Qax Damazlıq İpəkçilik Stansiyası: Növbəti mövsüm üçün 1000 qutu ipəkqurdu toxumu hazırlanacaq
08.10.2024 [17:37]
Bu il Qax Damazlıq İpəkçilik Stansiyasında 2025-ci ildə kümçülərə paylanılmaq üçün 29 kiloqram və ya 1000 qutu elit və sənaye tut ipəkqurdunun hazırlanması nəzərdə tutulur.
AZƏRTAC-ın bölgə müxbiri stansiyada olub, gələn il yerli istehsal hesabına kümçülərə paylanılacaq ipəkqurdu toxumunun hazırlanması prosesi ilə maraqlanıb.
Müəssisənin direktoru Əkrəm Fətəliyev bildirib ki, stansiyada bir neçə ildir tut ipəkqurdu cins və hibridlərinin yüksəkkeyfiyyətli ilkin materialının hazırlanması və çoxaldılması işlərinə başlanılıb. Əsas məqsəd kümçüləri ipəkqurdunun sənaye qrenası ilə yerli istehsal hesabına təmin etmək, xaricdən asılılığı azaltmaqdır. Onun sözlərinə görə, yüksək keyfiyyətli tut ipəkqurdu toxumu hazırlamaq məqsədilə stansiyada yaş barama tədarükü dövründə damazlıq barama seçilir və hazırlanmış toxum qışlama dövrü keçirdikdən sonra növbəti mövsümdə kümçülərə paylanılır.
Stansiyanın direktoru deyib: “2024-cü ildə respublika üzrə 41 rayonun kümçülərinə tut ipəkqurdu toxumu paylanılıb. İpəkqurdunun yemlənməsi dövründə, yəni mayın əvvəlindən 25-dək havanın uzun müddət qeyri-sabit keçməsi, intensiv yağışların yağması, rütubətin çox olması səbəbindən bəzi xəstəliklər yarandı, nəticədə yaş barama istehsalı azaldı. Stansiya tərəfindən tədarük edilən damazlıq barama tam sağlam olmadığı üçün toxum istehsalı da aşağı düşdü. Ona görə də bu il stansiyada 1000 qutu ipəkqurdu toxumu hazırlanacaq”.
Əkrəm Fətəliyevin sözlərinə görə, stansiyada builki məhsuldan 29 min ədəd xüsusi kağız torbada toxum götürülüb. Bu torbaların hamısı tək-tək açılaraq mikroskopik müayinədən keçirilməlidir. “Mikroskopik müayinə uzun sürən prosesdir və 3 ayadək davam edəcək. Torbaların hər birindən 1 qram toxum götürmək mümkündür. Yəni, bu il stansiyada 29 kiloqram ipəkqurdu toxumu istehsal ediləcək”, - deyə o bildirib.
Xəbər lenti
Hamısına baxSosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50

