AMB yeni nəsil milli pul nişanları ilə bağlı əhalinin fikrini öyrənmək istəyir
01.08.2024 [12:20]
Azərbaycan Mərkəzi Bankı (AMB) yeni nəsil milli pul nişanlarının konsepsiya mövzusunu və nominallar üzrə alt mövzuları müəyyən etmək üçün ictimai sorğu keçirir.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, sorğu vasitəsilə milli dəyərlərimizi, tarixi və mədəni irsimizi özündə daşıyan pul nişanlarının yenilənməsini həyata keçirməklə yanaşı, həm də onların müasir milli priroritetlərə və çağırışlara uyğunluğunu təmin etməyi hədəflənir. Onlayn keçirilən sorğuda iştirak edən vətəndaşlar mövzular üzrə təkliflərini AMB ilə bölüşmək imkanı əldə edir. Mövzu üzrə təkliflərin ölkəmizin gələcəyə baxışını, tarixini, strateji hədəflərini cəmləyərək milli mənsubiyyətimizi əks etdirəcəyi gözlənilir.
Beynəlxalq təcrübədə hər 10-15 ildən bir pul nişanlarının yenilənməsi, o cümlədən yeni nəsil milli pul nişanlarının yaradılması həyata keçirilən bir təcrübədir. Bu zaman dövrün tələblərinin, cəmiyyətin gələcək inkişaf strategiyasının, yeni iqtisadi və siyasi reallıqlardan meydana gələn çağırışların cəmiyyətə çatdırılması kimi mühüm faktorlar nəzərə alınır.
Torpaqlarımızın işğaldan azad olunaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ölkəmizin regionda və dünyada siyasi-iqtisadi səviyyədə yeni müstəviyə qədəm qoymasını şərtləndirib. Bu da öz növbəsində əsas dövlətçilik atributlarından olan milli pul nişanlarının yeni dövrə və çağırışlara uyğunlaşdırılması məsələsini gündəmə gətirib.
Azərbaycanın hazırda tədavüldə olan milli pul nişanları – Manat ”Müstəqil Azərbaycan” konsepsiya mövzusuna həsr olunmaqla 2006-cı ildə dövriyyəyə buraxılıb. Bu konsepsiya çərçivəsində pul nişanlarımızın hər bir nominalı ayrı-ayrılıqda alt mövzulara həsr edilib. 2018-ci ildə isə "Müstəqil Azərbaycan” konsepsiyası çərçivəsində 200 manat nominallı kağız pul nişanı tədavülə buraxılıb (geniş məlumat üçün https://www.cbar.az/moneymarks/banknotes?category=1).
Beləliklə, yeni nəsil milli pul nişanlarının konsepsiyası mövzusuna dair sorğuda iştirak etmək üçün link vasitəsilə anketi yükləmək, müvafiq məlumatları qeyd etdikdən sonra yekun anketi cari ilin oktyabr ayının 1-nə qədər sorgu_konsepsiya@cbar.az e-mail ünvanına göndərmək tələb olunur.
Xəbər lenti
Hamısına baxDünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17

