Mərkəzi Bank “Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi” sənədini təsdiqləyib
19.12.2024 [23:17]
Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə bazarlarının fəaliyyətinin sabitliyinin və dayanıqlılığının təmin edilməsi məqsədilə bank sektorunun tənzimləmə və nəzarətini, o cümlədən makroprudensial siyasəti həyata keçirir.
AMB-dan AZƏRTAC-a bildirilib ki, makroprudensial siyasət çərçivəsinin təkmilləşdirilməsi və onun kommunikasiyasının genişləndirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən beynəlxalq təcrübə nəzərə alınmaqla “Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi” sənədi hazırlanıb. Sənəddə makroprudensial siyasətin son və aralıq məqsədləri, tətbiq istiqamətləri və prosesi, institusional dizaynı, kommunikasiyası eləcə də digər siyasətlərlə qarşılıqlı əlaqəsi əks olunur.
Makroprudensial siyasətin əsas məqsədi sistem risklərinin akkumulyasiyasını aradan qaldırmaqla maliyyə sabitliyini qorumaq və onun dayanıqlılığını gücləndirməkdir. Maliyyə sektorunun dayanıqlılığı və sabitliyi uzunmüddətli dayanıqlı iqtisadi artımın əsas şərtlərindən hesab olunur. Qeyd olunan əsas məqsədə nail olmaq üçün çərçivə sənədində beş aralıq məqsəd müəyyən olunub.
Beynəlxalq təcrübədə makroprudensial siyasətin yeni çağırışlar və risklər fonunda təkmilləşdirilməsi davam edən bir prosesdir. Bu səbəbdən də çərçivə sənədində Mərkəzi Bank tərəfindən hazırda istifadə olunan alətlərlə yanaşı, gələcəkdə tətbiq oluna biləcək makroprudensial alətlərə dair məlumatlar da təqdim edilir.
Mərkəzi Bankın “Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi” sənədi 2024-cü ilin dekabr ayında Pul siyasəti və maliyyə sabitliyi Komitəsində müzakirə olunaraq 12 saylı protokol qərarı ilə geniş ictimaiyyətə açıqlanması üçün təsdiq edilib.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

