Həyat sığortası: özəl yığımlara doğru
07.12.2024 [09:46]
Qeyri-dövlət sektorunda əmək münasibətlərinin rəsmiləşdirilməsi sayəsində həyat sığortası bazarı üçün potensial müştəri yaranacaq
2025-ci ildən etibarən Azərbaycanda dövlət sektorunda çalışan şəxslərin həyatın yaşam sığortası dayandırılacaq. Gələn ildən həyat sığortası üzrə bazarda əsas yığım kateqoriyası özəl sektorun təmsilçilərinin üzərinə düşəcək. Xatırladaq ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 17 sığorta şirkətinin xətti ilə 1 milyard 112 milyon manat sığorta haqqı toplanılıb, onun təxminən 55 faizi həyat sığortası yığımlarıdır. Həyat sığortası növləri üzrə 610 milyon manat sığorta haqqı toplanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,1 faiz çoxdur.
Həyatın yaşam sığortası müvafiq lisenziyaya malik sığorta şirkəti ilə işəgötürən arasında imzalanmış müqaviləyə əsasən nizamlanır. İstənilən müəssisə, təşkilat və idarədə çalışan şəxs bu sığorta məhsuluna qoşula bilər. Sığorta müqaviləsini bağlayan şəxs hər ay müəyyən edilmiş məbləği sığorta şirkətinin hesabına ödəyir və bununla da sabit aylıq ödənişlərə əsasən, həyatın sığortası portfeli formalaşır. Eləcə də işəgötürən təşkilat öz gəlirlərinin bir hissəsini bu sığorta fonduna yönəldir. Bu sığorta növü bir növ yığım fondu məzmunu daşıyır. Sığorta müqaviləsinə əsasən, sığorta olunan şəxsin sığorta müqaviləsində müəyyən edilmiş dövr ərzində ödədiyi sığorta məbləği tam şəkildə ona qaytarılır.
Varisə ötürülən sığorta kapitalı
Belə bir təsəvvür yarana bilər ki, həyat sığortası vətəndaşın ölümündən sonra onun sığortası üçün nəzərdə tutulmuş kapitaldır. Bu, qətiyyən belə deyil, çünki bu kapital insanlar dünyasını dəyişdikdə yox, daha çox yaşadığı dövrdə ala bildiyi sığorta ödənişidir. Sığorta olunan şəxs çalışdığı müddətdə həyat sığortası üzrə sığorta təminatı (ödənişi) ala bilmirsə, onun sığorta kapitalı vəfat etdikdən sonra varisinə ödənilir. Bu sığorta növünün əsas xüsusiyyətlərindən biri işçinin çalışdığı sahədə peşə fəaliyyəti ilə bağlı sağlamlığını itirməsi, yaxud əmək xəsarəti almasına görə, sığorta ödənişinin verilməsindən ibarətdir. Buna görə də, sığorta anlayışında həyatın yaşam sığortası investisiya aləti hesab edilir. Müxtəlif ölkələrdə bu məhsullar müxtəlif cür modifikasiya edilir, insanlar müxtəlif bədən üzvlərini sığorta etdirərək sağlığında hansısa problemlər yarandıqda, məhz bu sığorta aləti ilə təminat alırlar.
Hazırda bu sığorta yığımları daha çox dövlət sektoruna aid müəssisə və təşkilatlarda nəzərə çarpır. Ona görə də, müasir çağırışlar sığorta siyasətində yeni trendlərinin tətbiqini zəruri edir və dünya təcrübəsində olduğu kimi həyatın klassik sığortasının ölkəmizdə də yayılması labüddür. Yeni sığorta yanaşmasına əsasən, qeyri-dövlət sektorunda çalışanların rəsmi əmək bazarına cəlb edilməsinin stimullaşdırması nəzərdə tutulur. Məlumdur ki, həyat sığortasıı müqaviləsinin bağlanması üçün ilk növbədə, əmək münasibətlərinin rəsmiləşdirilməsi, yəni əmək müqaviləsinin olması şərtdir. Əmək müqaviləsinin imzalanmadığı sahələrdə, hətta mülki müqavilələrlə tənzimlənən əmək bazarı iştirakçılarının geniş yer aldığı müxtəlif sektorlarda bu sığorta çeşidinə qoşulmaq mümkün deyil.
Həyat sığortasında vergi və sosial güzəştlər
Hazırda özəl sektorda yüz minlərlə şəxs bu sığortadan faydala bilir, çünki onların rəsmi əmək müqavilələri var. Ölkə üzrə muzdla çalışan işçilərin sayı 1,7 milyon nəfərdən çoxdur, onların 900 min nəfəri qeyri-dövlət sektorunu təmsil edir. Yəni rəsmi əmək münasibətləri ilə əhatə edilmiş işçilərin sayı özəl sektorda daha çoxdur. Bu amil də həyat sığortası portfelində özəl sektorun təmsilçilərinin payının az olmadığına işarə edir. Bunun da səbəbi həyat sığortasında özəl sektorun üzvləri üçün daha cəlbedici imkanların mövcudluğudur. Belə ki, özəl sektorda həyat sığortası ödənişlərində xüsusi vergi güzəştləri mövcuddur. Həyatın yığım sığortası müqaviləsi bağlayan işçilərdən gəlir vergisi və məcburi sosial sığorta üzrə ayırmaları tutulmur və həmin vergilərin yığımının xalis məbləği müştərinin həyat sığortası kapitalına toplanır. Bundan əlavə, işəgötürən şirkət həmin kapital hesabına əmək haqqı fondunun 15 faizi məbləğində məcburi sosial sığorta üzrə yığımları köçürür.
