İxracın yeni polad magistralı
26.11.2024 [08:48]
Azərbaycan Orta Dəhliz vasitəsilə Çinə malların ixracına başlayıb
Yola düşən 62 ədəd 40 futluq konteynerdən ibarət “Bakı-Sian” ilk ixrac blok qatarı Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Sian Limanına çatdırılacaq. Layihə çərçivəsində ilkin olaraq 2024-cü ilin sonunadək ümumilikdə 15 min ton, yəni 600 konteyner ixrac yükünün bu marşrut sxemi üzrə Çinə göndərilməsi nəzərdə tutulub.
Əvvəllər Azərbaycanın Çinə və Asiya regionuna ixracı Gürcüstanın Qara dəniz limanları vasitəsilə aparılırdısa, hazırda bu əməliyyatlara paralel olaraq Azərbaycan Dəmir Yolu, Abşeron Logistika Mərkəzi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” də qoşulacaq.
Perspektiv isə daha ümidverici potensiallardan xəbər verir. Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda bölgənin coğrafiyası və logistika xəritəsi dəyişməkdədir, Zəngəzur dəhlizinin Orta Dəhliz zəncirinə qoşulması üçün səylər gücləndirilib. Zəngəzur dəhlizi Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək ən qısa dəhliz hesab olunur.
Azərbaycan - Çin ticarət əlaqələri tarixində ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmir yolu nəqliyyatı ilə Çinə yola salınıb. Belə ki, Orta Dəhliz beynəlxalq nəqliyyat marşrutu ilə Azərbaycandan Çinə ixrac yüklərinin çatdırılması təmin edilib. Yola düşən 62 ədəd 40 futluq konteynerdən ibarət “Bakı-Sian” ilk ixrac blok qatarı Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Sian Limanına çatdırılacaq. Layihə çərçivəsində ilkin olaraq 2024-cü ilin sonunadək ümumilikdə 15 min ton, yəni 600 konteyner ixrac yükünün bu marşrut sxemi üzrə Çinə göndərilməsi nəzərdə tutulub.
Ölkəmizin ilk ixrac mallarının Orta Dəhliz vasitəsilə Çinə start götürməsi yeni tranzit başlanğıcı olmaqla, mühüm iqtisadi-geocoğrafi hadisə hesab edilə bilər. Bu, Azərbaycanın qətiyyətlə və böyük iradə ilə neçə ildir ki, çalışdığı “Bir kəmər, bir yol” layihəsinin ən strateji halqası olan Orta Dəhliz nəqliyyat dəhlizinin polad magistralının ikitərəfli işə düşməsi deməkdir. Respublikamız Şərq-Qərb layihəsinə qoşulduqdan sonra öz nəqliyyat infrastrukturlarını ötən illərdə tam yeniləşdirib və Xəzər dənizində ən böyük ticarət qovşağı olan Bakı Beynəlxalq Dəniz Limanı inşa edib, Ələt Azad İqtisadi Zonasını yaradıb və dəmir yolları infrastrukturunu tamamilə Xəzər-Mərkəzi Asiya-Orta Dəhliz blokuna inteqrasiya etmək üçün böyükhəcmli investisiyalar xərcləyib. Bu çoxşaxəli nəqliyyat strategiyasını reallaşdırmaqla Orta Dəhlizi tamamilə Cənubi Qafqaza qovuşdurub.
Çinə dəmir yolu ilə ixrac başlanması nə vəd edir?
Çinə ilk ixrac qatarının hərəkətə başlaması, ilk növbədə, Azərbaycanın ixrac potensialını yeni səviyyəyə çıxaracaq, iki ölkə arasında əmtəə dövriyələrini artıracaq. Hazırda Asiya nəhəngi ilə Azərbaycan arasında iqtisadi-ticari münasibətlərin dinamikası olduqca qənaətbəxşdir və 2024-cü ilin yanvar-oktyabr aylarında qarşılıqlı mal mübadiləsinin həcmi 3 milyard dolları ötüb. İlin sonunda bu rəqəmin 3,5 milyard dolları keçəcəyi gözlənilir. Ticarət dövriyyəsində Azərbaycandan Çinə ixracın həcmi təxminən 100-150 milyon dollara bərabərdir. Yeni ixrac kanalı ölkəmizin daha çox mal göndərməsinə səbəb olacaq.
