Azərbaycanda elektron satınalmaların ümumi məbləği 3 dəfə artıb
25.12.2024 [23:39]
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən dövlət satınalmalarının təşkili zamanı büdcə xərclərinə qənaət, satınalma prosesində obyektivliyin təmin edilməsi, təkliflərin qiymətləndirilməsində şəffaflıq və qərəzsizlik prinsiplərinə əməl olunması ilə rəqabətədavamlı iqtisadiyyatın inkişafına yönələn tədbirlər davam etdirilir.
Dövlət Xidmətindən bildirilib ki, ölkədə dövlət satınalmaları sisteminin məxfi satınalmalar istisna olmaqla elektronlaşdırılması nəticəsində cari ilin yanvar-noyabr aylarında rəqabətlilik və hesabatlılığın artırılması istiqamətində müsbət nəticələr əldə olunub. Hesabat dövrü ərzində elektron satınalmaların həcmi 3 511,2 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü (1 267,3 milyon manat) ilə müqayisədə 3 dəfəyədək artım qeydə alınıb.
Cari il ərzində elektron satınalmalarda qənaət edilən dövlət vəsaitlərinin məbləği 559,7 milyon manat təşkil edib. Bu nəticələr dövlət vəsaitlərindən səmərəli istifadə ilə izafi xərclərə yol verilməməsi və maliyyə intizamının gücləndirilməsi hesabına əldə olunub.
Dövlət satınalmalarında nəzarət tədbirlərinin gücləndirilməsi, əlçatanlığın təmin edilməsi və bürokratik əngəllərin aradan qaldırılması ilə bazar subyektlərinin iştirak səviyyəsinin yüksəlməsinə nail olunub. Belə ki, 2024-cü ilin yanvar-noyabr aylarında dövlət satınalmalarında yekunlaşmış müsabiqələr üzrə orta iştirakçı sayı 6,5 təşkil edib.
Dövlət Xidməti müsabiqə və aşkarlıq əsasında bütün sahibkarların bərabər şərtlərlə dövlət satınalmalarında iştirakını hədəfləyən tənzimləyici tədbirlərini cari il ərzində də davam etdirib. Satınalan təşkilatlar tərəfindən müxtəlif maneələrin yaradılması ilə əlaqədar Dövlət Xidmətinə daxil olan 1270 müraciətə baxılıb. Hesabat dövründə keçirilmiş müsabiqələrin nəticələri barədə 13 477 yekun protokol təhlil olunub. Nəticədə, müsabiqə zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 1790 yekun protokol (13,3 faiz) Dövlət Xidməti tərəfindən ləğv edilib.
Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli Sərəncamı ilə yaradılıb. Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupuna rəhbərliyi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

