Qiymətli kağızlar bazarının inkişafına dair ictimai müzakirə təşkil olunub
10.02.2025 [19:32]
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə 2025-ci il üzrə ilk ictimai müzakirə “Kapital bazarının inkişafı: mövcud imkanlar və perspektivlər” mövzusuna həsr olunub.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Bakı Fond Birjası (BFB) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə “Bakı KOB evi”ndə təşkil olunmuş tədbirin məqsədi müvafiq sahədə dövlət siyasəti, qanunvericilik bazası, maliyyə alətləri, tənzimləmə mexanizmləri, eləcə də müvafiq sahədə KOB-lar üçün imkanları müzakirə etmək olub. İctimai müzakirədə aidiyyəti dövlət qurumlarının nümayəndələri, sahibkarlar və kapital bazarının iştirakçıları iştirak ediblər.
Tədbirdə KOBİA yanında İctimai Şuranın sədri Samir Abdullayev, BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və ASK-ın prezidenti Məmməd Musayev qiymətli kağızlar bazarının mövcud vəziyyəti və sektorun gələcək perspektivləri, bu sahədə KOB subyektləri üçün imkanlar, maliyyə savadlılığının təşviqi barədə məlumat veriblər. Qeyd olunub ki, KOB-ların inkişafı və dayanıqlılığının təmin edilməsində kapital bazarı əhəmiyyətlidir. Bank kreditləri və daxili maliyyə resursları ilə yanaşı, KOB-lar alternativ maliyyə mənbələrinə çıxış əldə etməklə daha sürətli böyüyə və uzunmüddətli dayanıqlılıq qazana bilərlər. Kapital bazarları KOB-lara stabil və uzunmüddətli maliyyələşmə, şəffaflıq, korporativ idarəetmənin təkmilləşdirilməsi və beynəlxalq bazarlara çıxış imkanı təqdim etməklə iqtisadiyyatda daha güclü mövqe tutmasına şərait yaradır. İnkişaf etmiş kapital bazarları KOB-ların bank kreditlərindən asılılığını azalda, səhmlər və istiqrazlar buraxmaq imkanı qazanaraq, birbaşa investorlar vasitəsilə vəsait cəlb edə bilirlər. Bu isə KOB-ların maliyyə mənbələrini şaxələndirməsinə, daha uzunmüddətli və səmərəli maliyyələşmə imkanları əldə etməsinə şərait yaradır. KOB-lar ilə yanaşı, bu əməkdaşlıqdan kapital bazarları da faydalana bilər. Bu sahədə Bakı Fond Birjasının təşəbbüs və proqramları KOB-lar üçün yeni imkanlar yaradır.
Tədbir çərçivəsində Bakı Fond Birjası tərəfindən qiymətli kağızlar bazarı sahəsində mövcud vəziyyət, çətinliklər, bu sahənin inkişafı üçün görülən işlər və qarşıda duran hədəflər haqqında təqdimat keçirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52

