Bölgədə iqtisadi inkişafa və turizmə açılan yol
19.04.2025 [11:29]
Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisinə başlanılır
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Ağdam-Xankəndi dəmir yolu xəttinin layihələndirmə işlərinə başlayıb. Layihə tamamlandıqdan sonra cari ilin qarşıdakı aylarında dəmir yolunun tikinti işlərinə başlanması nəzərdə tutulur. Artq bununla bağlı podratçı şirkət seçilib və mobilizasiya işləri davam etdirilir. ADY sədrinin müşaviri Tural Abbaslı “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunda bildirib ki, Ağdamdan Xankəndiyə qədər uzanan dəmir yolunun uzunluğu 27-28 kilometrdir.
Tural Abbaslı əlavə edib ki, Ağdam avtovağzal və dəmir yolu kompleksinin tikintisi tamamlanma mərhələsindədir: “İşlərin növbəti ayın əvvəllərinə tam olaraq bitməsi nəzərdə tutulub. Bu, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birgə çalışdığımız layihədir. Burada şəhərlərarası, rayonlararası marşrutlar və dəmir yolu stansiyası fəaliyyət göstərəcək.
Ulu öndərin əsasını qoyduğu layihə
Xatırladaq ki, Ağdam-Xankəndi dəmir yolu 1979-cu ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə inşa olunub. Məqsəd Qarabağın inkişafında mühüm rol oynayan sənaye istehsalı və emalı tədarüklərini gücləndirmək və digər bölgələrlə nəqliyyat inteqrasiyasını təmin etmək idi və sözügedən dəmir yolu xətlərinin çəkilməsi Xankəndinin digər sənaye sistemlərinə qoşulmasına təkan verib. Həmin dövrdə Ağdam-Xankəndinin illik daşınma gücü illik 1 milyon ton idi və kifayət qədər böyük mal axınlarının təchizatını təmin edirdi. Nəqliyyat xətti Yevlax-Bakı dəmir yoluna qoşulmaqla Qarabağın sosial-iqtisadi, mədəni inkişafı daha da sürətləndirdi, Bakı ilə əlaqələri möhkəmləndirdi. Bu, əhalinin maddi-texniki təchizatını yaxşılaşdırmaqla bərabər, həm də regionun iqtisadi göstəricilərinin əhəmiyyətli dərəcədə artmasına imkan verdi. Məsələn, xammalın tədarükü və məhsulların daşınması xərclərinin aşağı düşməsi səbəbindən Qarabağda istehsal olunan məhsulların maya dəyəri xeyli ucuzlaşdı.
Sahibkarlar üçün yeni fürsətlər
Ermənistanın Azərbaycana hərbi təcavüzü və ərazilərimizin 20 faizinin işğalı nəticəsində iqtisadiyyatın digər sahələri kimi respublikanın dəmir yolu təsərrüfatı, o cümlədən Ağdam-Xankəndi, Bərdə-Yevlax-Xankəndi dəmir yolu da dağıdılaraq sıradan çıxarılıb. Hazırda azad edilmiş torpaqlarımızda bütün nəqliyyat-yol infrastrukturları yenidən qurulur və Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı çərçivəsində inşa edilən Xankəndi dəmir yolu xətti bu quruculuq planının ən mühüm həlqələrindən biridir.
Yeni dəmir yolu sadəcə nəqliyyat layihəsi deyil, eyni zamanda, iqtisadi inkişaf və rifahı təmin edəcək proqramın mühüm tərkib hissəsi kimi qiymətləndirilə bilər. Yol və digər kommunikasiyaların qurulması bölgədə sahibkarların fəaliyyyəti, biznesin yeni layihələrinin icra edilməsi, xarici və yerli sərmayə qoyuluşları, milli istehsalın artması və ixracın diversifikasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, Xankəndi zəngin iqtisadi potensiala və xammal ehtiyatlarına malik bölgədir, burada sənaye, emal-kənd təsərrüfatı, turizm üçün münbit şərait mövciddur.
Xankəndinin ətraf rayonlarla bağlantısı təmin ediləcək
Hazırda Xankəndi şəhərində iqtisadi layihələrin icrasına start verilib və bölgədə sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanlar açılıb. İş adamları, sənaye icması Xankəndi şəhərində və ətraf rayonlarda çoxistiqamətli layihələrə cəlb olunub, xidmət, turizm, emal sənayesi infrastrukturları yaradılmaqdadır. “Qarabağ”, “Palace”, “Bulud”, “Şəfəq” və digər hotellərin, turizm, iaşə və xidmət obyektlərinin açılışı Xankəndinin inkişafında yeni mərhələ açıb. Habelə, şəhərdə dövlət-özəl sektor və biznes icmasının istehsal və xidmətlə bağlı imkanları səfərbər edilir. Bütün bu proseslər bölgənin digər şəhər və rayonlarla reinteqrasiyaya qoşulmasını artırır. İnşa edilən nəqliyyat layihələri Xankəndinin təkcə Ağdamla deyil, digər rayonlarla bağlantısını həll edəcək, eləcə də Şuşa, Əsgəran, Ağdərə və digər rayonlarla sərnişin və yük daşınmalarının vahid zəncirdə birləşməsini mümkünləşdirəcək.
Beləliklə, Ağdam-Xankəndi nəqliyyat qovşaqlarının yaradılması, kommunikasiya xətlərinin açılması region üçün perspektiv inkişafın sürətlənməsinə səbəb olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25

