ARDNŞ-dən tələbələr üçün ideal imkan
15.08.2013 [08:38]
Şirkətin müəssisələrində “Yay təcrübəsi proqramı”nda iştirak edən tələbələrə əməkhaqqı da verilir
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ən çox diqqət yetirdiyi sahələrdən biri də məhz güclü kadr potensialının formalaşdırılmasıdır. Bu məqsədlə, şirkət artıq dördüncü ildir ki, respublikanın və xarici ölkələrin müxtəlif ali məktəblərində neft-qaz, neft-qaz qurğuları, qazma, geofizika, geologiya, proseslərin avtomatlaşdırılması, informasiya və kommunikasiya texnologiyaları, inşaat, boru kəmərləri, ekologiya, neft-kimya və kimya mühəndisliyi, iqtisadiyyat və energetika ixtisasları üzrə təhsil alan Azərbaycan vətəndaşı olan tələbələrə yay tətili müddətində istehsalat təcrübəsi keçmək üçün ödənişli “Yay təcrübəsi proqramı”nı həyata keçirir. Proqram tələbələrin neft sənayesinin müxtəlif sahələrində təcrübi biliklərinin artırılması, onların real iş şəraiti ilə yaxından tanış olması, nəzəri biliklərinin təcrübədə yoxlanılması, həmçinin, iş keyfiyyətləri barədə ARDNŞ-də daha dolğun informasiyanın toplanması məqsədi ilə həyata keçirilir.
Qeyd etmək yerinə düşər ki, yay təcrübəsi tələbələrin istəyindən asılı olaraq bir və ya iki ay müddətində davam edir. Proqramın şərtlərinə görə, tələbələr ilə həmin müddətə müvəqqəti əmək müqaviləsi bağlanılır və onlar işə qəbul olunurlar. Təcrübəçi işlədiyi dövrdə, tələbə tutduğu vəzifəsinə müvafiq olaraq, əməkhaqqı da alır. Eyni zamanda, ARDNŞ işçiləri üçün mövcud olan bütün güzəştlərdən istifadə etmək hüququna malik olur. Proqramda təhsil aldığı ali məktəbdən asılı olmayaraq, qeyd olunan ixtisaslar üzrə bakalavriatın əsasən II, III və IV kursları və magistraturanın I və II kurslarını bitirən tələbələr iştirak edirlər.
Hər il olduğu kimi, bu il də təcrübə keçən tələbələrin iş şəraiti ilə yaxından tanış olmaq və onların proqrama münasibətini öyrənmək məqsədilə ARDNŞ-in İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsinin əməkdaşları KİV nümayəndələri ilə birlikdə təcrübəçilərlə mütəmadi görüşlər keçirirlər. Bu qəbildən olan növbəti görüş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda keçirilib. Hazırda burada ümumilikdə, 16 tələbə təcrübə keçir. Görüşdə şirkətin İnsan Resursları Departamentinin, “Yeni Azərbaycan” və “İki sahil” qəzetlərinin əməkdaşları iştirak ediblər.
Tələbələrlə söhbətdən belə aydın oldu ki, 60 illik yubileyini qeyd etməyə hazırlaşan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun rəhbərliyi tərəfindən onlar üçün burada hər cür şərait yaradılıb. Təcrübəyə gələn gənc kadrlarla ətraflı müsahibələr aparılıb, müəssisə daxilində texniki təhlükəsizlik qaydalarına riayət olunması, eləcə də müəssisənin qarşısında duran vəzifələr onlara ətraflı izah olunub.
Tələbələrlə görüş məqsədilə əvvəlcə Heydər Əliyev adına Neft Emalı Zavodunun 8 saylı sexində, yəni, mərkəzi laboratoriyasında olduq. Laboratoriyada tələbələrin iş şəraiti ilə tanış olduq.
Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakültəsinin III kurs tələbəsi Ədilə Məmmədli onlar üçün yaradılan şəraitdən razılığını ifadə etdi. İlk dəfədir ki, yay təcrübəsində iştirakçı olan Ədilə, həmçinin, təqaüdçüdür. Nəzarət laboratoriyasında kimyəvi təhlil laborantı işləyən bu gənc xanım artıq ikinci aydır ki, zavodda təcrübə keçir. “Mütəmadi olaraq istehsalat sahələrində oluruq, nəzəriyyədə qazandığımız bilikləri praktikada tətbiq edirik. Bu, çox maraqlıdır. İnanıram ki, bütün bunlar gələcəkdə bizə böyük kömək olacaq”.
