Avrasiya Bankı Azərbaycana investisiya yatırmağa hazırdır
14.03.2025 [10:13]
Avrasiya İnkişaf Bankı Azərbaycanda müxtəlif sahələr üzrə layihələrin maliyyələşdirməsinə hazır olduğunu bəyan edib. Bu barədə Avrasiya İnkişaf Bankının (AİB) İdarə Heyətinin sədri Nikolay Podquzov bildirib. Bankın nümayəndə heyəti ilə Azərbaycanın maliyyə naziri Sahil Babayev arasında keçirilən görüşdə N.Podquzov Bankın yaradılması, fəaliyyəti, hazırkı üzvləri, eləcə də üzv ölkələrdə maliyyələşdirilən layihələr barədə ətraflı məlumat verib. O, Bankla Azərbaycan arasında əməkdaşlıq üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.
S.Babayev Azərbaycanın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu və Avrasiya İnkişaf Bankı ilə də əməkdaşlıq məsələsinin nəzərdən keçiriləcəyini qeyd edib. AİB-in fəaliyyəti, layihələri maliyyəşdirmə prosedurları və bu sahədə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.
AİB Azərbaycanın səhmdar olmasında maraqlıdır
Avrasiya İnkişaf Bankı Azərbaycanın bu maliyyə institutnda yer almasında maraqlıdır. Bankın rəhbərliyi ölkıəmizin bu qurumun səhmdarlarının sırasına qoşulmasına ümid etdiyini bəyan edib. Bir müddət əvvəl AİB-in idarə heyətinin sədri Nikolay Podquzov bildirib ki, bank öz sıralarına yeni iştirakçıların cəlb edilməsi yolu ilə səhmdarların sırasının genişlənməsinə çalışır. Onların sırasında Azərbaycan xüsusi etimad göstərilir. “Biz banka yeni iştirakçıların cəlb edilməsi üzrə fəaliyyətimizi gücləndirmək istəyirik. Avrasiya regionunda fəaliyyət göstərən bank olaraq görürük ki, ilk növbədə regiondakı qonşu ölkələr namizəd ola bilər. Aydındır ki, Türkmənistan, Monqolustan və ya Azərbaycan kimi ölkələr bankın həqiqi tərəfdaşları ola bilərdi. Yaxın Şərq ölkələri Mərkəzi Asiya regionuna investisiya yatırmaqda maraqlıdırlar” - deyə Podquzov vurğulayıb.
AİB rəhbəri qeyd edib ki, danışıqlar prosesinin hər hansı konkret nəticələri ilə bağlı məlumat verilməsə də, 2025-ci ildə banka yeni səhmarların daxil olacağına əminik. Nəticədə bu maliyyə institunun coğrafi fəaliyyəti daha da genişlənəcək.
Yeni üzvlər investorlar klubunu genişləndirə bilər
Avrasiya İnkişaf Bankı Avrasiya ölkələrində iqtisadiyyatların, ticarət və digər iqtisadi əlaqələrin inkişafına və inteqrasiyaya sərmayə qoyan beynəlxalq maliyyə institutudur. Bankın əsas missiyası üzv dövlətlərdə bazar iqtisadiyyatlarını və iqtisadi artımı təşviq etmək və investisiyalar vasitəsilə onlar arasında ticarət və digər iqtisadi əlaqələrin genişləndirilməsinə kömək etməkdir. 2006-cı ildə yaradılmış təsisatın Baş ofisi Qazaxıstanın Almatı şəhərində yerləşir. 7 milyard dollardan çox nizamnamə kapitalına malik olan Avrasiya İnkişaf Bankı regionda iri maliyyə institutlarından biri kimi nəhəng layihələrin, regional proqramların maliyyələşdirilməsində aktiv investor kimi çıxış edir.
Bankın səhmdarları 6 ölkədir. Özbəkistan hazırda banka qoşulma ərəfəsindədir.
Misir, İsrail, Hindistan, İndoneziya, İran, Yaponiya, Monqolustan, Sinqapur, Tailand, Koreya Respublikası və Vyetnam bu təşkilata üzv olmaq niyyətindədir. Bankın Sankt-Peterburqda filialı və Astana, Bişkek, Düşənbə, Minsk Moskvada isə nümayəndəlikləri var.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25

