Qazaxıstan Orta Dəhlizi genişləndirir
26.07.2024 [10:32]
Kurik limanının Trans-Xəzərə birləşdirilməsi Bakı Beynəlxalq Limanında daşınmaları artıracaq
Qazaxıstan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (Orta Dəhliz) öz mövqeyini möhkəmləndirmək üçün zəruri nəqliyyat infrastrukturlarını yeniləşdirir və regional tranzit xətlərini əsaslı şəkildə təmir edir. Bu tədbirlər çərçivəsində qazax hökuməti Məngistay vilayətində uzunluğu 64 kilometr olan Kurık və Jetıbay kəndlərini birləşdirən respublika əhəmiyyətli yolun əsaslı təmirini başa çatdırıb. Bu nəqliyyat qovşağı Kurık dəniz limanını Orta Dəhlizə birləşdirməklə Qazaxıstanın beynəlxalq nəqliyyat marşrutlarında imkanlarını artıracaq. Belə ki, Kurık-Jetibay yolu ən rentabelli və axıcı nəqliyyat xətti kimi beynəlxalq yük və daşınmaların birbaşa Kurık limanına yönləndirilməsində qısa və nəqliyyat sərfəliliyi baxımından ən rahat infrastruktur şəbəkəsi hesab edilir. Əgər əvvəllər sürücülər Aktauda dayanmalı olurdusa, indi onlar Jetıbay kəndi vasitəsilə dəniz limanına daha tez və rahat çatacaqlar.
Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib ki, sovetlər dövründə, ötən əsrin 70-ci illərində istismara yararsız hala düşən və regional daşınmalardan kənarlaşdırılan bu yol Orta Dəhliz ideyası ortaya çıxdıqdan sonra hökuməti hərəkətə keçirməyə vadar edib və yolun rekonstruksiyasına qərar verilib. Bu yolun Kurık limanına birbaşa nəqliyyat bağlantısını təmin etmək imkanları və Orta Dəhlizin ən hərəkətli optimal nöqtəsinə çevrilmək potensialı Qazaxıstan hökuməti ilə yanaşı, Çinin, digər qlobal nəqliyyat təchizatçılarının da müzakirələrində əsas müzakirə mövzusu olub. Bundan başqa, ABŞ və Avropa İttifaqı da Orta Dəhlizin genişləndirilməsi imkanlarını qiymətləndirərkən Astana hökumətini şaxələndirilmiş nəqliyyat xətlərinin rekonustruksiyasına dəstəyini ifadə ediblər. Ötən ay Astanada Orta Dəhliz üzrə Avropa İttifaqı-Mərkəzi Asiya Koordinasiya Platforması işə başlayıb. Avropa Komissiyasının beynəlxalq əməkdaşlıq üzrə baş direktoru Henrik Hololey və Avropa İttifaqının (Aİ) Qazaxıstandakı səfiri Kestutis Yankauskasın qatıldığı tədbirdə Orta Dəhliz üzrə əməkdaşlığın inkişafına dair imkanlar müzakirə edilib, region ölkələrinin bu tranzit alyansında vahid birliyinin perspektiv əhəmiyyətinə dair fikirlər səsləndirilib. Trans-Qazaxıstan dəhlizinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) sıx əlaqələndirilməsi üçün yeni infrastrukturların yaradılması və ümumilikdə, Orta Dəhlizinin böyük coğrafi imkanları nəzərə alınmaqla nəqliyyat hərəkətliliyinin intensivləşdirilməsi üçün sərmayə yatırılması məsələlərinə toxunulub.
Avropa Komissiyasının beynəlxalq əməkdaşlıq üzrə baş direktoru Henrik Holole Mərkəzi Asiya ölkələrinin Orta Dəhlizin formalaşması istiqamətində səylərini müsbət dəyərləndirib, onların bu iradəsi sayəsində vahidi Asiya-Avropa nəqliyyat blokunun tam rentabelli işinin təmin ediləcəyini vurğulayıb. Bu prosesdə Aİ-nin bütün zəruri dəstəkləri verəcəyi xatırlanıb.
