Azərbaycan Orta Dəhlizin mərkəzinə çevrilir
03.09.2024 [10:05]
Dəhlizdə yer alan ölkələrin vahid assosiasiyasının yaradılması ideyası Qarabağ Bəyannaməsindən irəli gəlir
Orta Dəhlizin cənub marşutu - Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə sentyabrın ikinci yarısında Bakıda vahid assosiasiyanın yaradılması planlaşdılır. Dəhlizdə yer alan ölkələrin əksəriyyəti assosiasiyanın mərkəzi olaraq Bakının seçilməsini dəstəkləyir. “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmovun sözlərinə görə, bununla bağlı Bakıda dəhlizə üzv ölkələrin nümayəndələrinin iştirakı ilə beynəlxalq tədbirin keçirilməsi nəzərdə tutulur. Tədbirdə Orta Dəhlizlə bağlı müxtəlif fikir və təkliflərin irəli sürülməsi, daşınmaların artırılması üçün səmərəli mexanizmlərin yaradılması və s. məsələlər müzakirə olunacaq.
Azərbaycanın strateji coğrafi mövqeyi və nəqliyyat-tranzit dəhlizlərinin şaxələndirilməsində xüsusi təşəbbüskarlığı respublikamızın Orta Dəhlizin mərkəzi qovşağına çevrildiyini şərtləndirməkdədir. Orta dəhlizin bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti xüsusi qeyd edilməlidir, hazırda bu dəhlizin genişləndirilməsi, eləcə də Türkiyə ərazisində İğdırla Naxçıvanı birləşdirən yeni xəttin çəkilməsi bu dəhlizin imkanlarını da artırır.
Qeyd edək ki, 2024-cü ilin 7 ayında Orta Dəhlizlə daşınmalar 2,56 milyon ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 63 faiz çoxdur və rəqəmin hədsiz dərəcədə böyüməsi bu dəhlizə olan marağı qat-qat artırır. Yeri gəlmişkən, cari ilin 7 ayı ərzində Azərbaycan üzərindən Orta Dəhlizlə yük daşımalarının həcmi 2023-cü illə müqayisədə 30 faizdən çox artıb. Çinin Sian limanından bu dəhlizlə ümumilikdə 70-ə yaxın artıq blok qatar yola salınıb.
Orta Dəhliz üzərindən yük daşınmalarının həcminin artması da tərəfdaş ölkələrin fəallığını yüksəltməkdədir. Özbəkistan və Qazaxıstan son aylarda dəmir yolu və dəniz ticarəti limanlarında infrastrukturların yenilənməsi, yeni tranzitlərin əlaqələndirilməsi istiqamətində səylə çalışmaqdadır. Qazaxıstan hökuməti Məngistay vilayətində uzunluğu 64 kilometr olan Kurık və Jetıbay kəndlərini birləşdirən respublika əhəmiyyətli yolun əsaslı təmirini başa çatdırıb. Bu nəqliyyat qovşağı Kurık dəniz limanını Orta Dəhlizə birləşdirməklə Qazaxıstanın beynəlxalq nəqliyyat marşrutlarında imkanlarını artıracaq. Eləcə də Özbəkistan və Qırğızıstan dəmir yolllarının rekonstruksiyasını gücləndirməkdədir.
Azərbaycan da Orta Dəhliz inteqrasiyanın müasir tələblərinə uyğun nəqliyyata həllərini həyata keçirib, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının yükgötürmə və yükötürmə gücünün artırılması, yolboyu mal və nəqliyyat vasitələrinə gömrük nəzarətinin sürətləndirilməsi üçün əhəmiyyətli tədbirlərin görülməsi Orta Dəhlizin perspektiv güc balansına hesablanıb.