İndiyə qədər Orta Dəhlizlə mallar birtərəfli qaydada göndərilirdisə, yalnız idxal fəaliyyəti ilə məşğul olanlar imkanlardan faydala bilirdisə, bundan sonra ikitərəfli hərəkət sxemi əsasında ixrac subyektləri də hərəkətin tranzitinə qoşulacaq. Eyni zamanda, əvvəllər Azərbaycanın Çinə və Asiya regionuna ixracı Gürcüstanın Qara dəniz limanları vasitəsilə aparılırdısa, hazırda bu əməliyyatlara paralel olaraq Azərbaycan Dəmir Yolu, Abşeron Logistika Mərkəzi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” də qoşulacaq. Nəticədə ixracatçılar üçün qısa və asan, daha sərfəli tranzit xətti ilə Çinə mal aparmaq əlverişli olduğundan ticarət stimullaşacaq.
“Birgə Bəyannamə”nin əsas bəndlərindən biri...
Bu hadisə həm də, 2024-cü il iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin əsas bəndlərindən biri olan ikitərəfli iqtisadi əlaqələrin artırılmasını da təşviq edəcək.
Azərbaycandan Çinə ixrac yüklərinin Orta Dəhlizlə daşınması digər region ölkələrinin də bu zəncirə qoşulması sayəsində Şərq-Qərb dəhlizinin rentabelliyini və yük daşınmalarının həcmini artıracaq. Məlumdur ki, Orta Dəhliz Çindən gələn yüklərin Qazaxıstandan keçərək Xəzər dənizinə, Azərbaycana və oradan da Gürcüstan və Türkiyə üzərindən Avropadakı son təyinat ölkələrinə çatmasına imkan yaradır. Hesablamalara görə, “Bir kəmər, bir yol” layihəsi tam işə düşdükdən sonra hazırda il ərzində Xəzər dənizi vasitəsilə 15 milyon ton yükaşırma qabiliyyətinə malik olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gücü 25-30 milyon tona qədər artırılacaq. Bu isə Azərbaycanın Orta Dəhlizdə və beynəlxalq nəqliyyat-logistika qovşaqlarında strateji mövqeyini möhkəmləndirəcək, həmçinin ölkəmizin dünya ticarət sistemində inteqrasiyasını sürətləndirəcək.
Yeni dayanacaq Zəngəzur dəhlizidir
Perspektiv isə daha ümidverici potensiallardan xəbər verir. Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda bölgənin coğrafiyası və logistika xəritəsi dəyişməkdədir, Zəngəzur dəhlizinin Orta Dəhliz zəncirinə qoşulması üçün səylər gücləndirilib. Zəngəzur dəhlizi Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək ən qısa dəhliz hesab olunur. Hazırda bölgədə qurulan dəmir yolu şəbəkələri demək olar ki, yekunlaşmaqdadır. Yaxın vaxtlarda bu işlər tam başa çatdıqdan və nəqliyyat qovşaqları vahid bloka inteqrasiya olunduqdan sonra Zəngəzurdakı resursların da dünya bazarına sözügedən dəhlizlə çıxarılması mümkün olacaq.
Azad ərazilərdə çalışan biznesin ixrac malları birbaşa qatarlarla Çinə daşınması bölgənin əhəmiyyətini də artıracaq. Həmin bölgədə güclü sənaye və aqrar potensiallar var və hazırda bir neçə sənaye müəssisəsi faktiki olaraq fəaliyyətini ölkə iqtisadiyyatına reinteqrasiya edib. Ağdam Sənaye Parkındakı 5 sənaye müəssisəsi bir neçə ay əvvəl istehsala başlayıb. Cəbrayıldakı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında da yaxın günlərdə sənaye istehsalı öz töhfələrini verəcək. Eləcə də bölgədə, kənd təsərrüfatı klasterləri qurulmaqdadır.
Bütün bunlar Qarabağ və Şərqi Zəngəzurun iqtisadi imkanlarını səfərbər edərək malların Orta Dəhlizlə birbaşa uzaq Şərqə və Çinə ixracını təmin edəcək, həmçinin Azərbaycanın iqtisadi gücünü daha da artıracaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Oktyabr 09:53

