/ / İKTA: Çoxmənzilli bina sakinlərinin operator və provayderləri sərbəst seçmək hüququ təmin edilməlidir
İKTA: Çoxmənzilli bina sakinlərinin operator və provayderləri sərbəst seçmək hüququ təmin edilməlidir
20.02.2025 [18:56]
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) çoxmənzilli yaşayış binalarında sakinlərin internet operator və provayderini sərbəst seçmək hüququnun pozulması ilə bağlı müraciətlərə həssas yanaşır.
AZƏRTAC İKTA-nin yaydığı məlumata istinadla xəbər verir ki, internet xidmət provayderləri və vətəndaşlar tərəfindən daxil olan son müraciətlərdə Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 3166-cı məhəllədə yerləşən yaşayış kompleksində qeyri-sağlam rəqabətin olması və bəzi bazar iştirakçılarına üstünlüyün verilməsi ilə bağlı iddialar səsləndirilib.
Bu şikayətləri nəzərə alaraq, İKTA həmin ünvanda fəaliyyət göstərən operator və provayderlərlə müzakirələr aparıb, onların nəzərinə abunəçilərin hüquqlarının məhdudlaşdırılmasının yolverilməz olduğu çatdırılıb. Görüş zamanı qeyd edilib ki, son zamanlar agentliyə çoxmənzilli yaşayış binalarında sakinlərin (abunəçilərin) keyfiyyətli telekommunikasiya (telefon və internet) xidmətlərindən tam istifadəsinə maneələrin yaradılması ilə yanaşı, bir çox binalarda operator və provayderlərə ayrıseçkilik nümayiş etdirilməklə süni maneələrin yaradılması barədə məlumatlar daxil olmaqdadır.
“İKTA bəyan edir ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, abunəçilərin operator və provayderləri sərbəst seçmək hüququ var və bu hüququn təmin edilməsinə müvafiq şərait yaradılmalıdır. Operatorların, provayderlərin və istehlakçıların mənafeyinə zidd olaraq istifadəçilərin maraq və hüquqlarının pozulmasına səbəb olan digər operator və provayderlərin fəaliyyətinə maneə törədərək tək fəaliyyət göstərən operator və provayderlər barəsində də qanunvericiliyə uyğun tədbirlərin görülməsi istiqamətində İKTA tərəfindən müvafiq addımlar atılacaq.
İKTA vətəndaşları və provayderləri fəal olmağa, müvafiq halla rastlaşdıqda rəsmi şikayətlə İKTA-ya müraciət etmələrini tövsiyə edir. Eyni zamanda bildirilir ki, 2023 – 2024-cü illər ərzində qeyd edilən məsələlərlə bağlı internet operator və provayderləri tərəfindən İKTA-ya 30-a yaxın müraciət daxil olub və Agentliyin aidiyyəti strukturlarla birgə atdığı addımlar nəticəsində bu müraciətlərin əksəriyyəti müsbət həllini tapıb. Bir sıra müraciətlərlə bağlı isə işlər davam etdirilir. Agentlik bəyan edir ki, qanunvericiliyə uyğun olaraq istifadəçilərin maraq və hüquqlarının pozulmasına, yaxud qanunazid olan hər hansı digər əməllərə yol verən şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar”, - deyə İKTA-nin məlumatında qeyd olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