Orta Dəhlizdə daşınmaların həcminin və dəhlizin geoiqtisadi əhəmiyyətinin artması Avropa İttifaqının da marağını bu bölgəyə daha çox fokuslayıb, Avropanın əksər ölkələri Mərkəzi Asiya-Xəzər-Avropa coğrafiyasına xüsusi önəm veərək bu bölgənin nəqliyyat infrastrukturlarının yenilənməsinə dəstək niyyətlərini bəyan edirlər. Belçika Krallığının Qazaxıstandakı səfiri Anri Vantigem bildirib ki, Mərkəzi Asiyadan Avropaya nəql edilən daşınmaların intensivliyini daha da artırmaq üçün əhəmiyyətli sərmayə yatırımları nəzərdə tutulur. Onun sözlərinə görə, Mərkəzi Asiya və Xəzər regionu təbii resurs və digər iqtisadi potensial baxımından son illərdə daha da inkişaf edir, bu bölgənin ehtiyatlarının nəqli Avropa üçün xüsusi maraq kəsb edir və resursların daha tez və maneəsiz daşınması üçün bütün zəruri logistika infrastrukturunu yeniləməyə başlamaq lazımdır.
Bir müddət əvvəl Astanada Orta Dəhliz üzrə Avropa İttifaqı-Mərkəzi Asiya Koordinasiya Platforması işə başlayıb. Avropa Komissiyasının beynəlxalq əməkdaşlıq üzrə baş direktoru Henrik Hololey və Avropa İttifaqının (Aİ) Qazaxıstandakı səfiri Kestutis Yankauskasın qatıldığı tədbirdə Orta Dəhliz üzrə əməkdaşlığın inkişafına dair imkanlar müzakirə edilib, region ölkələrinin bu tranzit alyansında vahid birliyinin perspektiv əhəmiyyətinə dair fikirlər səsləndirilib. Trans-Qazaxıstan dəhlizinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) sıx əlaqələndirilməsi üçün yeni infrastrukturların yaradılması və ümumilikdə, Orta Dəhlizinin böyük coğrafi imkanları nəzərə alınmaqla nəqliyyat hərəkətliliyinin intensivləşdirilməsi üçün sərmayə yatırılması məsələlərinə toxunulub.
Avropa Komissiyasının beynəlxalq əməkdaşlıq üzrə baş direktoru Henrik Holole Mərkəzi Asiya ölkələrinin Orta Dəhlizin formalaşması istiqamətində səylərini müsbət dəyərləndirib, onların bu iradəsi sayəsində vahid Asiya-Avropa nəqliyyat blokunun tam rentabelli işinin təmin ediləcəyini vurğulayıb. Bu prosesdə Aİ-nin bütün zəruri dəstəkləri verəcəyi xatırlanıb.
Orta Dəhliz vasitəsilə daşımaların həcminin 4,2 milyon tona çatdırılması planlaşdırılır ki, bunun üçün tranzit xəttinin coğrafiyasını əhatə edən ölkələrin, xüsusilə də türk dövlətlərinin vahid nəqliyyat ailəsində birləşməsini zəruri edir. Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşündə də Şərq-Qərb nəqliyyat dəhlizinin ən axıcı qolu kimi Trans-Xəzərin əhəmiyyətinə toxunulub və TDT ölkələri tərəfindən imzalanan Qarabağ Bəyannaməsində Orta Dəhlizə inteqrasiyanın gücləndirilməsində dair niyyətlər ifadə olunub. Bəyannamədə Orta Dəhlizin daha rentabelli və dayanıqlı işləməsi üçün TDT ölkələri tərəfindən nəqliyyat və tranzit prosedurlarının optimallaşdırılması və rəqəmsallaşdırılması, daha çox yükdaşıma həcminin artırılması məqsədilə özəl sektor üçün stimullaşdırıcı mexanizmlərin tətbiqi nəzərdə tutulur. Bu məqsədlə tərəflər dəniz limanları, dəmir və avtomobil yolları, logistika qovşaqlarının əsaslı şəkildə yenidən qurulması və infrastrukturların təmirinə investisiyaların cəlb edilməsi, nəqliyyat əməliyyatları və gömrük prosedurlarının optimallaşdırılması üçün üzərinə öhdəliklər götürüb.
Beləliklə, Orta Dəhlizdə yer alan ölkələrin vahid assosiasiyasının yaradılması ideyası da Qarabağ Bəyannaməsindən irəli gələn iqtisadi-hüquqi məsələlərin həllindən meydana çıxan zərurət hesab edilə bilər.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