Sosial
20 Oktyabr 09:47

Dünya
20 Oktyabr 09:14

Dünya
20 Oktyabr 08:42

Gündəm
20 Oktyabr 02:43

Dünya
19 Oktyabr 23:35

Dünya
19 Oktyabr 22:27

Siyasət
19 Oktyabr 21:39

İdman
19 Oktyabr 20:30

Sosial
19 Oktyabr 19:59

Sosial
19 Oktyabr 18:30

Sosial
19 Oktyabr 17:57

Dünya
19 Oktyabr 16:29

İqtisadiyyat
19 Oktyabr 15:34

Siyasət
19 Oktyabr 14:32

YAP xəbərləri
19 Oktyabr 13:29

Dünya
19 Oktyabr 13:25

Dünya
19 Oktyabr 12:30

Dünya
19 Oktyabr 11:41

Siyasət
19 Oktyabr 11:35

Dünya
19 Oktyabr 10:51

Dünya
19 Oktyabr 10:29

Dünya
19 Oktyabr 10:16

İdman
19 Oktyabr 09:50

Sosial
19 Oktyabr 09:21

İdman
19 Oktyabr 08:55

Siyasət
19 Oktyabr 08:17

Analitik
18 Oktyabr 22:22

Siyasət
18 Oktyabr 21:35

Dünya
18 Oktyabr 20:41

Siyasət
18 Oktyabr 20:36

Sosial
18 Oktyabr 19:26

Gündəm
18 Oktyabr 18:45

YAP xəbərləri
18 Oktyabr 18:32

Elanlar
18 Oktyabr 17:58

Sosial
18 Oktyabr 17:57

YAP xəbərləri
18 Oktyabr 17:40

Siyasət
18 Oktyabr 17:03

YAP xəbərləri
18 Oktyabr 16:38
YAP xəbərləri
18 Oktyabr 15:35

YAP xəbərləri
18 Oktyabr 14:28

YAP xəbərləri
18 Oktyabr 13:54

Xəbər lenti
18 Oktyabr 13:54

YAP xəbərləri
18 Oktyabr 13:30

Gündəm
18 Oktyabr 12:39

Siyasət
18 Oktyabr 12:18

Gündəm
18 Oktyabr 11:54

Sosial
18 Oktyabr 11:47

Gündəm
18 Oktyabr 11:36

Siyasət
18 Oktyabr 11:35

Gündəm
18 Oktyabr 11:20

MEDİA
18 Oktyabr 10:45

YAP xəbərləri
18 Oktyabr 10:32

Sosial
18 Oktyabr 10:16

İqtisadiyyat
18 Oktyabr 09:51

İqtisadiyyat
18 Oktyabr 09:27

Sosial
18 Oktyabr 08:54
Ədəbiyyat
18 Oktyabr 08:40

Gündəm
18 Oktyabr 01:42

Gündəm
18 Oktyabr 01:30

Gündəm
18 Oktyabr 01:07

Dünya
17 Oktyabr 23:39

Gündəm
17 Oktyabr 23:34

Gündəm
17 Oktyabr 23:22

YAP xəbərləri
17 Oktyabr 23:15

Sosial
17 Oktyabr 22:51

YAP xəbərləri
17 Oktyabr 22:50

YAP xəbərləri
17 Oktyabr 22:32

Dünya
17 Oktyabr 22:13

Dünya
17 Oktyabr 21:45
