Bu il SOCAR Gürcüstanda qazlaşdırmanı 88 faizə çatdıracaq
22.10.2024 [15:31]
“SOCAR Georgia Gas”ın və Gürcüstan hökumətinin birgə fəaliyyəti nəticəsində Gürcüstanda qazlaşdırma səviyyəsinin 2024-cü ilin sonuna 88 faizə çatdırılması gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın 2023-cü il üzrə Davamlı inkişaf haqqında hesabatında qeyd olunub.
Bildirilib ki, 2008-ci ildə bu göstərici 46 faiz səviyyəsində olub. Aparılan işlər nəticəsində 2009-cu ildə sayı 71 min olan abonentlərin sayı 2023-cü il dekabrın 31-nə olan tarixə görə 870 minə çatdırılıb. Bundan əlavə, 2007-2023-cü illər ərzində şirkət tərəfindən 11,2 min kilometrə qədər yeni qaz kəmərləri quraşdırılıb.
“Forbes” jurnalına görə, “SOCAR Energy Georgia” Gürcüstanda ən iri şirkətlərdən biridir. Şirkət fəaliyyəti ərzində Gürcüstan iqtisadiyyatına 772,8 milyon dollar məbləğində sərmayə qoyub və dövlət büdcəsinə 2 036,2 milyard dollar məbləğində vergi ödəyib.
Topdan və pərakəndə fəaliyyəti ilə yanaşı, “SOCAR Energy Georgia” tərəfindən yanacaqdoldurma məntəqələrinin (YDM) inşası və istismarı, neft məhsulları terminalları və nəqliyyat vasitələri ilə təchizat, idxal əməliyyatlarının həyata keçirilməsi kimi funksiyalar da yerinə yetirilir. Sadalanan fəaliyyət növlərini həyata keçirtmək üçün “SOCAR Georgia Gas”, “SOCAR Georgia Petroleum” və “SOCAR Georgia Security” kimi hüquqi cəhətdən tam olaraq “SOCAR Energy Georgia”ya məxsus olan törəmə şirkətlər yaradılıb. “SOCAR Georgia Petroleum” şirkəti YDM-lərin inşası və istismarı məqsədilə 2006-cı ildə təsis edilib və 2010-cu ilin sonu üçün şirkətə məxsus YDM-lərin sayı artıq 60-a çatdırılıb. 2023-cü il dekabrın 31-də əldə edilmiş məlumata əsasən, Gürcüstanda SOCAR brendi altında 108 YDM müştərilərə yüksək səviyyəli xidmət göstərir. 2007-2023-cü illər ərzində şirkət tərəfindən Azərbaycandan Gürcüstan bazarına 4 milyon 521 min 337 ton müxtəlif növ neft məhsulları göndərilib. 2023-cü il üzrə isə bu göstərici 76 min 622 ton təşkil edir.
“SOCAR Georgia Petroleum” 13 xidmət mərkəzi və 4 neft məhsulları terminalına malikdir. YDM-də mayeləşdirilmiş təbii qaz (LPG), sıxılmış təbii qaz (CNG), dizel yanacağı və müxtəlif oktanlı yüksək keyfiyyətli benzin satılır. Şirkətə məxsus YDM-də satılan dizel yanacağı və benzin Avropa ölkələrindən idxal olunur və tam olaraq “Avro-5” (Euro 5) standartlarının tələblərinə uyğundur. Həmçinin, Gürcüstanda ilk dəfə olaraq elektrik enerjisi ilə işləyən avtomobil sahibləri ölkənin əsas yollarında və Tbilisi şəhərində şirkətin 15 YDM-də 19 nöqtədə öz maşınlarını elektrik enerjisi ilə təmin edən aparatlardan yararlanırlar. 2021-ci ildə bir YDM-də maksimum gücü illik 39,6 kilovat, 2023-cü ildə isə gücü 28 kilovat olan günəş panelləri stansiyası quraşdırılaraq istismara verilib. Hər iki stansiyada istehsal olunan 74 min kilovat/saat elektrik enerjisi müəssisənin daxili tələbatı üçün istifadə edilib. Hal-hazırda şirkətin 4 obyektində analoji olaraq, illik gücü 1,7 meqavat təşkil edəcək stansiyaların qurulması üzrə layihələndirmə işləri aparılır.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19

