Yeni beynəlxalq reytinq
15.08.2024 [10:37]
“Fitch” İpoteka və Kredit Zəmanət Fondunun reytinqini “BBB-” səviyyəsinə yüksəldib
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) fəaliyyətinin yenidən qiymətləndirilməsi həyata keçirilib. Agentliyin qiymətləndirməsinə əsasən, fondun uzunmüddətli xarici və yerli valyutada reytinqi “BB+” səviyyəsindən “BBB-” səviyyəsinədək yüksəldilib. Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyəti 2009-cu ildən “Fitch Ratings” tərəfindən yerli və xarici valyutada uzunmüddətli öhdəlikləri üzrə reytinq dərəcələri ilə qiymətləndirilir. İndiyə qədər “BB”və “BB+” reytinq dərəcələri əldə edən Fond uzunmüddətli öhdəlikləri üzrə verilmiş reytinq göstəricisini yüksəltməyə nail olub.
İpoteka Fondunun müsbət reytinqlə dəyərləndirilməsində bir müddət əvvəl Azərbaycan dövlətinin beynəlxalq suveren reytinqinin yüksəldilməsi də əhəmiyyətli rol oynayıb. Belə ki, iyul ayında “Fitch Ratings” Azərbaycanın uzunmüddətli xarici valyutada reytinqinin bir pillə artırılaraq “BBB-” səviyyəsinə, yəni investisiya dərəcəli reytinqə yüksəldilməsi barədə qərar qəbul edib ki, bu da ölkəmizin 8 illik sabi? “BB+”reytinqindən sonra yeni müsbət proqnozla qiymətləndirilməsinə səbəb olub. Yeni reytinq göstəricisinin müəyyən edilməsi Azərbaycanın iqtisadi və maliyyə sektorunda baş verən irəliləyişlərə əsaslanıb və “Fitch” ölkəmizdə həyata keçirilən makroiqtisadi və monetar siyasət tədbirlərini, institusional islahatları, investisiya mühitinin yaxşılaşdırılmasını, dövlət borcunun, xüsusilə xarici dövlət borcunun aşağı səviyyəsi və digər ardıcıl və çoxşaxəli islahatları nəzərə alaraq suveren reytinqimizi investisiya dərəcəsində müəyyən edib.
“Fitch”in mövqeyinə görə reytinqin ölkə reytinqinə bərabər “BBB-” səviyyəsində (proqnoz “stabil”) təsdiq olunması fond ilə dövlət arasında möhkəm əlaqənin olması və onun əlverişli mənzil təminatı, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini asanlaşdırmaqla biznes mühitinin inkişafında mühüm strateji əhəmiyyətindən irəli gəlir. Bu baxımdan “BBB-” reytinqinin təsdiq olunması əsas etibarilə İKZF-nin dövlətə məxsus olması, yaradıldığı gündən etibarən fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsi və davamlı dəstəklənməsi, İpoteka və Kredit Zəmanət Fondunun ölkənin sosial-iqtisadi siyasətində strateji əhəmiyyətə malik olması ilə əlaqədardır. Fond ölkəmizin iqtisadi potensialının daha da artırılması məqsədilə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlıq subyektlərinin zəruri maliyyə resursları ilə təmin edilməsi, bu sahədə dövlət dəstəyinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsində müstəsna rol oyanamaqdadır. Bu siyasətin mühüm bir istiqaməti kimi sahibkarlıq kreditlərinə dövlət tərəfindən zəmanət və subsidiyaların verilməsində son illərdə əhəmiyyətli addımlar atılıb. Ölkədə beynəlxalq standartlara cavab verən uğurlu və effektiv kredit zəmanət mexanizminin qurulması məqsədilə müvafiq beynəlxalq təcrübə öyrənilib, müasir kredit reytinqi modeli yaradılıb. Model vasitəsilə sahibkarlıq subyektlərinin ödəmə qabiliyyətinin qiymətləndirilməsi və risk kateqoriyalarının müəyyən edilməsi həyata keçirilməkdədir.
Ümumilikdə, inkişaf etmiş ölkələrdə mövcud olan kredit zəmanət sxemləri Azərbaycanda geniş tətbiq olunmaqla kiçik və orta biznes sahəsində maliyyələşdirilməni asanlaşdırıb, sahibkarlıq subyektlərinin bank və digər borc resurslarından fəal istifadə etməsinə, cəlb edilən resursların maya dəyərinin optimallaşdırılmasına imkanlar yaradıb və kredit risklərinin əhəmiyyətli dərəcədə azaldılmasına səbəb olub. Bütün bu amillər beynəlxalq reytinq dərəcəsinin yaxşılaşdırılmasında öz mühüm təsirini göstərib. “Fitch”in bu reytinqi həm də ona dəlalət edir ki, Fondun qeyri-kommersiya missiyasına baxmayaraq, onun yüksək maliyyə dayanıqlılığı, aktivlərin keyfiyyəti, məqbul likvidlik mövqeyi mövcuddur. “BBB-” reytinqi İpoteka və Kredit Zəmanət Fondunun beynəlxalq mövqeyinin yaxşılaşmasına, investisiya qabiliyyətinin yüksək göstəricisi kimi potensial kredit təminatçısı rolunun möhkəmlənməsinə də inamı artırır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