Qeyri-leqal məşğulluğa qarşı mübarizə sığorta bazarını da canlandıracaq
Ancaq bütün bunlara baxmayaraq, qeyri-dövlət sektorunda yüz minlərlə insan qeyri-leqal əmək bazarının iştirakçısı kimi qalmaqdadır. Nəzərə alsaq ki, ölkədə 5 milyon nəfərə yaxın iqtisadi fəal əhali var və onların böyük bir hissəsi əmək münasibətlərindən kənardadır. Yəni qeyri-leqal əmək bazarının iştirakçılarıdır, həmin şəxslərin mütləq əksəriyyəti isə özəl sektorun təmsilçiləridir. Ona görə də, həmin şəxslərin həyat sığortasına cəlb edilməsi də mümkün deyil. Hazırda qeyri-leqal məşğulluğa qarşı mübarizənin gücləndirildiyi və elektron əmək müqavilələrinin sayının artımının əldə edildiyi dövrdə yüz minlərlə işçinin vergi və icbari sosial sığorta bazarına cəlb edilmıəsi faktiki olaraq onların həm də həyat sığortası almaq statusunu da təmin etmiş ola bilər. Yürüdülən bu siyasət qeyd etdiyimiz özəl sektordakı şəxslərin rəsmi əmək bazarına cəlb edilməsi yolu ilə həyat sığortası təminatları almasına da nail olmaq məqsədi daşıyır.
Dövlət sektorunun həyat sığortası bazarından çıxışı ilkin mərhələdə çətinliklər yaratsa da, özəl sektorun aktiv fəaliyyəti və yenilikçi məhsulların tətbiqi ilə bu problemlər aradan qalxacaq. Qarşıdakı mərhələdə özəl sektordakı qeyri-əmək bazarının üzvlərinin əmək münasibətlərinin rəsmiləşdirilməsi sayəsində sığorta bazarına da kifayət qədər potensial müştəri cəlb olunacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
24 Yanvar 23:47
İdman
24 Yanvar 23:31
Sosial
24 Yanvar 23:19
Dünya
24 Yanvar 22:54
Dünya
24 Yanvar 22:36
Dünya
24 Yanvar 22:13
İdman
24 Yanvar 21:53
Xəbər lenti
24 Yanvar 21:34
Dünya
24 Yanvar 21:11
Elm
24 Yanvar 20:55
Xəbər lenti
24 Yanvar 20:38
İqtisadiyyat
24 Yanvar 20:34
Dünya
24 Yanvar 20:19
Dünya
24 Yanvar 19:57
İdman
24 Yanvar 19:32
Sosial
24 Yanvar 19:17
Siyasət
24 Yanvar 18:41
Hadisə
24 Yanvar 18:28
Dünya
24 Yanvar 17:48
Dünya
24 Yanvar 17:32
Dünya
24 Yanvar 17:19
Dünya
24 Yanvar 16:46
İdman
24 Yanvar 16:15
İqtisadiyyat
24 Yanvar 15:56
Dünya
24 Yanvar 15:48
Siyasət
24 Yanvar 15:39
İqtisadiyyat
24 Yanvar 15:29
Dünya
24 Yanvar 15:14
Sosial
24 Yanvar 15:11
YAP xəbərləri
24 Yanvar 15:10
YAP xəbərləri
24 Yanvar 15:09
YAP xəbərləri
24 Yanvar 15:07
YAP xəbərləri
24 Yanvar 15:07
YAP xəbərləri
24 Yanvar 15:06
Sosial
24 Yanvar 15:04
Sosial
24 Yanvar 14:33
Sosial
24 Yanvar 14:07
Dünya
24 Yanvar 14:06
Dünya
24 Yanvar 14:01
Sosial
24 Yanvar 13:01
Dünya
24 Yanvar 11:52
Sosial
24 Yanvar 11:21
İqtisadiyyat
24 Yanvar 11:14
İqtisadiyyat
24 Yanvar 11:13
Sosial
24 Yanvar 11:10
İdman
24 Yanvar 11:07
Hadisə
24 Yanvar 11:05
Dünya
24 Yanvar 10:58
İqtisadiyyat
24 Yanvar 10:56
Turizm
24 Yanvar 10:47
Siyasət
24 Yanvar 10:45
Analitik
24 Yanvar 10:37
Siyasət
24 Yanvar 10:12
Ədəbiyyat
24 Yanvar 09:56
Dünya
24 Yanvar 09:32
Elm
24 Yanvar 09:16
Elm
24 Yanvar 08:54
MEDİA
24 Yanvar 08:35
Gündəm
24 Yanvar 08:17
Dünya
23 Yanvar 23:48
Elm
23 Yanvar 23:36
İdman
23 Yanvar 23:11
Sosial
23 Yanvar 22:49
İqtisadiyyat
23 Yanvar 22:37
İqtisadiyyat
23 Yanvar 22:16
Hərbi
23 Yanvar 21:58
Dünya
23 Yanvar 21:32
İqtisadiyyat
23 Yanvar 21:17
Elm
23 Yanvar 20:56
Dünya
23 Yanvar 20:38