Bankların yeni öhdəliyi
11.12.2024 [10:25]
“Yaşıl kreditlər”in həcminin artırılması hədəflənib
Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı öhdəliklər çərçivəsində “yaşıl taksonomiya”da qeyd edilmiş fəaliyyət sahələrinin maliyyələşdirilməsini hədəfləyir. Mərkəzi Bankdan (MB) mediaya açıqlamada bildirilib ki, həmin çərçivəyə əsasən, təqdim olunan kreditlər “yaşıl layihə”lərin tam və ya qismən maliyyələşdirilməsi, o cümlədən yenidən maliyyələşdirilməsi məqsədini daşıyır. “Yaşıl kreditlər”in digər kreditlərdən əsas fərqi onların yalnız “Yaşıl Taksonomiya”dan irəli gələn prioritetlərə uyğun olmasıdır. Qeyd edək ki, Mərkəzi Bank tərəfindən ötən ay təsdiqlənmiş “Yaşıl Taksonomiya” sənədi ölkədə dayanıqlı maliyyə ekosisteminin formalaşdırılması, daxili və xarici resursların “yaşıl” və dayanıqlı layihələrə yönəldilməsi, iqlim dəyişikliyindən yaranan risklərin tənzimlənməsi, aşağı karbon iqtisadiyyatına keçid ilə bağlı önə çıxan layihələrə dəstək verilməsini nəzərdə tutur. Məhz bu prinsiplərə uyğun olaraq bank sektoru bərpa olunan enerji, su resurslarının dayanıqlı idarə edilməsi, çirklənmənin qarşısının alınması və ona nəzarət, dayanıqlı kənd təsərrüfatı, fermer təsərrüfatı, biomüxtəliflik və mühafizə, “yaşıl binalar” və dayanıqlı inşaat, “yaşıl xidmətlər” sahələrinə kreditləşməni artıracaq.
2060-cı ilə qədər 44 milyard dollar ...
Taksonomiya baxışlarına əsasən, bank və maliyyə bazarının iştirakçıları dünyada tətbiq edilən “yaşıl maliyyə” alətlərinin ölkəmizdə tətbiqində səy və məsuliyyətlərini artıracaq. Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyevin fikrincə, karbon emissiyalarının azaldılmasına xidmət edən həmin maliyyə təminatlarının qlobal səviyyədə yaradılması üçün yüz milyardlarla dollar lazımdır. Araşdırmalara görə, 2030-cu ilədək illik olaraq 8-9 trilyon dollar, 2050-ci ilə qədər isə illik 10-11 trilyon dollar iqlim maliyyəsi tələb olunur. Ümumilikdə isə “netto sıfır” üçün təxminən 270 trilyon dollar lazımdır. Azərbaycan qlobal alyansın üzvü kimi “yaşıl iqtisadiyyat” quruculuğunda “yaşıl maliyyə”nin əhəmiyyətinə xüsusi önəm verir və dayanıqlı maliyyə imkanlarını səfərbər etməyə çalışır. Qiymətləndirmələrə əsasən, Azərbaycanın karbon emissiyalarını azaltmaq üçün 2060-cı ilə qədər 44 milyard dollar məbləğində investisiyaya ehtiyacı var. Bu investisiyaların əhəmiyyətli bir hissəsi özəl sektorun, eləcə də bank sektorunun maliyyə təminatı ilə təmin edilə bilər.
Hazırda dünya bank sektoru bu vəsaitləri müxtəlif alətlərlə təmin etməyə çalışır. Həmin alətlərdən biri “yaşıl istiqrazlar”dır. Azərbaycanın bank sistemi üçün də bu istiqrazların emissiyası vacib hesab edilir və bunun üçün qabaqcıl beynəlxalq təcrübə hərtərəfli nəzərdən keçirilir. “Yaşıl istiqrazlar” maliyyə sektorunda davamlılığı təşviq etmək, iqlimlə əlaqəli və ya digər növ xüsusi ekoloji layihələri dəstəkləmək, sosial və ətraf mühitin yaxşılaşdırılmasına töhfə vermək baxımından daha cəlbedicidir. Ekoloji və iqlim layihələrini dəstəkləmək üçün sabit gəlirli bir maliyyə aləti olan “yaşıl istiqraz” enerji səmərəliliyi, ekoloji çirklənmə ilə mübarizədə öz səmərəsini verməkdədir.
“Yaşıl səhm”lərin buraxılışına hazırlıq
“Yaşıl maliyyə” alətlərindən biri olan “yaşıl səhm”lər də ekoloji cəhətdən təmiz texnologiyaların genişləndirilməsi və iqlim dəyişikliyinin azaldılması istiqamətində emissiya edilən səmərəli maliyyə alətidir. Beynəlxalq Maliyyə Korporasiyasının hesabatında “yaşıl səhm”lərin son 4 ildə emissiyasının 230 milyard dolları ötdüyü qeyd olunur. Hazırda Dunya Bankı “yaşıl istiqraz” və “yaşıl səhm” buraxılışında əsas maliyyə institut və emitent kimi fəallığını daha çox artırmaqdadır. Bank son 5 ildə 200 milyard dollara yaxın istiqraz emissiya edib. Həmçinin Avropa Komissiyası “yaşıl” istiqrazlar”ın emissiyasına 20 milyard avroya yaxın vəsait xərcləyib.
Bütün bunları nəzərə alan Azərbaycanın bank icması beynəlxalq institutlarla, o cümlədən Dünya Bankı və Avopa Komissiyası ilə bu istiqamətdə əməkdaşlığı artırmağı düşünür.
KOB-ların “yaşıl biznes” gündəliyi...
Dayanıqlı istehsala nail olunmasında, resurs və enerji səmərəliliyinin artırılmasında “yaşıl biznes”in fəaliyyəti də mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) səylərini artıraraq kiçik və orta biznesin təqdim etdiyi “yaşıl layihə”lərə daha çox kredit ayırmağa qərar verib. Agentlik tərəfindən “yaşıl iqtisadiyyat”a keçidə töhfə verəcək 19 layihəyə qrant ayrılıb, 10-a yaxın “Startap” şəhadətnaməsi verilib. KOBİA-nın strateji hədəf baxışı KOB subyektlərinin bərpa olunan enerji qaynaqlarına üstünlük verən, aşağı temperaturlu geotermal suların istiliyindən səmərəli yolla elektrik və istilik enerjisi əldə edən, eləcə də “ağıllı suvarma” texnologiyasının yaradılmasında xüsusi təşəbbüskarlıq göstərən biznes subyektlərinə davamlı dəstək olmaqdır.
Həmin sahibkarları “yaşıl layihələrə” həvəsləndirmək üçün bir sıra motivasiyalar da nəzərdə tutlub ki, onlardan biri “Ekoloji R2” sertifikatının verilməsidir. Bu sertifikat atmosferdən suyun əldə edilməsi üçün innovativ su generatorunun istehsalı və satışı, tullantıların ağıllı yolla toplanması və emalı, yeni tipli külək enerjisi turbinlərinin hazırlanması və s. layihələrdə fəal olan sahibkarlara veriləcək. Eləcə də alternativ içməli su mənbəyinin yaradılması, üzvü tullantıları emal edərək yem istehsalında istifadə oluna biləcək protein, yağ və yüksək verimli gübrənin istehsalı, kənd təsərrüfatında suvarma səmərəliliyinin artırılması üçün “ağıllı su” layihələrində fərqlənən kiçik və orta sahibkarlara vergi güzəştləri nəzərdə tutulub.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36

