Dünyanın yeni rəqəmsal paytaxtı
04.03.2025 [09:59]
Tramp ABŞ-ı virtual pul dünyasının mərkəzinə çevirmək iddiasındadır
ABŞ Prezidenti Donald Tramp ölkənin kriptovalyuta ehtiyatının yaradılacağını elan edib. Bu ehtiyata “Bitcoin”, “Ethereum”, “Solana” (SOL), “Ripple” şirkətinin XRP-si, “Cardano” (ADA) və digər “qiymətli” rəqəmsal aktivlər daxil ediləcək. Tramp bildirib ki, ABŞ-ın kriptoehtiyatı bu rəqəmsal sənayenin Bayden administrasiyası dövründəki enişini aradan qaldıracaq və korrupsiya hücumları nəticəsində itmiş nüfuzunu yenidən bərpa edəcək, nəticədə əhəmiyyətli yüksəliş dövrü başlayacaq.
“Mən ABŞ-ın dünyanın kriptopaytaxtı olmasını təmin edəcəyəm”, deyə iddialı bəyanat verən Trampın bu açıqlamasından sonra rəqəmsal valyuta bazarlarında yenidən çaxnaşmalar qeydə alınıb, “Bitcoin”, “Ethereum” və digər “qiymətli” valyutalar da daxil olmaqla əksər kriptopullar kəskin bahalaşıb. Belə ki, ADA indeksi 60 faiz, XRP 33 faiz, 25 faiz artıb. Digər kripovalyutaların indeksi isə 10-13 faiz civarında dəyər qazanıb. Ən bahalı kriptovalyuta olan “Bitcoin”in qiyməti isə “CoinMarketCap” platformasında 3 fazidən çox bahalaşaraq 98 min dollar təşkil edib. “Bitcoin”in bahalaşması onun bazar dəyərini və əməliyyatlar üzrə dövriyyəsini də yüksəldib, təkcə fevralın son iki həftəsində dövriyyədə olan bu virtual pulların bazar payı 10 milyard dollardan çox artaraq ümumilikdə 2 trilyon dollara yaxınlaşıb. ABŞ-ın bazar araşdırmaçıları bu valyutanın yaxın bir neçə gündə 100 min dolları ötəcəyini istisna etmirlər.
Tramp kriptovalyutadan 1 milyard dollar qazanıb
D.Trampın ABŞ-ı kriptovalyuta paytaxtı elan etməsi dünyanın bir nömrəli iqtisadiyyatı olan superdövlətin ali hakimiyyət himayəsi altında qlobal maliyyə sistemində sıçrayışlı böyük dəyişikliklərin baş verəcəyinin anonsudur. Əslində bu dəyişikliklər 15-20 il əvvəl başlasa da, artıq tamamilə yeni mərhələyə qədəm qoyan virtual pul dünyasının miqyasının geniş xarakter aldığını göstərir. ABŞ-ın dövlət başçısı dünya sənayesinin ahəngini kriptovalyuta sənayesinə fokuslamaqla öz ətrafındakı iri maliyyəçilərlə birlikdə yeni pul imperiyası qurmaq niyyətindədir. Məsələ ondadır ki, kriptovalyuta bazarı əvvəlki situasiyalarda daha çox spekulyasiyalarla idarə olunurdusa, Trampın güclü dəstəyi ilə blokçeyn texnologiyaları maliyyə sistemində öz real yerini alaraq möhkəmlənir və maliyyə rəqabətində öz həqiqi gücünü nümayiş etdirir. Trampın özü blokçeyn bazarında birbaşa investor kimi iştirak etməsi və kriptovalyuta əməliyyatlarından fevral ayında 1 milyard dollar gəlir əldə etməsi bu bazara inamlı investorların qoşulmasını da sürətlənidirir. ABŞ Prezidentinin kritomeneceri “Coinbase” şirkətinin direktoru Conor Groganın sözlərinə görə, Tramp 16 milyard dollar dəyərində token (rəqəmsal kupon) saxlaması səhmdarları ruhlandırır və bu səbəbdən “Bitcoin”in mənfəət marjasının daha da yüksələcəyi istisna deyil.
İri səhmdarlar rəqəmsal kuponlar üçün...
Blokçeyn texnologiyaları üzrə qlobal ekspertlər hesab edirlər ki, 2025-ci ildə bu sahənin potensialı özünü real olaraq göstərəcək və dünya maliyyə sisteminə kəskin təsirləri olacaq. Kriptovalyuta bazarının 2025-ci ildə böyüməsi və təsiri bu sənayenin maliyyə sektorunda aparıcı rolunu artıracaq. Bu isə bazara institusional investorların gəlməsinə, likvidlik və sabitliyin yüksəldilməsinə imkan verəcək.
Bu baxımdan, qarşıdakı dövrdə “Bitcoin”in qiymətinin artması gözləniləndir. Eyni zamanda, digər kriptovalyutaların da yeni bazarı açılacaq. Bu proses qlobal iqtisadiyyatın digər sahələrində - daşınmaz əmlak, əmtəə və xammal bazarlarında da tokenləşməni genişləndirəcək və iri səhmdarlar öz maliyyəsini rəqəmsal kuponlara investisiya edəcək. Digər bir məqam kriptovalyutaların ödəniş alətinə çevrilməsi ehtimalının gerçəkləşməsidir. Kriptovalyutalar, o cümlədən “Bitcoin” indiyə qədər investisiya aləti kimi istifadə olunurdusa, Trampın mövcud addımlarından sonra ABŞ-ın timsalında ödəniş sistemləri arxitekturasını formalaşdıra bilər. Yəni, “Bitcoin” “Mastercard”, “Viza”, “SWIFT” ödəniş mübadilə sisteminə inteqrasiya edilə bilər. Bir sözlə, artıq “Bitcoin” həm yığım, həm də tədavül vasitəsinə çevrilməklə qlobal maliyyə sistemini dəyişdirməkdədir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

