Qazaxıstan Azərbaycanla ticarət həcminə görə MDB ölkələri arasında üçüncü yerdədir
18.06.2025 [22:25]
Qazaxıstan ilə Azərbaycan arasında qarşılıqlı ticarət davamlı artım nümayiş etdirir. Belə ki, ötən il iki ölkə arasındakı ümumi ticarət dövriyyəsi 533,4 milyon ABŞ dollarına çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə dair “Astana” Beynəlxalq Maliyyə Mərkəzi (ABMM) və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu tərəfindən hazırlanan analitik hesabatda bildirilir.
Materialda qeyd olunur ki, Qazaxıstan MDB ölkələri arasında Azərbaycanla ticarət dövriyyəsinə görə üçüncü yerdə qərarlaşıb.
“2024-cü ildə Qazaxıstanın Azərbaycana əsas ixrac məhsulları əlvan metallar, xam neft, neft məhsulları və taxıl olub. Azərbaycan isə Qazaxıstana boru kəmərləri, alüminium çubuqlar, həmçinin kənd təsərrüfatı və ərzaq məhsulları ixrac edib. 2023-cü ildə hər iki ölkə qarşılıqlı ticarət dövriyyəsini 2024-cü ilədək 1 milyard ABŞ dollarına çatdırmaq kimi iddialı bir hədəf müəyyən etmişdi. Bu məqsədə çatmaq mümkün olmasa da, əldə olunan ticarət həcmi əvvəlki illə müqayisədə əhəmiyyətli artım göstərir. Bununla belə, iqtisadi əməkdaşlığın mövcud səviyyəsi potensialın yalnız kiçik bir hissəsini əhatə edir”, – deyə hesabatda vurğulanır.
Hesabatda qeyd olunur ki, bu ildən etibarən Azərbaycanın Qazaxıstana yönəltdiyi birbaşa xarici investisiyaların ümumi həcmi 410 milyon, Qazaxıstandan Azərbaycana yatırılan sərmayələr isə 149,7 milyon ABŞ dolları təşkil edib.
“Hazırda Qazaxıstanda azərbaycanlı investorların iştirakı ilə 1700-dən çox şirkət qeydiyyatdan keçib. Bundan əlavə, altı azərbaycanlı sərmayədarın pay sahibi olduğu şirkət ABMM-də fəaliyyət göstərir və əsasən informasiya texnologiyaları, nəqliyyat və logistika sahələrini əhatə edir”, – deyə hesabatda bildirilir.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52

