Sığorta bazarı böyüsə də...
24.10.2024 [09:08]
Xidmət və xərc zərfi qaneedici deyil
2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 17 sığorta şirkətinin topladığı sığorta yığımlarının məbləği 1 milyard 23 milyon manatdan çox olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,4 faiz və 100 milyon manat çoxdur. Sığorta şirkətlərinin həmin dövr üzrə həyata keçirdikləri ödənişlərin məbləği isə 553,746 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 38,3 faiz çoxdur.
Göründüyü kimi sığorta sektorunda məcmu yığımın təxminən 47-48 faizi sığorta hadisəsi ilə bağlı ödənişlərə xərclənib, şirkətlərin aktivində isə 550 milyon manatdan çox vəsait qalıb. Nəticədə sığorta sektorunda xalis mənfəətin həcmi də əhəmiyyətli həcmdə böyüyüb.
Hər 2 manatdan bir manatı şirkətlərin özünə qalır
Mövcud qərəmlər onu göstərir ki, sığorta şirkətləri müştərilərdən və müəssislərdən hər topladığı 2 manat sığorta haqqının 1 manatını onların sığorta xidmətlərinə xərcləyir, qalan 1 manatı isə onların mənfəəti kimi aktif portfelində qalır. Ancaq buna baxmayaraq, sığorta şirkətlərinin təqdim etdiyi xidmət çeşidlərində ciddi dönüş müşayiət olunmur, müştərilərə xidmətin keyfiyyəti daha da aşağı düşür, yeni xidmət alətləri tətbiq olunmur. Bir çox hallarda vətəndaşlara dəymiş zərər zamanı (sığorta hadisəsi) sığorta haqqı ödənilmir.
Hazırda sığorta sektorunda ən çox müşahidə edilən nöqsanlar mənzil və daşınmaz əmlak bazarı və avtomobil sığortası ilə bağlıdır. Hər 2 sahə üzrə sığorta hadisəsi zamanı zərərin dəyərinin təyin edilməsi və sığorta hadisəsinin aktlaşdırılmasında ciddi nöqsanlar müşahidə edilir. Xüsusilə də kasko sığortasında narazılıqlar son 2 ildə ən yüksək səviyyəyə çatıb. Bütün bunlar xarakterik hallardır və sığorta şirkətlərinin bu xidmətlər üzrə sığortadan imtinasının nəticəsidir ki, onlar gəlirlərinin təxminən 50 faizini xərcləyir. Beynəlxalq praktikada iri sığorta korporasiyalarının ümumi portfelinin az qala 70-80 faizi xərclərə yönəlir.
Ekoloji sığorta paketlərinin tətbiqi üçün öhdəliklər...
Məsələ ondadır ki, dünyada sığorta şirkətlərinin xərc paketində ən üstün yer tutan sahələrdən biri olan daşınmaz əmlakın sığortasına bizim şirkətlər daha az yer ayırır. Sığorta şirkətlərinin əmlakla bağlı sığorta ödənişləri yetrəli həcmlərdə deyil və bu, ona dəlalət edir ki, şirkətlər bu sahəni özləri üçün riskli hesab edir. Eləcə də sığorta şirkətləri ekoloji sığorta məhsullarına az yer ayırır, iqlim sığortası paketi demək olar ki, tətbiq olunmur. Halbuki dünyada sığorta bazarının əhəmiyyətli hissəsi, təxminən 35 faizi ekoloji sığorta paketlərindən ibarətdir. Ələlxüsus da son illərdə qlobal iqlim dəyişikliyinin yaratdığı təbii fəlakətlər qarşıya yeni sığorta məhsullarını çıxarır, qlobal sığorta holdinqləri bu sahənin inkişafını prioritet hesab edir. Bundan başqa, son illərdə iri sığorta qrupları iqlim dəyişikliyinə səbəb olan istixana qazlarının emissiyasının azaldılması istiqamətində beynəlxalq öhdəliklərə uyğun olaraq, yeni sığorta məhsullarını hazırlayaraq reallaşdıırır.
Bütün bunlar Azərbaycanın sığorta sektoru üçün də yeni çağırışlar deməkdir. Nəzərə alsaq ki, Azərbaycanda “Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi: 2023-2026” strategiyası hazırlanıb və sənədin əsas istiqamətlərindən biri “yaşıl maliyyə” alətlərinin, yeni məhsul və xidmətlərin tətbiqi ilə bağlıdır, onda bu nöqteyi-nəzərdən sığorta şirkətlərinin üzərinə də böyük məsuliyyət və öhdəlik düşür. Xüsusilə də beynəlxalq praktikada geniş yayılmış ekoloji məsuliyyət sığortasının tətbiqi aktuallaşıb. Həmin sığorta növü ekoloji zərərlərin aradan qaldırılmasına və ekosistemin tarazlığının təmin edilməsinə xidmət edir, eyni zamanda, aqrar sığorta sisteminin əsasını təşkil edir. Qlobal iqlim fəsadlarının kənd təsərrüfatı məhsullarının istehsalına təsirlərinin artdığı vaxtda Azərbaycanın sığorta şirkətləri üçün bu sahəyə diqqət də əsas prioritetlərdən biri olmalıdır.
COP29-dan irəli gələn məsuliyyət tədbirləri...
Hazırda Azərbaycan COP29 sammitini keçirməyə hazırlaşır və bir çox iqtisadi strukturlar, o cümlədən bank və maliyyə sektoru öz fəaliyyətlərində iqlim çağırışlarından irəli gələn yeni məhsullara üstünlük verir. Məsələn, bank sektoru son aylarda “yaşıl maliyyə” alətlərinin tətbiqi üçün xarici təcrübəni mənimsəyərək yeni həll planları müəyyən edib, “yaşıl” və rəqəmsal infrastrukturlarını gücləndirib. Bank sektoru ölkə iqtisadiyyatının və maliyyə sektorunun bu sahədə üzləşdiyi riskləri nəzərə alaraq öz fəaliyyətini qurur, Mərkəzi Bank ilə sıx əməkdaşlıq edərək dayanıqlı maliyyə prinsiplərinin risklərin idarə edilməsi və kreditləşmə təcrübələrinə inteqrasiyası üzərində çalışır. Ancaq sığorta sektoru bu prosesdən müəyyən qədər geridə qalır.
Məhz bu meyilləri nəzərə alan Mərkəzi Bank Azərbaycanda sığorta mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb. Sənədə əsasən, Azərbaycanda iqlim dəyişiklikləri nəticəsində yaranan problemlərin həllində və karbon emissiyalarının azaldılmasında “yaşıl alətlər”dən biri kimi dayanıqlı sığorta təminatının formalaşdırılması nəzərdə tutulur. Bu çərçivəyə əsasən, bərpa olunan enerji sığortası, iqlim riskinin sığortası, eko-avtosığortası və kənd təsərrüfatı sığortası kimi təşviqlərə xüsusi üstünlük verilməsi üçün müxtəlif tədbirlər görülücək.
ELBRUS
Xəbər lenti
Hamısına baxSosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03

