Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Laçında istehsal olunan ayaqqabılar Avropa ölkələrinə də ixrac ediləcək

Laçında istehsal olunan ayaqqabılar Avropa ölkələrinə də ixrac ediləcək

29.05.2025 [12:40]

“Laçın Aqro-Sənaye Parkı”nda işə başlayan müəssisələrdən biri də “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialıdır. Ümumi dəyəri 367,9 min manat olan müəssisədə əsasən Laçın sakinləri olmaqla, 15 nəfər işlə təmin edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müəssisə kişi, qadın və uşaqlar üçün ayda 1500 cüt ayaqqabı istehsal etmək gücündədir. Fabrikin səlahiyyətli şəxsi Anar Əliyev bildirib ki, müasir avadanlıqlarla təchiz olunmuş müəssisədə idman və klassik üslubda ayaqqabıların istehsalı üçün bütün şərait yaradılıb. Müəssisə daxili bazarda satış həyata keçirməklə yanaşı, istehsal etdiyi məhsulların Avropa ölkələrinə ixracını da planlaşdırır.

“Laçın Aqro-Sənaye Parkı”nda ümumilikdə 46 müəssisənin fəaliyyət göstərməsi nəzərdə tutulub. Burada mebel fabrikləri, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi və digər müəssisələr yaradılacaq. Regionda yeni iş yerlərinin yaradılması, infrastrukturun bərpası və sahibkarlıq fəaliyyətinə dəstək iqtisadi fəallığın canlanmasına səbəb olur. “Laçın Aqro-Sənaye Parkı” bu xüsusda olduqca mühüm rol oynayır.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 27-də “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının açılışında iştirak edib.

Paylaş:
Baxılıb: 132 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30