər olacaq. 2026-cı ilə 1,2 faiz azalma proqnozlaşdırılır.
MB 2026-cı ildə real iqtisadi artımın ümumi isə 2,2 faiz (136.3 milyard manat) təşkil edəcəyini, ÜDM-də qeyri-neft sektorunun çəkisinin 4,3 faizə (93.7 milyard manat) çatacağını ehtimal edir. MB-nın gözləntilərinə görə, 2025-ci və 2026-cı illər üzrə iqtisadi artım proqnozunun reallaşması ev təsərrüfatlarının real istehlak xərclərinin dinamikasından asılı olacaq. Eyni zamanda, qlobal əmtəə və maliyyə bazarlarındakı qeyri-müəyyənliklər də müxtəlif kanallarla iqtisadi artım proqnozlarının reallaşmasına təsir edə bilər. Belə ki, qlobal iqtisadi aktivlik üzrə göstəricilər 2025-ci ilin birinci yarısında zəifləyib və regionlar üzrə qeyri-bərabər olub. Bəzi ölkələrdə istehlak tələbinin zəifləməsi qlobal iqtisadi artıma azaldıcı təsir göstərib. Qlobal iqtisadiyyatda qeyri-müəyyənliyi əks etdirən İqtisadi Qeyri-Müəyyənlik İndeksi (EPU) və daha çox Ticarət Qeyri-Müəyyənliyi İndeksi (TPU) may və iyun aylarında müəyyən qədər azalıb. Nəticədə, iqtisadi subyektlərin gələcəyə dair proqnozları və qərarvermə prosesləri daha da mürəkkəbləşdirir.
Strateji valyuta ehtiyatları 77,7 milyard dollara çatıb
Baş verən fraqmentasiyalara rəğmən, Azərbaycanda ilk yarım ildə iqtisadi aktivlik müşahidə edilib, tədiyə balansının əsas komponentlərindən biri olan xarici ticarət balansında müsbət saldo qeydə alınıb. Qeyri-neft-qaz sektoru üzrə ixrac ötən ilin müvafiq dövrünə nəzərən artıb. Ölkənin strateji valyuta ehtiyatları 2025-ci ilin birinci yarısında 9,4 faiz artaraq 77,7 milyard dollara çatıb. O cümlədən, Mərkəzi Bankın valyuta ehtiyatları 11,2 milyard dollara bərabər olub. Valyuta ehtiyatları beynəlxalq kifayətlilik normalarını üstələməkdə davam edir. Belə ki, ehtiyatlar 36 aylıq mal və xidmət idxalına kifayət etməklə, manatla pul kütləsini 3,6 dəfə üstələyib. Bu göstəricilər ölkənin xarici və daxili iqtisadi şoklara qarşı müqavimət qabiliyyətinin yüksək səviyyədə olduğunu nümayiş etdirir.
2025-ci ilin yanvar-iyun ayları ərzində ölkəyə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala investisiya axınları qeydə alınıb, xarici maliyyə mənbələrindən əsas kapitala 2 milyard manat məbləğində investisiya edilib. Bu göstərici ötən ilin müvafiq dövrünə nəzərən 28,6 faiz çoxdur.
Manatın məzənnəsi ilə bağlı gözləntilər
2025-ci ilin ötən dövründə pul siyasəti qərarları faktiki inflyasiyanın proqnoz trayektoriyasına uyğunluğu, ortamüddətli dövr üzrə inflyasiyanın risk balansında baş verən dəyişikliklər, qlobal iqtisadi və geosiyasi mühitin qeyri-müəyyənliyi, daxili makroiqtisadi vəziyyət, eləcə də pul siyasətinin ötürücülüyünün xüsusiyyətləri nəzərə alınmaqla verilib. Likvidliyin idarə olunması məqsədilə müxtəlif müddətli monetar əməliyyatların tətbiqi davam etdirilib. Cari ilin aprel ayından etibarən Maliyyə Nazirliyi tərəfindən xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozit kimi yerləşdirilməsi bank sektorunda likvidliyin artmasına səbəb olub. Aparılmış monitorinqlərin nəticələrinə əsasən hesabat dövrü üzrə bankların həm milli, həm də xarici valyutada Mərkəzi Bankdakı müxbir hesablarının toplam qalıqları dövr üçün məcburi ehtiyat kimi saxlanmalı olan cəmi vəsaitlərin həcmini üstələyib.
Cari ilin ilk yarısında manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi orta günlük 1.7 manat təşkil edib. Yəni banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın diapazonda hərəkətdə olub.
MB-nn qənaətinə görə, 2025-ci ilin sonrakı aylarında pul siyasətinin ötürücülüyündə məzənnə kanalı alətləri də başlıca rol oynayacaq. Belə ki, manatın nominal effektiv məzənnəsi inflyasiya idxalına əhəmiyyətli təsir göstərən amillərdən biri olaraq qalacaq. Beynəlxalq analitik mərkəzlərin ikitərəfli məzənnələr üzrə proqnozları əsasında aparılan son hesablamalara görə, 2025-ci ildə də manatın nominal effektiv məzənnəsi möhkəmlənmə istiqamətində dəyişəcək. Qiymət sabitliyinin başlıca xətti manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə əsasında müəyyən ediləcək. Mərkəzi Bankda Dövlət Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə hərracların keçirilməsi davam etdiriləcək. Əvvəlki illərin təcrübəsinə uyğun olaraq dövlətin valyuta tələbi və təklifinin dəyişimindən asılı olaraq Mərkəzi Bank valyuta bazarında valyuta satışı və alışları həyata keçirə bilər.
Beynəlxalq institutların proqnozları
Beynəlxalq Valyuta Fondunun “World Economic Outlook” hesabatında Azərbaycanda 2025-ci ildə iqtisadi artımın 4 faiz təşkil edəcəyi ehtimal olunur. Fondun, həmçinin ötən il dərc etdiyi “Regional iqtisadiyyatın inkişaf perspektivləri” adlı yeni hesabatında 2025-2028-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik artım tempinin 3,5-4 faiz olacağı fərz edilir.
Dünya Bankının (DB) qlobal iqtisadiyyatla bağlı yenilənmiş proqnoz-xülasəsində vurğulanır ki, böyük həcmdə dövlət investisiyaları sayəsində hazırda əlavə dəyərin həcmi davamlı şəkildə böyüyür. Bu faktorun 2025-ci ildə ÜDM-in 3,9 faizi ötməsində əsaslı rol oyanayacağı vurğulanır.
Azərbaycan hökumətinin makroiqtisadi proqnozları da yuxarıda adları çəkilən təşkilatların əksəriyyətinin gözləntilərinə uyğundur. Belə ki, İqtisadiyyat Nazirliyinin 2025-ci il üzrə artım proqnozu 3,5 faiz, Mərkəzi Bankın ehtimalları isə 3,3 faiz nisbətində müəyyənləşib. Hökumətin açıqladığı Ortamüddətli Xərclər Çərçivəsi sənədinə əsasən, 2025-ci ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft ÜDM-nin həcmi 92,2 milyard manat təşkil edəcək. Milli məhsulda neft sektorunun payı 28,6 faiz, qeyri-neft-qaz ÜDM-nin payı isə 71,4 faiz ehtimal edilir. 2026-cı ildə ÜDM-in həcmi 133,8 milyard manata, qeyri-neft ÜDM-nin həcmi isə 100 milyard manata çatacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
01 Noyabr 18:22
Dünya
01 Noyabr 17:41
Dünya
01 Noyabr 16:29
Dünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

