Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib
30.06.2025 [22:46]
Torpaqların aqrokimyəvi analizlərinin aparılmasına dair reqlamentə əsasən, artıq bir torpaq sənədi üzrə 3 hektar və daha çox torpaq ərazisi bəyan etmiş fermerlər subsidiya almaq üçün torpaq analizinə cəlb olunurlar. Bir torpaq sənədi üzrə 3 hektardan az ərazi üzrə bəyan vermiş fermerlərin torpaq analizi isə könüllü müraciət əsasında aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə müraciətində bildirilir.
Qeyd olunur ki, aqrokimyəvi analizlərin aparılması fermer üçün çoxsaylı üstünlüklər təmin edir. Belə ki, torpaqda hansı qida elementinin (azot, fosfor və kalium) çatışmadığını və hansının normadan artıq olduğunu müəyyənləşdirməyə kömək edərək, lazımsız gübrə tətbiqinin qarşısını alaraq fermerin gübrə xərclərinə qənaət edir. Ehtiyaca uyğun gübrə normaları seçilərsə, məhsuldarlıq əhəmiyyətli dərəcədə artır. Analiz nəticəsində torpağın pH səviyyəsi və duzluluq kimi göstəriciləri təyin olunur ki, bu da torpaqların münbitliyinin artıb-azalmasına nəzarət etməyə imkan verir.
Torpağın aqrokimyəvi analizi üçün nümunələrin götürülməsi qaydaları aşağıdakı kimidir:
- Bir torpaq sənədi üzrə 3 hektar və daha çox torpaq ərazisi üzrə bəyan etmiş fermerlər subsidiya almaq üçün torpaq analizi verməlidir;
- Toxum subsidiyası almaq üçün müraciət edən fermerlər bəyan etdikləri ümumi toxumluq əkin sahəsi üzrə hər 2 hektar ərazidən 1 nümunə götürərək analiz verməlidir;
- Bəyan edilmiş ümumi əkin sahəsi üzrə hər 5 hektar ərazidən 1 nümunə (çoxillik əkmələrdə 0-30 sm və 30-60 sm dərinliklərdə olmaqla 2 nümunə) götürülməlidir;
- Çoxillik bitkilərdən yonca, zəfəran, yerfıstığı, razyana, çiyələk, lavanda, xaşa və biyan üzrə torpaq nümunəsi birillik bitkilərdə olduğu kimi 0-30 sm dərinlikdə götürülməlidir;
- Nümunələr məhsul yığımından sonra, növbəti əkinə qədər olan dövrdə götürülməlidir;
- Bir torpaq sənədi üzrə bəyan edilmiş torpaq sahəsi 1000 hektar və yuxarı olduqda hər 10 hektar ərazidən 1 nümunə (çoxillik əkmələrdə 2 nümunə) götürülməlidir;
- Torpaq sahəsinin sahibi dəyişdikdə, yeni istifadəçi növbəti bəyan mövsümündə yenidən analiz üçün müraciət etməlidir;
- Bitkiçilik sahəsi üzrə subsidiya almaq üçün müraciət edən fermerin bəyan etdiyi torpaq sahəsi üzrə təqdim etdiyi aqrokimyəvi analizin nəticələri analizin aparıldığı əkin ilindən etibarən 2 əkin ili (sentyabr - avqust) qüvvədə qalır.
Xəbər lenti
Hamısına baxGündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33

