“Gəncə-Qənnadı”nın dövlətə məxsus 30 faizlik səhmləri özəlləşdirilib
10.10.2024 [20:47]
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daha bir iri istehsal müəssisənin - “Gəncə-Qənnadı” ASC-nin dövlətə məxsus və nizamnamə kapitalının 30,03 faizini təşkil edən səhmlərinin satışı üzrə investisiya müsabiqəsinə yekun vurulub. Müsabiqə qalibi 450 min manat həcmində İnvestisiya Proqramının icrasına dair öhdəlik götürüb.
Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, ölkənin yeyinti sənayesində fəaliyyət göstərən daha bir müəssisənin - “Gəncə-Qənnadı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin satışı ilə bağlı elan edilmiş investisiya müsabiqəsinə yekun vurulub. Müsabiqə komissiyası tərəfindən iddiaçıların təqdim etdiyi zərflər açılıb, təkliflər qiymətləndirilib və daha əlverişli şərtlər təklif edən fiziki şəxs Abdullayev Mahir Abdulla oğlu investisiya müsabiqəsinin qalibi elan olunub.
Müsabiqənin qalibi ilə imzalanmış alğı-satqı müqaviləsinə əsasən, investor dövlət büdcəsinə 450 min manat vəsait köçürməli və əlavə olaraq 1 il ərzində müəssisədə 450 min manat həcmində İnvestisiya Proqramını icra etməlidir. Proqram çərçivəsində müəssisədə vafli bişirən sobanın, müxtəlif növ konfetlərin istehsalı üzrə avtomatik xəttin və onların bükülməsi üçün maşınların alınıb quraşdırılması, müəssisənin dam örtüyü və laboratoriyasının təmir olunması, yeni avadanlıqların alınması planlaşdırılır.
Müsabiqə qalibi tərəfindən investisiya qoyuluşları nəticəsində müəssisədə ən azı 15 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd: “Gəncə Qənnadı” ASC keçmiş Dövlət Əmlak Komitəsinin 29 iyul 1998-ci il tarixli 981 nömrəli sərəncamı ilə “Azəryeyintisənaye” Dövlət Şirkətinin Gəncə Qənnadı fabrikinin bazasında yaradılıb, həmin ildə müəssisənin səhmlərinin 70 faizədək hissəsi əmək kollektivi üzvlərinə güzəştli satış və ixtisaslaşdırılmış çek hərracları vasitəsilə özəlləşdirilib.
Xəbər lenti
Hamısına baxDünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25

