Monteneqro Azərbaycan turistlərinin yolunu gözləyir
14.05.2013 [12:37]
2013 ci ilin yayi üçün Azərbaycan turistlərinə təklif edilən yeni və maraqlı məkanlardan biri də Monteneqrodur
Sıx meşələrə, çaylara, eləcə də, əlverişli iqlimə malik olan Monteneqronu hələ qədim zamanlardan bir çox imperiyalar mənimsəmək istəmişlər. Elə bu səbəbdəndir ki, Monteneqro bu gün öz təbii və mədəni sərvətləri ilə fəxr edərək, öz qonaqpərvərliyini turistlərə nümayiş etdirməkdədir.
Monteneqroya çatarkən bu yerin xüsusi atmosferini dərhal hiss edirsən. Otelə gedən yolda təbiətin gözəlliyindən təəccüblənməyə bilmirsən , hər döngəsində gözəl mənzərə adamı özünə valeh edir. Ölkənin ətrafını səyahət edərkən bir çox gözəl mənzərələrə rast gələcəksiniz. Onlardan başı uca dağları, yaşıl meşələri, geniş və təmiz çimərlikləri sizlər üçün bu ölkəni unudulmaz edəcəkdir. Şam ağaclarının və dəniz havasının təmiz qoxusu ilə dolu havanı insan ləzzətlə dərindən içinə çəkir. Təmizlik – burada müqəddəs sözdü. Artıq 20 ildir ki, Monteneqroda təbiətin mühafizəsi üçün milli proqramlar uğurla fəaliyyət göstərir. Monteneqrodakı bütün təşkilatlar havanı n və suyun çirklənməməsi üçün müəyyən işlər aparırlar. Burada tikinti işləri ciddi qaydalara uyğun olaraq həyata keçirilir. Bu səbəbdən də buradaki heyvanlar, quşlar, hətta bitkilər belə özlərin sərbəst və rahat hiss edirlər. Monteneqronun mülayim iqlimi insanların xoş əhval-ruhiyyəsinə səbəb olur. Bu ölkənin nə sərt qışı, nə də ki boğucu yayı olur. Qış aylarında turistlər mərkəzi dağlıq rayonlarını ziyarət edirlər. Burada gözəl təbiət arasında milli parklardan başqa ucuz və rahat qış kurortları üçün terraslar da vardır. Yaz aylarının ortalarında Monteneqronun tarixi və görməli yerləri ilə taniş olmaq üçün turistlər gəlməyə tələsirlər. Bu dövr ekskursiyalara getmək üçün ən əlverişlidir.Əllbəttə ki, yayda Monteneqroya turist axını daha çoxdur. Yay tətilləri üçün ən uyğun aylar iyun ayından sentyabr ayına kimidir.
Əslində, heç də təəccüblü deyil ki, bir çox turistlər yay tətillərində ,məhz, Monteneqroya üz tuturlar. Monteneqroya bir günlük səfər edənlər bu ölkəyə təkrarən sevə-sevə qayıdırlar. Adriatik dənizinin qumlu , kiçik daşlı sahilləri, mənzərəli yerləri heç bir turisti biganə qoymur. Lakin Monteneqro tək dənizləri ilə məşhur deyildir. Burada hər kəsin zövqü üçün əyləncələr tapılar : idman mərkəzləri, dəniz keyfi, diskotekalar, uşaq meydançaları, müxtəlif festivallar sizləri gözləyir. Həmçinin, vacib şərtlərdən biri də odur ki, Monteneqroda hər kəs öz cibinə uygun otellər tapa bilər.
Heç bir turist Monteneqroda raftinq kimi idman növündən imtina edə bilməz. Çünki Tara çayının kanyonu Kolorado çayının kanyonundan sonra dünyadaki ikinci böyük kanyondur və sözü gedən kanyon UNESCO dunya mədəni irs siyahisinda yer almışdır. İstirahət üçün Monteneqronu seçənlər təhlükəsiz əyləncə üçün lazım olan hər şey ilə təmin olunurlar. Bu arada siz paraşutdan tullana , sörfinq dərsləri götürə , ova gedə bilərsiniz.
Əgər siz daha dinc əyləncələrə üstünlük verirsinizsə, folklor axşamları ideyası sizin üçün daha əlverişlidir. Bu fürsət, həm də, sizlərə Monteneqro ilə daha yaxından tanış olma və milli mətbəxin təamlarından dadmaq imkani verəcəkdir.
Monteneqroda bir masa! Monteneqro qurman turistləri təəccübləndirməyi və sevindirməyi bacarır. Ölkədə dəniz məhsulları bahalı deyil, həmin məhsullar milli mətbəx komponentləri də sayılmır. Lakin ədviyyat və göyərti ilə quzu əti , tərəvəz və bütün növ ağ pendirlər bu ölkənin milli mətbəxinin ləziz yeməklərindən sayılır.
Siz Monteneqroya gedərkən burada dünyada da məşhur olan , günəş şüaları altında qurudulmuş vetçinanın dadına baxa bilərsiz. Bu ölkənin hansı tərəfinə getsəniz belə , bütün süfrələrdə sərvət və rifah rəmzi kimi çörəyi görəcəksiniz. Monteneqroda xüsusi desertlər də hazırlanır.
Bu ölkədə xüsusi reseptlə hazırlanan yerli şərablar da vardır. Burada şərab xoşlayan insanlara üzümdən hazırlanmış araqlar, xüsusi brendlər təqdim olunur. Monteneqronun öz ətirli qəhvəsi ilə qonşu ölkələrdən seçilir.
Gördüyü kimi , Monteneqroda istirahət darıxdırıcı olmayacaq. Xoş xatirələr, gözəl şəkillər və böyük emosiya sizin yaddaşınızda əbədi qalacaqdır.
19 iyundan etibarən «FlyMontenegro» Monteneqroya birbaşa həftəlik nizami uçuşlara başlayır.
Əgər siz Monteneqroya səyahət etməyə qərar verdinizsə , o zaman “Millennium Tourism & Congress DMC”şirkətinə müraciət etməyə tələsin!
Ünvan: AZ1001, Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi 12/14
Tel:012 497 54 00
Mob: 070 221 90 64
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10