Bakı Dövlət Universitetinin neft-kimya və kimya texnologiya ixtisası üzrə magistrantı Aytən Mirzəyeva üçün texnoloji proseslərlə tanışlıq olduqca maraqlı olub. Onun sözlərinə görə, zavodun təcrübəli mütəxəssislərinin rəhbərliyi altında işləmək, təcrübə qazanmaq çox faydalıdır. Nəzarət laboratoriyasında kimyəvi təhlil laborantı Aytən gələcəkdə ARDNŞ-in təqaüd proqramında iştirak edəcəyini də bildirdi.
Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Kimya mühəndisliyi fakültəsinin III kurs tələbəsi Tamilla Abdullayeva artıq iki dəfə təqaüd proqramının qalibi olub. Tələbə yoldaşından fərqli olaraq bir dəfə təqaüdçü olan Lalə Həbibova isə iki aylıq ödənişli yay təcrübəsindən yararlanacağını deyir. Tamilla və Lalə Dövlət Neft Şirkətinin tələbələr üçün həyata keçirdiyi proqramlar haqqında məlumatı Şirkətin rəsmi internet səhifəsindən əldə etdiklərini bildirdilər. Təqaüdçülər Heydər Əliyev adına BNEZ-də onlara yüksək şəraitin yaradıldığını qeyd etdilər: “BNEZ-in işçiləri üçün mövcud olan bütün güzəştlər biz təcrübəçilərə də şamil edilir”.
Görüşdüyümüz digər gənc - Şəmsiyyə İsmayılova da BDU-nun tələbəsidir. Analitik kimya ixtisası üzrə magistr təhsili alan Şəmsiyyə ilk dəfədir ki, “Yay təcrübəsi proqramı”nın iştirakçısıdır. ARDNŞ-in təqaüdçüsü olan, Qaz analitika laboratoriyasında kimyəvi təhlil laborantı işləyən Ş.İsmayılova istehsalat proseslərində də işlə tanış olub. O, nümunələr götürülməsi proseslərində də iştirak edib.
Sonra Katalitik krekinq üzrə 5 saylı istehsalatın 55 №li qurğusunda təcrübə keçən tələbələrin iş prinsipi ilə tanış olduq. Məlumat verildi ki, burada iki tələbə iki aylıq təcrübə müddəti keçir.
ADNA-nın Kimya texnologiya fakültəsinin IV kurs tələbəsi Nəsrin Rəhimli ötən il də “Yay təcrübəsi proqramı”nda iştirak edib. ARDNŞ təqaüdçüsü və “Yay məktəbi”nin iştirakçısı olan Nəsrin ötən il “Azərneftyağ” NEZ-də Yanacaq laboratoriyasının laborantı kimi fəaliyyətə göstərib. N.Rəhimli çox mehriban kollektivə düşdüklərinə sevinir, ötən müddətdə xeyli yeni biliklərə yiyələndiklərini dedi, texnoloji sxemlərlə tanışlıq prosesindən də danışdı.
BDU-nun kimya fakültəsini bitirən, ADNA-nın neftin emalı texnologiyaları ixtisası üzrə magistr təhsil alan Çinarə Qambayeva isə Katalitik krekinq üzrə 5 saylı istehsalatın 55 №li qurğusunda texnoloji qurğu operatoru kimi çalışır. İlk dəfə yay təcrübəsində iştirak edən Çinarə ARDNŞ-in təqaüdçüsüdür. Çinarə, bir gənc kadr kimi, onlar üçün burada yaradılan şəraitdən, göstərilən diqqətdən razılığını bildirdi.
Ümumiyyətlə, söhbətləşdiyimiz bütün tələbələr gələcəkdə ARDNŞ-in strukturlarında müvafiq işlə təmin olunmaq arzusunda olduqlarını bildirdilər və burada keçdikləri təcrübələrin, öyrəndikləri biliklərin onların gələcək karyeralarına müsbət təsir edəcəklərini inandıqlarını söylədilər.
Xatırladaq ki, 22 aprel 2013-cü il tarixində ARDNŞ-in internet saytında elan olunmuş müsabiqəyə üç həftə ərzində ölkə daxilində və xaricdə 48 ali məktəbdə təhsil alan 1073 tələbə müraciət edib. 25 ali məktəb üzrə 236 tələbə yay təcrübəsinə qəbul edilib. Seçim zamanı ARDNŞ-in təqaüd müsabiqələrinin qaliblərinə, həmçinin, müsabiqələrdə yaxşı nəticələr göstərən tələbələrə üstünlük verilib. Tələbələrin yay təcrübəsi isə ARDNŞ-in tərkibindəki 16 müəssisədə təşkil olunub.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

