Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / AMB və BVF maliyyə sektorunun inkişafı məsələlərini müzakirə edib

AMB və BVF maliyyə sektorunun inkişafı məsələlərini müzakirə edib

23.01.2025 [21:17]

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan, Orta Şərq və Mərkəzi Asiya üzrə missiya rəhbəri Anna Bordon ilə görüşüb.

Bankdan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanda makroiqtisadi vəziyyət, ortamüddətli dövr üzrə makroiqtisadi gözləntilər və proqnozlar, pul siyasəti üzrə islahatlar və qəbul olunan qərarlar, habelə maliyyə sektorunun sabitliyi üzrə siyasət çərçivəsi, BVF-nin maliyyə sektorunun qiymətləndirilməsi layihəsi üzrə tövsiyələrinin tətbiqi müzakirə olunub.

Gələcəkdə pul siyasətinin ötürücülüyünün daha da artırılması və maliyyə sektorunun inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 148 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28