Bank sektorunun “yaşıl maliyyə” xəritəsi
19.10.2024 [12:14]
Yaşıl Maliyyə Taksonomiyası sənədi maliyyə bazarlarında yaşıl ekosistemin qurulmasına töhfə verəcək
Mərkəzi Bankın sədri Taleh Kazımov Bakıda keçirilən “Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu”nda bildirib ki, 2023-2026-cı illər üzrə dair Dayanıqlı Maliyyə Yol Xəritəsində müəyyən edilmiş əsas hədəflərdən biri Yaşıl Maliyyə Taksonomiyasının hazırlanmasıdır. MB müvafiq dövlət qurumları, sənaye assosiasiyaları, maliyyə institutları, investorlar, beynəlxalq təşkilatlar və digər tərəfdaşlarla birlikdə geniş məsləhətləşmələr təşkil edərək onların rəy və təklifləri əsasında taksonomiya sənədini yekunlaşdırıb. Yaxın günlərdə hökumətə təqdim ediləcək taksonomiyanın əsas prioriteti iqlim dəyişikliyinin təsirinin azaldılması hədəflərinə uyğun olaraq maliyyə bazarlarında yaşıl ekosisteminin qurulması və mühafizəsi ilə bağlı tədbirləri reallaşdırmaqdır. Bu məqsədlə iqlimlə bağlı risklərin idarə edilməsi üzrə təlimatlar müəyyən ediləcək və təlimatlar vasitəsilə ekoloji, sosial və idarəetmə amillərinin bankların strategiyalarına və idarəetmə çərçivələrinə inteqrasiyası təmin olunacaq.
Banklar üçün məsuliyyətli dövr başlayır
Yaşıl Maliyyə Taksonomiyası dünya ölkələrinin maliyyə bazarı iştirakçılarının geniş yer verdiyi müasir maliyyə alətlərinin ölkəmizdə tətbiqidir. “Yaşıl maliyyə” investisiyaları adlanan bu alətlər COP çağırışlarından meydana gələn yaşıl prinsiplərə əsaslanır və ekoloji fayda verməklə, həm də dayanıqlı iqtisadiyyatın inkişafına kömək edir.
Məlumdur ki, Azərbaycan hökuməti 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 faiz azaltmağı qarşısına məqsəd qoyub. Həmin hədəflərə çatmaqda bank sektorunun ekoloji məsuliyyəti də əsas məsələlərdən biridir. Bank sektoru bu məsuliyyəti nəzərə alaraq dayanıqlı bankçılıq meyarlarına uyğun ekoloji riskləri azaldan maliyyələşmə sxemləri hazırlayıb. Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən hazırlanmış ətraf mühit, sosial və idarəetmə (ESG) strategiyası 2024-2030-cu illəri əhatə etməklə, dayanıqlı maliyyə imkanları, ESG məlumatlılığının artırılması və ESG imkanlarının təkmilləşdirilməsi və davamlı maliyyə təchizatının yaradılmasını nəzərdə tutur.
2060-cı ilə qədər 44 milyard dollar...
Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyevin fikrincə, karbon emissiyalarının azaldılmasına xidmət edən həmin maliyyə təminatların qlobal səviyyədə yaradılması üçün yüz milyardlarla dollar lazımdır. Araşdırmalara görə, 2030-cu ilədək illik olaraq 8-9 trilyon dollar, 2050-ci ilə qədər isə illik 10-11 trilyon dollar iqlim maliyyəsi tələb olunur. Ümumilikdə isə “netto sıfır” üçün təxminən 270 trilyon dollar lazımdır. Azərbaycan qlobal alyansın üzvü kimi “yaşıl iqtisadiyyat” quruculuğunda “yaşıl maliyyə”nin əhəmiyyətinə xüsusi önəm verir və dayanıqlı maliyyə imkanlarını səfərbər etməyə çalışır. Qiymətləndirmələrə əsasən, Azərbaycanın karbon emissiyalarını azaltmaq üçün 2060-cı ilə qədər 44 milyard dollar məbləğində investisiyaya ehtiyacı var. Bu investisiyaların əhəmiyyətli bir hissəsi özəl sektorun, eləcə də bank sektorunun maliyyə təminatı ilə təmin edilə bilər.
