Yeni zəka platforması
18.03.2025 [10:31]
XII Qlobal Bakı Forumunda süni intellekt ideyaları sahəsində əməkdaşlığa dair birgə niyyət ifadə olunub
Bakıda keçirilən XII Qlobal Bakı Forumunda iştirak edən innovasiya şirkətlərinin və dünya beyin mərkəzlərinin müzakirə etdiyi başlıca mövzulardan biri də süni intellekt texnologiyaları sahəsində beynəlxalq əməkdaşlığın artırılması ilə bağlı olub. Forumda qeyd edilib ki, müasir texnologiya və innovasiyaların daim inkişaf etdiyi dünyada unikal bacarıq və zəngin təcrübəyə malik şəxslər başqalarının həyatına əhəmiyyətli təsir göstərir. Bu ekosistemin əsas hərəkətverici qüvvəsi kimi süni intellekt daha ön plana çıxmaqdadır. Süni intellekt proqramları danışa və hərəkət edə bilən robot kimi hər gün gündəlik həyatın ayrılmaz texnologiyasına çevrilib.
“Yeni dünya üçün yeni texnologiyalar” mövzusunda keçirilən panel iclasda Beynəlxalq Telekommunikasiya İttifaqının Baş direktorunun müavini Tomas Lamanauskas bildirib ki, yeni texnologiyaların tətbiqi müasir həyatın ayrılmaz tərkib hissəsinə çevrilib və süni intellektin ictimai həyatda rolu durmadan artır. Hazırda dünyada bütün sahələr üzrə süni intellekt texnologiyalarının 45 faizi tətbiq olunur, 25 faizi isə yoxlanılma mərhələsindədir.
“Yeni dünya üçün yeni texnologiyalar”
T.Lamanauskasın fikrincə, süni zəkanın bütün dünyada tətbiqi üçün qlobal mərkəzlərin yaradılmasına və kadr institutunun fəaliyyətinin artırılmasına ehtiyac var. Bu istiqamətdə əsas qlobal trendlərdən biri kimi ölkələr arasında süni zəka proqramlarının əlaqələndirilmiş formatlarının qurulması da çağırışlardan biridir. Xüsusilə də səhiyyə sənayesinin texnoloji irəliləyişlərində və səhiyyə xidmətlərinin gücləndirilməsində süni texnologiyalara ehtiyacın kəskin artdığı vurğulanıb. Qlobal Əməkdaşlıq Forumunun prezidenti Amir Dossal Azərbaycanın səhiyyə sektorunda gördüyü işlər, süni intellekt sahəsindəki nailiyyətləri barədə məlumat aldığını, ölkəmizdə bu sahədə görülən tədbirlərin təqdirəlayiq olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan bu sahədə digər ölkələrə kömək edə bilər.
Oksford Universitetində Süni İntellekti İdarəetmə Təşəbbüsünün baş məsləhətçisi Sam Davs isə süni zəka texnologiyalarının dövlətlər arasında geosiyasi rəqabətin dərinləşməsində artan roluna diqqət çəkərək bu sahədəki yeniliklərin bütün ölkələr arasında paylaşılmasını təklif edib. Bir sözlə, qlobal icma Bakıda yeni rəqəmsal texnologiyalar sahəsində öz bilik və təcrübələrini bölüşmək, birgə əməkdaşlıq platforması yaratmaq üçün yekdil mövqe nümayiş etdirib.
XII Qlobal Bakı Forumu bir daha müxtəlif ölkələrin rəqəmsal inkişaf və süni intellekt quruculuğunda Azərbaycanın açıq təşəbbüskar ölkə kimi nüfuzunu təsdiqlədi, Eyni zamanda, respublikamızda bu sahədə yeni təşəbbüslərin meydana çıxması və uğurlu tətbiqlər üçün stimulverici rol oynadı. Bu, həmçinin, ölkəmizdə süni intellekt quruculuğunda yerli şirkətlərimizin xarici innovasiya mərkəzləri ilə əlaqələrində yeni fürsətlər yaradır.
Süni intellekt dövlət və özəl sektorda
Hazırda Azərbaycan iqtisadiyyatının və idarəetmə sektorunun müxtəlif sahələrində, o cümlədən, sənaye, energetika, kənd təsərrüfatı, SOCAR, sənaye parkları, futbol, güləş, cüdo və digər sahələrdə süni intellekt texnologiyalarının tətbiqi geniş vüsət almaqdadır. Eləcə də, müxtəlif biznes layihələrində, tikinti və texnologiyalar sahələrində süni intellekt və robotlar vasitəsilə müxtəlif layihələrin icrası həyata keçirilir.
IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) aparıcı beynəlxalq rəqəmsal texnologiya şirkətləri ilə sıx əməkdaşlıq edir. Bu istiqamətdə onlayn təhsil platformalarından biri olan “Coursera” ilə qurulmuş əməkdaşlıq çərçivəsində minlərlə vətəndaşımız faydalanıb və süni intellekt sahəsində innovasiyaları təşviq edən 42 ölkə və 118 proqram arasında qalib olub. Həmçinin, Azərbaycan dilində generativ süni intellekt və böyük dil modelləri var ki, bu da innovativ təşəbbüsləri və ideyaları inkişaf etdirməyə imkan verir. Təkcə “Coursera” platformasındakı 20 kursun təşkili “DeepFake” texnologiyası vasitəsilə Azərbaycan dilinə tərcüməyə imkan verəcək.
Robot texnologiyalarının ÜDM-də payı artacaq
Robot texnologiyaları qlobal ÜDM-in artmasına, inkişaf etmiş ölkələrin milli məhsul istehsalında əsas əlavə dəyər yaradan sahələrdən birinə çevrilməkdədir. Yaponiya və Çin iqtisadiyyatında yaranan əlavə dəyərin təxminən 1 faizə yaxını bu sektorun payına düşür. 2030-cu ilədək süni intellekt sahəsində Çinin gəliri təxminən 60 milyard dollar təşkil edəcək.
Bu baxımdan Azərbaycan da qlobal rəqəmsal çağırışlardan geri qalmamaq üçün özünün strateji konseptini müəyyən edir. Azərbaycan hökumətinin hazırladığı yeni rəqəmsal iqtisadiyyat strategiyasında da süni intellektin inkişafına dair hədəf prioritetləri nəzərdə tutulub. Yeni dövrdə qurulacaq ekosistem startap, inkubasiya və akselerasiya mərkəzləri, vençur və kraudfandinq institutları və s. texnoloji tutumlu sahələrə söykənəcək.
4,4 milyard dollar həcmində süni zəka dividentləri
Respublikamız 2040-cı ilə qədər iqtisadi artımın sürətləndirilməsində süni intellektin imkanlarından istifadə etməyi planlaşdırır və bu istiqamətdə beynəlxalq təşkilatlar və konsaltinq şirkətlərlə birgə layihələr icra etməyi düşünür. Qiymətləndirmələrə görə, Azərbaycan dilində generativ süni intellekt ölkə iqtisadiyyatına əlavə 4,4 milyard dollar gəlir gətirəcək. Bundan əlavə, böyük həcmli məlumatları generasiya edə biləcək rəqəmsal proqramın istifadəyə verilməsi bu potensialı daha da böyüdərək əlavə dəyərin həcmlərini də artıra bilər.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52

