Asiya və Avropa arasında etibarlı körpü
15.04.2025 [10:47]
Azərbaycan-Çin münasibətlərinin inkişafı nəhəng bir coğrafiyada rifah və əməkdaşlığın möhkəmlənməsində əsaslı rol oynayacaq
Azərbaycan Cənubi Qafqaz regionunda söz sahibi olan lider dövlət, Çin isə Asiyanın və dünyanın iqtisadi güc mərkəzlərindən biridir. Siyasi-iqtisadi amillər, nəqliyyat-tranzit qovşaqları, geosiyasi vəziyyət və digər mühüm faktorlar hər iki ölkəni bir sıra ortaq baxış və strateji maraqlar bucağında tamamlayır. Prezident İlham Əliyevin ötən illərdə Çinə səfərləri, habelə bu ölkənin rəsmi nümayəndələrinin respublikamıza gəlişi dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsinə səbəb olub. Əlaqələrin müasir tablosuna baxdıqda son illər intensiv və dinamik inkişafla müşahidə edilən müsbət tendensiyanı görmək mümkündür.
Hər iki ölkə qlobal ticarətin və logistikaların ən axıcı və səmərəli nəhəng arteriyasına çevrilmiş “Bir kəmər, bir yol” layihəsində yaxın tərəfdaş, sadiq müttəfiqdir. Azərbaycan bu nəhəng nəqliyyat konseptinə uyğun olaraq, özünün nəqliyyat-logistika infrastrukturunu tam yeniləyib, Xəzər dənizində ən böyük ticarət qovşağı olan Bakı Beynəlxalq Dəniz Limanı inşa olunub, Bakı-Tbilisi-Qars istifadəyə verilib, Ələt Azad İqtisadi Zonası yaradılıb, dəmir yolu infrastrukturları şaxələndirilib. Bu tədbirlərin əsas ideyası “Bir kəmər, bir yol” landşaftının tərkib hissəsidir.
Çindən başlayan nəqliyyat marşrutunun böyük bir qovşağı olan və Avropada “qlobal qapı” adlandırılan Orta Dəhlizin ən ahəngdar və axıcı xəttinin Azərbaycanı əhatə etməsi isə ölkəmizin geocoğ?afi mövqeyini daha da möhkəmləndirməkdədir. Bu dəhlizin ən rentabelli qollarından biri olan Bakı-Tbilisi-Qars dəmir yolu yükötürmə qabiliyyətini 5 milyon tona çatdırmaqla Çindən gələn yüklərin bir hissəsini Avropaya ötürür.
“Qlobal qapı”nın Zəngəzur keçidi
Azərbaycanın Orta Dəhlizlə bağlı mövqeyi, sadəcə, tranzit ölkəsi olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil. Hədəf bütün tərəfdaşları vahid iqtisadi mənfəətə xidmət edən innovasiyalar və iqtisadi inkişaf proqramlarında birləşdirməkdir. Özəl sektorun bütün iştirakçılarının təmsil olunduğu müəssisələr yaratmaqla, nəhəng azad iqtisadi zonalar habı formalaşdırmaqdır. Azərbaycanın Qlobal Cənubun fəal ölkəsi olması və Çinin bu coğrafiyada çox vacib və fəal rol oynaması əlaqələrin çoxşaxəliliyini daha da artırır. Perspektivdə bu dəhlizin Zəngəzurdan, Zəngilan istiqamətindən keçməsi mümkün hesab edilir.
Azərbaycan həm də Çinin Avropa ilə artan ticarətində mühüm ötürücü statusuna malikdir. Şərqdən gələn böyük iqtisadi resursların, mal və xidmətlərin Avropaya çıxarılmasında və əmtəə zəncirinin genişlənməsində Azərbaycan tranzit və əlaqələndirici ölkə kimi strateji ölkədir, qitələr arasında bağlantını təmin edən geoiqtisadi əhəmiyyətə malik təchizatçıdır.
Bu baxımdan Azərbaycanın genişşaxəli dəhlizlər formatı rəsmi Pekinin də strateji maraqları ilə üst-üstə düşür. Çin Avropa ilə ticari kommunikasiyaları Azərbaycan üzərindən həyata keçirməyin faydalılığını dəfələrlə bəyan edib. İki ölkə arasında ötən ilin iyul ayında imzalanmış Müttəfiqlik haqqında Birgə Bəyannamənin əsas hədəflərindən biri də məhz bu sinerjiyə əsaslanır. Birgə bəyannamə, eyni zamanda, münasibətlərin siyasi, iqtisadi, humanitar, ictimai, mədəni elm və digər sahələrdə uzunmüddətli vizyonunu və yol xəritəsini müəyyənləşdirir.
“Yaşıl enerji”də sərmayə fəallığı
Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda Azərbaycan və Çinin münasibətlərindən bəhs edərkən bildirib ki, Çin kimi nəhəng ölkə ilə strateji tərəfdaşlıq formatına nail olmaq ölkəmiz üçün olduqca vacibdir. Rəsmi Pekin Azərbaycanın yaxın tərəfdaşı kimi nəhəng layihələrdə dəstək verir.