Göründüyü kimi bütün qlobal təchizatçılar Qazaxıstaının mövcud yol-nəqliyyat, liman infrastrukturlarının Trans-Xəzər dəhlizinin ən ötürücü və axıcı olmasını bəyan edir. Bu isə yuxarıda vurğuladığımız kimi Astananın liman infrastrukturlarını Orta Dəhlizinin bütün komponentləri ilə əlaqələndirməsində qəti addımlar atmasını təmin edib.
Trans-Xəzərin ən mühüm qovşaqlarından biri hesab edilən Kurık dəniz limanı yükdaşımaların həcminə görə, son illərdə əhəmiyyətini artırmaqdadır. Bu dəniz limanı 600-ə yaxın bərə, 16,5 mindən çox vaqon, 23,6 mindən çox yük və sərnişin daşıyan nəqliyyat vasitəsinə xidmət göstərməyə qadir böyük infrastruktur bazasına malikdir. Kurik həm də Azərbaycanın Qazaxıstan və dünya ilə liman bağlantısında mühüm rol oynayır. Bir neçə il əvvəl Türk Dövlətləri Təşkilatının (TDT) zirvə görüşü çərçivəsində Bakı Beynəlxalq Dəniz Limanı ilə Kurık Limanı arasında memorandum imzalanıb və yeni nəqliyyat zənciri formalaşıb. Aktau ilə yanaşı, həmin limandan daşınan beynəlxalq yüklər Xəzər dənizi vasitəsilə Bakı Beynəlxalq Limanına, oradan isə Gürcüstan, Türkiyə və Avropa ölkələrinə göndərilir. Son 2 ildə Ələt-Kurık-Ələt istiqamətində yükdaşımaların intensivləşməsi də bunu təsdiqləyir.
Ümumilikdə, ötən il Kurik limanından təxminən 2,2 milyon tondan çox beynəlxalq daşınmalar həyata keçirilib ki, bu imanın gücünün son bir ildə 20 faizdən çox artması deməkdir. Hazırda isə Kurık-Jetıbay yolunun limana birləşdirilməsi isə Orta Dəhlizin yeni ünvanı kimi bu nəqliyyat sxeminin gücünün ən azı 2 dəfə artmasına səbəb olacaq. Yeni infrastrukturun qurulması Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun qlobal əhəmiyyətini daha da artıracaq. Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa İttifaqı coğrafiyasında böyük bir nəqliyyat arteriyasının ötürücülük gücünün yüksəlməsinə imkan verəcək.
Baş verənlər Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Son 2 ildə regionda yaranmış yeni geosiyasi düzənin fonunda meydana çıxmış nəqliyyat-logistika xətlərinin şaxələndirilməsi isə bu marşrutların çoxşaxəliliyinin təmin edilməsinin daha da aktuallaşması fonunda Qazaxıstan və Azərbaycan arasında Orta Dəhlizdə ortaq maraqları möhkəmləndirib. Qazaxıstanın dövlət başçısının Azərbaycana səfərləri zamanı ən aktual mövzulardan biri kimi Trans-Xəzərin müzakirə olunması müzakirə olunub. 2024-cü ilin mart ayında Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevin Azərbaycana dövlət səfəri zamanı Siandan Bakıya gələn konteyner qatarının birgə qarşılanma mərasimi keçirilib və bu, Çin-Qazaxıstan-Azərbaycan nəqliyyat ittifaqının faktiki nümayişi kimi yadda qalıb. Qazaxıstan Çinlə iqtisadi-ticari münasibətlərin inkişafı fonunda Pekinin bu dəstəyinə arxalanaraq TransXəzərə olan ehtiyacını bəyan edib.
TransXəzər dəhlizinin növbəti dayanacağı Zəngəzur xətti olacaq ki, nəticədə Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsi tam təmin ediləcək. Beləliklə, türk dövlətlərinin vahid iqtisadi-nəqliyyat platformalarından biri olan Orta Dəhliz qlobal arteriya kimi strateji əhəmiyyətini daha da artırmaqdadır.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57

