/ / ADY Avropanın logistika şirkətlərini Orta Dəhlizin yaratdığı yeni imkanlar haqqında məlumatlandırıb
ADY Avropanın logistika şirkətlərini Orta Dəhlizin yaratdığı yeni imkanlar haqqında məlumatlandırıb
02.12.2024 [17:06]
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Vyanada keçirilmiş Avropa İpək Yolu Sammitində təmsil olunub.
ADY-dən bildirilib ki, tədbirdə ADY sədrinin müşaviri Emil Məmmədov Orta Dəhliz, Azərbaycanın bu dəhlizin inkişafındakı rolu və Azərbaycan Dəmir Yollarının tranzit yükdaşıma həcminin artırılması üçün regional və beynəlxalq əməkdaşlığı genişləndirməsi barədə təqdimatla çıxış edib.
ADY rəsmisi Orta Dəhlizin potensialının reallaşdırılması üçün Bakı–Tbilisi–Qars (BTQ) dəmiryol xəttinin inteqrasiyasının əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd olunub ki, BTQ illik 5 milyon ton yük ötürücülük gücü ilə Çindən Avropaya tranzit və ixrac yüklərinin səmərəli daşınması üçün daha qısa və sürətli marşrut təklif edir.
Bildirilib ki, Avropa logistika operatorları və ekspeditor şirkətləri Orta Dəhlizdən istifadəni intensivləşdirməklə regional yükdaşımalar üçün yeni imkanlardan faydalana bilərlər. Həmçinin tədbir iştirakçılarına Qərbdən Şərqə gələn yük bazasının formalaşması, yüklərin Türkiyə və BTQ vasitəsilə Orta Dəhliz üzərindən daşınmasının mümkünlüyü, eləcə də ADY-nin bu istiqamətdə gördüyü işlər haqqında məlumat verilib.
ADY-nin Orta Dəhlizin inkişafı üçün gördüyü işlərdən danışan Emil Məmmədov ötən il BTQ-nin modernləşdirilməsinin tamamlandığını və marşrutun səmərəli istismarı üçün Gürcüstan tərəfi ilə birgə müəssisə yaradıldığını deyib. Digər birgə müəssisənin isə Orta Dəhlizin inkişafı üçün Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında təsis edildiyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, ADY Orta Dəhlizin inkişafına daha çox təkan vermək üçün bu ay Azərbaycandan Çinə ilk ixrac blok-qatarının yola salınmasını təmin edib. 62 ədəd 40 futluq konteynerdən ibarət ixrac blok-qatarı Qazaxıstandan keçməklə yükləri Çinin ən böyük quru limanlarından biri olan Sian Limanına çatdıracaq. Bu ilin sonunadək Azərbaycandan Çinə ümumilikdə 600 konteyner ixrac yükünün yola salınması planlaşdırılır.
Eyni zamanda, Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa dəmiryol təşkilatlarının iştirakı ilə bu il Bakıda Avstriya Dəmir Yollarının da təmsil olunduğu Avrasiya Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət görüşünün keçirildiyi, yeni marşrutun əsas hədəfinin Orta Dəhlizin cənub qanadını canlandırmaqla yük həcmini artırmaq olduğu vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08