Hazırda Azərbaycan Çin şirkətləri ilə müxtəlif istiqamətlərdə fəal çalışır, o cümlədən “yaşıl enerji” sahəsində yaxşı təməllər qurulub və bu sahəyə birbaşa sərmayə yatırılması istiqamətində danışıqlar aparılır. Çinin “yaşıl texnologiyalar” üzrə tanınmış korporosiyalarından olan “China Energy International Group Co.,Ltd.” hazırda azad edilmiş ərazilərdə təmsil olunur, Füzuli rayonunda 60 MVt-lıq və 100 MVt-lıq günəş elektrik stansiyalarının tikintisində iştirak edir. Çin şirkətləri, həmçinin, azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının inkişaf etdirilməsinə də cəlb olunub. Eləcə də, texnologiyalar sektorunun qlobal liderlərindən biri olan “Huawei” şirkəti Qarabağ və Şərqi-Zəngəzurda mobil sistemlərin qurulması, “ağıllı şəhər” və kəndlərin rəqəmsal avadanlıqlarla təchizatı prosesində iştirak edir.
“China Energy” şirkəti Dövlət Neft Şirkəti (SOCAR) ilə sıx əməkdaşlıq edir, 2024-cü ilin iyun ayında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən, “yaşıl hidrogen” daxil olmaqla bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində birgə layihə icra olunacaq. “China Datang Corporation Limited” şirkətinin isə Azərbaycandan Avropaya “yaşıl enerji”nin ixracını nəzərdə tutan Xəzər-Qara dəniz-Avropa” yaşıl kabelinin çəkilişində iştirakı nəzərdə tutulur.
Həmçinin, yaşıl ictimai nəqliyyat vasitələri istehsal edən Çin şirkəti müasir nəqliyyat parkında xüsusilə ön yerdə dayanır və bu il istehsal edilmiş ilk avtobuslar istifadəyə veriləcək. Bununla yanaşı, Çin şirkətləri günəş panelləri təchizatçılarıdır və bu panellər Azərbaycanda başqa ölkələrin sərmayəsi ilə inşa edilən stansiyalarda istifadə olunur.
Strateji Tərəfdaşlıq Bəyannaməsinin hədəfləri
Strateji Tərəfdaşlıq Bəyannaməsinin əsas bəndlərindən biri iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin artırılmasıdır. Hazırda bu Asiya nəhəngi ilə Azərbaycan arasında iqtisadi-ticari, investisiya, nəqliyyat-kommunikasiya və s. sahələrdə dövriyyələr durmadan artır. İqtisadi-ticari mübadilə son 10 ildə ən yüksək səviyyəyə çatıb. Belə ki, 2015-ci ildə qarşılıqlı mal dövriyyəsinin həcmi 500 milyon dollar idisə, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3 milyard 744 milyon dollar təşkil edib. Çin xarici ticarət balansında idxalın həcminə görə, Azərbaycanın birinci tərəfdaşı olub. Belə ki, ötən il bu ölkədən idxal olunmuş malların həcmi 3,7 milyard dollar təşkil edib, Azərbaycanın Çinə ixracı təxminən 25 milyon dollara bərabər olub.
Ümumilikdə, Çin Azərbaycanın 5 böyük ən böyük ticarət tərəfdaşından biri olmaqla 4-cü yerdə qərarlaşır. İmkanlar isə daha böyükdür.
Birgə Bəyannamənin ən mühüm detallarından biri Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində Çinlə siyasi, iqtisadi, nəqliyyat-tranzit təmaslarının əlaqələndirilməsi, ölkəmizin bu nəhəng təşkilatda təmsilçiliyinin təmin edilməsidir. ŞƏT-də təmsil olunmaq Azərbaycan-Çin strateji tərəfdaşlığını yeni mərhələyə qaldırmaqla yanaşı, həm də regional və beynəlxalq çərçivədə təmasların artırılması, mübadilələrin intensivləşdirilməsi və əməkdaşlığın dərinləşməsinə dərin zəmin yaradır. Bu mötəbər təsisat siyasi-iqtisadi həmrəylik platforması olmaqla, Azərbaycanın ŞƏT blokunda qlobal mühitlə inteqrasiyasını daha da dərinləşdirəcək
Azərbaycan Çinlə müdafiə sahəsində də əməkdaşlıqla bağlı dialoqı inkişaf etdirir, Silahlı Qüvvələrimizin müasirləşdirməsində bu ölkənin təchizat imkanlarından istifadə, birgə istehsal müəssisələrinin yaradılması istisna olunmur.
Beləliklə, Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin inkişafı regional və qlobal səviyyədə yeni imkanları səfərbər etməklə, nəhəng bir coğrafiyada rifah və əməkdaşlığın möhkəmlənməsində əsaslı rol oynayacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08

