Türkiyə mətbuatı: Xarici investisiyanı sizə xaric olmayan Azərbaycana edin
24.07.2025 [21:48]
Artıq bir neçə gündür Türkiyə mətbuatı Azərbaycanın təqdim etdiyi investisiya və biznes imkanları barədə ətraflı məlumatlar yayımlayır. Növbəti belə xəbər ölkənin “Hürriyet”, “Milliyet” və “Posta Ekonomi” qəzetlərində nəşr edilib.
AZƏRTAC xəbər verir ki, “İşğaldan azad edilən Ağdamda istehsal başladı”, “Xarici investisiyanı sizə xaric olmayan Azərbaycana edin”, “Dövlətin mesajı sənayeni böyütmək”, “Ağdamda təşviq yağışı” kimi müxtəlif başlıqlarla yayımlanan yazılarda ölkəmizin müxtəlif bölgələrdə, o cümlədən Qarabağda həyata keçirdiyi irimiqyaslı layihələr ilə bağlı ətraflı məlumat verilib.
Məqalələrdə Azərbaycanın işğaldan azad etdiyi ərazilərini “ağıllı və yaşıl” bir gələcəyə doğru apararkən, türkiyəli investorlara vergi azadlığından tutmuş aşağı faizli kreditlərə, dövlət tərəfdaşlığından sosial sığorta dəstəyinədək misilsiz imkanlar təqdim etdiyi vurğulanıb.
Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev, İqtisadi Zonaların İnkişafı Agentliyinin investisiya və iqtisadi təhlil bölməsinin müdiri Aqşin İbişsoy, Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, eləcə də Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamlarının müsahibələrinə geniş yer verilən yazılarda Türkiyə şirkətlərinin ölkəmizdəki biznes qurmaları, eləcə də təklif olunan imtiyazlardan istifadə imkanlarının əhəmiyyəti vurğulanıb.
Məqalələrdə Azərbaycanın qeyri-neft sektorunda atdığı mühüm addımlar, investorlar üçün yaradılan böyük imkanlar, ölkəmizlə bölgədəki 280 milyon əhaliyə sahib təxminən on ölkə arasında mövcud Sərbəst Ticarət Anlaşması kimi mühüm mövzulara yer verilib.
Qeyd edək ki, məqalə qardaş ölkənin bir sıra nüfuzlu media qurumlarının əməkdaşlarının Azərbaycana, o cümlədən işğaldan azad edilmiş ərazilərimizə səfəri əsasında hazırlanıb. Türkiyəli jurnalistlərin ölkəmizə səfəri Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə baş tutub.
Xəbər lenti
Hamısına baxHadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05

