Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Dünya Bankı Orta Dəhlizin inkişafını dəstəkləyir

Dünya Bankı Orta Dəhlizin inkişafını dəstəkləyir

29.05.2025 [19:32]

Dünya Bankı Azərbaycanın da daxil olduğu bir sıra region ölkələrinin irəli sürdüyü və Orta Dəhliz kimi tanınan Trans-Xəzər marşrutunun inkişafı təşəbbüsünü dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bunu Dünya Bankının Qazaxıstandakı rezident nümayəndəsi Andrey Mixnev Astana Beynəlxalq Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib: “İnvestisiya baxımından biz həm Qazaxıstanda, həm də digər ölkələrdə, o cümlədən Azərbaycan və Gürcüstanda işləyirik. Biz Türkiyədə layihələrdə iştirak imkanlarını da nəzərdən keçiririk”.

Mixnev xatırladıb ki, ötən ilin noyabrında Dünya Bankının İcraçı Direktorlar Şurası Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Jezkazqan-Karaqanda hissəsinin inkişafına yönəlmiş Qazaxıstanın dayanıqlılıq və nəqliyyat əlaqələri layihəsi üçün 650 milyon dollar məbləğində maliyyə vəsaiti ayrılmasını təsdiqləyib.

Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin ilə Avropa ölkələrini birləşdirir.

Paylaş:
Baxılıb: 151 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30