Ona görə də, yaxın illərdə bank sektoru fəaliyyətini daha çox “yaşıl maliyyə” təminatlarına yönəltməli olacaq. “Yaşıl maliyyə” arxitekturasının qurulması isə böyük həcmdə sərmayələr tələb edir. Hazırda dünya bank sektoru bu vəsaitləri müxtəlif alətlərlə təmin etməyə çalışır. Həmin alətlərdən biri “yaşıl istiqrazlar”dır. Azərbaycanın bank sistemi üçün də bu istiqrazların emissiyası vacib hesab edilir və bunun üçün qabaqcıl beynəlxalq təcrübə hərtərəfli nəzərdən keçirilir. “Yaşıl istiqrazlar” maliyyə sektorunda davamlılığı təşviq etmək, iqlimlə əlaqəli və ya digər növ xususi ekoloji layihələri dəstəkləmək və sosial və ətraf muhitin yaxşılaşdırılmasına töhfə vermək baxımından daha cəlbedicidir. Ekoloji və iqlim layihələrini dəstəkləmək uçun sabit gəlirli bir maliyyə aləti olan “yaşıl istiqraz” enerji səmərəliliyi, ekoloji çirklənmə ilə mübarizədə öz səmətəsini verməkdədir. Avropa Birliyi ölkələrindən Finlandiya, İsveçrə, Estoniya, Niderland, İrlandiya, Norveç və digərləri davamlı kənd təsərrüfatı, ekosistemlərin qorunması, təmiz nəqliyyat, davamlı su idarəçiliyinə yönəlmiş layihələri bu qiymətli kağız vasitəsilə maliyyələşdirir.
“Yaşıl səhm”lərin dəyəri 230 milyard dolları ötüb
“Yaşıl maliyyə” alətlərindən biri olan “yaşıl səhm”lər də ekoloji cəhətdən təmiz texnologiyaların genişləndirilməsi və iqlim dəyişikliyinin azaldılması istiqamətində emissiya edilən səmərəli maliyyə alətidir. Beynəlxalq Maliyyə Korporasiyasının hesabatında “yaşıl səhm”lərin son 4 ildə emissiyasının 230 milyard dolları ötdüyü qeyd olunur. Hazırda Dunya Bankı “yaşıl istiqraz” və “yaşıl səhm” buraxılışında əsas maliyyə institut və emitent kimi fəallığını daha çox artırmaqdadır. Bank son 5 ildə 200 milyard dollara yaxın istiqraz emissiya edib. Həmçinin, Avropa Komissiyası “yaşıl” istiqrazlar”ın emissiyasına 20 milyard avroya vəsait xərcləyib.
Bütün bunları nəzərə aldıqda, Azərbaycanın COP29 ili çərçivəsində beynəlxalq institutlarla, o cümlədən Dünya Bankı və Avopa Komissiyası ilə əməkdaşlığı qeyd edilən “yaşıl maliyyə” alətlərinin ölkəmizə gətirilməsi üçün əlverişli imkanlar yaradır.
Sığorta sektoru da “yaşıllaşdırılacaq”...
Həmçinin, yeni iqlim çağırışları fonunda sığorta sektorunun da “yaşıl maliyyə” prinsiplərinə uyğunlaşdırılması nəzərdə tutulur. Sığorta şirkətlərinin biznes və digər sektorlarla ekoloji layihələr üzrə əməkdaşlığının artırılması və sığorta təminatının yaxşılaşdırılması üçün təşviqedici addımlar atılacaq. Xüsusilə də iqlim riskinin sığortası, eko-avtosığorta və kənd təsərrüfatı sığortası kimi seqmentlərin inkişafına dəstək veriləcək, sığorta xidmətləri və paketlərinin tətbiqi genişlənəcək. “Yaşıl sığorta” alətlərinin tətbiqi ilə bağlı xarici şirkətlərlə aparılan danışıqlar bu sahədə yaxın dövrdə yeni sığorta məhsullarının tətbiqinə yol aça bilər.
Beləliklə, Mərkəzi Bankın hazırladığı Yaşıl Maliyyə Taksonomiyası sənədi ölkəmizin maliyyə sisteminin “yaşıllaşdırılmasında” mühüm rol oynamaqla güclü ekosistemin qurulmasına imkan verəcək.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

