AİB Bakıda metro şəbəkəsinin modernləşdirilməsinə və genişləndirilməsinə dəstək verəcək
14.11.2024 [19:36]
Bakıda keçirilən COP29 tədbiri çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Avropa İnvestisiya Bankı (AİB) arasında Anlaşma Memorandumu imzalanıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, memoranduma əsasən, tərəflər “Bakı Metropoliteni” QSC-nin şəbəkəsinin yenilənməsi, genişləndirilməsi və modernləşdirilməsi layihəsinin hazırlanması, tam qiymətləndirilməsi məqsədilə əməkdaşlıq edəcəklər.
Qeyd olunub ki, metro ilə hər gün təxminən 620-630 min sərnişin daşınır. Şəbəkənin yenilənməsi və genişləndirilməsi ilə bağlı planlaşdırılan işlərin məqsədi təqribən 2,4 milyon əhalisi olan Bakı şəhərində metro sərnişinlərinin sayını artırmaq və nəqliyyat sıxlığını azaltmaqdır.
Anlaşma Memorandumunun icrası paytaxtda mobilliyin inkişafı istiqamətində mühüm addım olacaq, eyni zamanda iqlim dəyişikliyi ilə mübarizə və çirklənmənin qarşısının alınması istiqamətində səyləri gücləndirəcək.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Bakı şəhərinin mobillik proqramı” çərçivəsində paytaxtda mikromobillik vasitələrinin təşviqi və infrastrukturun qurulması istiqamətində işlərin görüldüyünü bildirib. Onun sözlərinə görə, indiyədək 32 kilometrədək mikromobillik zolaqları istifadəyə verilib və şəbəkənin genişləndirilməsi nəzərdə tutulur.
“Metropolitenin inkişafı “Bakı şəhərinin mobillik proqramı”nın əsas komponentidir. Həmin layihədə metronun əlçatanlığının və xidmət keyfiyyətinin artırılması üçün 9 yeni stansiyanın inşası, eləcə də mövcud infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur. Aparılan işlər şəxsi avtomobil istifadəsindən ictimai nəqliyyata keçidi təşviq etmək məqsədi daşıyır. Bu da insanların yola sərf etdikləri vaxtı azaltmağa kömək edəcək və şəhərin ekoloji vəziyyətinə müsbət təsir göstərəcək”, – deyə nazir Rəşad Nəbiyev qeyd edib.
“Bu Anlaşma Memorandumu daha yaşıl və dayanıqlı Bakı ilə bağlı ümumi baxışımızın həyata keçirilməsi istiqamətində atdığımız əsas addımdır. Avropa İnvestisiya Bankı istixana effektli qaz tullantılarının azaldılması və şəhərdə ictimai nəqliyyatın keyfiyyətinin yaxşılaşdırılmasını təmin edəcək investisiya layihəsinin hazırlanması və təkmilləşdirilməsi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dəstək göstərəcək”, – deyə AİB-nin vitse-prezidenti Teresa Çervinska vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

