Azərbaycanda hərracların təşkili yenilənmiş sayt vasitəsilə həyata keçiriləcək
30.10.2024 [21:59]
İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin rəsmi internet səhifəsi “www.auksion.gov.az”ın yenilənmiş versiyası təqdim edilib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq təcrübəyə uyğun olaraq hazırlanmış sayt şəffaflığın artırılmasına, əlçatanlığın təmin edilməsinə, rəqamsallaşmanın əhatə dairəsinin genişlənməsinə, rəqabətliliyin, istifadəçi məmnuniyyətinin artmasına töhfə vərəcək.
Tədbirdə portalın istifadə qaydaları, üstünlükləri, həmçinin saytda aparılan təkmilləşdirmə işləri barədə məlumat verilib. Saytın istifadəçiləri “Digital login” (“SIMA Rəqəmsal İmza”, “ASAN İmza”, “SİMA Token” (Elektron imza), “İdentifikasiya nömrəsi”, “BSXM elektron imza”) vasitəsilə saytda şəxsi kabinetini yaratmaqla, hesaba daxil olaraq hərraca çıxarılmış lotlara baxa bilərlər. Sifarişçilər (alıcılar) hesaba daxil olduqdan sonra prosesdə iştirak etmək üçün “Hərraca keçid” etməlidirlər. Başqa bir yeniliyə əsasən, sifarişçilər şəxsi kabinetləri vasitəsilə lazım olan prosedurları yerinə yetirmək, etibarnamə vermək, lotlara baxmaq, hərracda onlayn iştirak etmək, sifarişlərin gedişatını izləmək, iştirak növünü (online/offline) seçmək, qalib müəyyən olunmuş lot üzrə məlumatlarla tanış olmaq və digər xidmətlərdən yararlanacaqlar.
Tədbirdə Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov hərracların təşkili sahəsində yeni çağırışları və hazırkı iqtisadi reallıqları nəzərə alaraq, müasir yanaşmaların tətbiqinin əhəmiyyətinə toxunub, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin, müasir mexanizmlərin və optimal üsulların tətbiqinin vacibliyini vurğulayıb.
“Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin şöbə müdir müavini Tahirə Tağıyeva bildirib ki, yeni sayt vasitəsilə ilkin olaraq, dövlət qurumlarının balansında olan nəqliyyat vasitələri üzrə hərracların elektron formada keçirilməsi nəzərdə tutulub. Növbəti mərhələlərdə isə səhmdar cəmiyyətlərinin səhm paketinin, kiçik dövlət və müəssisə obyektlərinin, xüsusi müsadirə edilmiş əmlakların, faydalı qazıntı yataqlarının və digər hərracların da elektron formada keçirilməsi nəzərdə tutulub. Sonra “www.auksion.gov.az” saytının istifadəyə verilməsi ilə bağlı təqdimat keçirilib. Bildirilib ki, yenilənmiş sayt dizayn, məzmun, funksionallıq cəhətdən əvvəlki versiyadan bir sıra üstünlükləri ilə fərqlənir. Sayt hazırlanarkən istifadəçi rahatlığını, məxfilik və təhlükəsizliyi təmin etmək üçün müasir texnologiyalardan istifadə olunub.
Saytda hərrac elanları, hərraca çıxarılan əmlaklar barədə ətraflı məlumatlar, o cümlədən foto, ilkin hərrac qiyməti, beh məbləği və digər məlumatlar yerləşdirilir. Bununla yanaşı, sayt vasitəsilə hərraclarda iştirak üçün müraciətlər onlayn qaydada edilir, beh ödənişləri elektron yolla həyata keçirilir, həmçinin, hərracın sonunda satılmayan və satılan əmlaklarla əlaqədar məlumatlar portalda yenilənir.
Alıcılar yeni istifadəyə verilmiş sayt vasitəsilə ilkin olaraq nəqliyyat vasitələri, gələcəkdə isə səhmdar cəmiyyətlərinin səhm paketləri, kiçik dövlət müəssisələri, müsadirə edilmiş əmlaklar, faydalı qazıntı yataqları, bələdiyyə torpaqları və digər əmlaklar üzrə də sifarişlərini elektron qaydada verə biləcəklər. Həmçinin, fiziki və hüquqi şəxslər qanunvericilikdə müəyyən edilmiş hallarda daşınar və daşınmaz əmlaklarını müqavilə əsasında hərraca çıxara bilərlər. Bunun üçün Hərracların Təşkili Mərkəzinə müraciət etmək tələb olunur.
Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

