Milli iqtisadi güc və büdcə potensialı hesabına...
30.11.2024 [09:37]
2026-cı ildə azad ərazilərin bərpasına yönəldilən vəsaitlərin məbləği 30 milyard manata yaxınlaşacaq
Dünyanın nüfuzlu tədiqat institutlarından olan “Fitch Group”a aid “Fitch Solutions” şirkəti yeni hesabatında Azərbaycan hökumətinin infrastruktur layihələrinə dövlət investisiyalarının həcminin artırılması, o cümlədən azad ərazilərdə tikinti-bərpa işlərinə böyükhəcmli kapital qoyuluşlarının həyata keçirilməsinə dair məqamlara yer verilib. Təşkilat dövlətin son illərdə investisiya siyasətində əsas prioritet sahələr kimi işğaldan azad edilmiş ərazilərdə yeni infrastrukturların yaradılmasına, bərpa olunan enerji sahələrinin inkişafına xüsusi diqqət ayırdığını, qarşıdakı illərdə də həmin sahələrin xərc smetasında ilk yerlərdə dayanacağına dair proqnozlar irəli sürür.
“Fitch Solutions”un ehtimalları reallığı əks etdirir
“Fitch Solutions” qeyd edir ki, Azərbaycan hökuməti 2022-2026-cı illərdə Qarabağın bərpasına 28,9 milyard manat sərmayə qoymağı planlaşdırıb. Bu, proqnoz göstəricisi əslində Azərbaycan hökumətinin investisiya gözləntilərinə uyğundur və azad ərazilərdə sərmayə axıcılığının davamlılığına işarə edir. Məlumdur ki, Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə nəhəng quruculuq işləri 4 ildir ki, fasiləsiz və ardıcıllıqla davam etdirilir. 2021-ci ildən sonrakı yeni dövrün büdcə siyasətinə əsasən, əsas xərc prioriteti kimi azad edilmiş ərazilərin bərpası və yenidən qurulması müəyyən edilib. Bu bölgədə şəhər və kəndlərin yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması, o cümlədən elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri strukturların və mədəni-tarixi abidələrin bərpası, yaşayış evlərinin tikintisi və s. çoxsistemli tədbirlər planı üzrə ötən 4 ildə dövlət büdcəsindən 17,5 milyard manat vəsait yönəldilib. Dövlət birbaşa yerli imkanları, yəni heç bir kənar maliyyə və kredit, borc olmadan, milli büdcə xərcləri hesabına bu ərazilərdə yüzlərlə obyektin təməlləri qoyulub, açılışları baş tutub və digərlərinin icrası isə sürətlə davam etdirilməkdədir. Həmin xərc təminatı hesabına Zəngilan, Füzuli, Cəbrayıl, Suqovuşan, Xocalı, Şuşa, Xankəndi və digər ərazilərə geridönüş təmin edilib.
Azad ərazilərdə əlavə maliyyə təminatlarının yaradılması da nəzərdə tutulur
Növbəti il və ortamüddətli dövr üçün həmin tədbirlər daha da genişlənəcək, Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası və ərazilərə Böyük Qayıdışın təmin edilməsinə əlavə maliyyə vəsaitləri cəlb olunacaq. 2025-ci ildə bu sahəyə 4 milyard manatdan artıq vəsait ayrılması nəzərdə tutulur. Nəticədə ümumi xərc portfelinin həcmi 22 milyard manata çatacaq. Eyni zamanda, son illərin büdcə siyasəti çərçivəsi üzrə aparılan dürüstləşmələrin 2025-ci ildə də davam etdirilməsi istisna olunmur. Həmin təcrübəyə əsaslanasaq, gələn ilin ortalarında dövlət büdcəsinin gəlir və xərclərində aparılması fərz edilən dəyişikliklər nəticəsində azad ərazilərə yönəldiləcək vəsaitlərin həcminin artımı mümkünləşə bilər. Bu ssenari gerçəkləşdiyi halda ümumi xərc portfeli daha da böyüyərək və növbəti ildə bu rəqəm ən azı 23 milyard manat təşkil edəcək.
2026-cı ildə büdcə xərclərində sözsüz ki, əsas milli hədəf olan Qarabağ və Şərqi-Zəngəzurda aparılan fasiləsiz quruculuq missiyasının dayanıqlı maliyyə təminatı yenə də ön planda duracaq. Son 4 ilin büdcə təcrübəsinə əsaslansaq, bu ərazilərə ayrılan xərclərin illik 15-20 faiz artımı fonunda 2026-cı ildə növbəti xərc təminatının ən azı 5 milyard manat olacağı istisna deyil. Belə olan halda 2026-cı ildə azad edilmiş ərazilərə quruculuğa start veriləndən sonrakı illərin də maliyyə vəsaitləri nəzərə alınmaqla, cəmi xərclərin məbləği 29 milyard manat olacaq. “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya”sında nəzərdə tutulan tədbirlər üzrə əlavə maliyyə təminatlarını da nəzərə alsaq, xərc portfelinin məbləği 30 milyard manatı üstələyəcək.
Azad ərazilər iqtisadiyyata öz töhfəsini verməyə başlayır
“Fitch Solutions”un hesabatında o da qeyd edilir ki, Qarabağ və Şərqi Zəngəzura yatırılan investisiyalar Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək. 2024-cü ildə bu dinamika iqtisadi artıma 1,7 faiz-bənd təsir göstərəcək. 2025-ci ildə isə iqtisadi inkişafa töhfəsi 1,5 faiz-bənd olacaq. Həmin ərazilərdə sənaye və aqrar layihələr həyata keçirilir və artıq öz müsbət nəticələrini verir. Ağdam Sənaye Parkında 5 müəssisə yerli istehsal zəncirinə qoşulub, Araz Vadisi İqtisadi Zonası yaxın günlərdə reinteqrasiya ailəsinə qoşulacaq. Eləcə də aqrar-sənaye kompleksləri milli istehsala öz töhfəsini verməyə başlayıb.
“Fitch Solutions”un mütəxəssislərinin qənaətinə görə, hökumətin azad ərazilərdə “yaşıl enerji” sektoruna sərmayələri də prioritet xərc bölməsində mühüm yer tutur. Qeyd edək ki, bu bölgədə 7 200 MVt-dan çox günəş, 2000 MVt-adək külək enerjisi üzrə potensial mövcuddur, ölkə üzrə yerli su ehtiyatlarının 25 faizə qədəri də bu bölgədə cəmləşir. Bu hədəfə əsasən, 2025-ci ilin büdcəsində “yaşıl layihələrə” ayrılan vəsaitlərin həcmi 16 faiz artırılacaq, bu vəsaitin böyük bir qismi məhz azad ərazilərdəki “yaşıl” resurslara yönəldiləcək.
Beləliklə, dövlətin azad ərazilərə xərclədiyi vəsaitlər Böyük Qayıdış üzrə bütün hədəflərə nail olmaqla, dayanıqlı iqtisadi inkişaf və ləyaqətli sosial rifaha dərin zəmin yaradacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

