Mərkəzi Asiyadan Azərbaycana...
21.06.2024 [10:21]
Tərəflər bank və ödəniş sistemlərini inteqrasiya etməyə çalışır
İyunun 13-14-də Bakıda Azərbaycan Mərkəzi Bankının təşəbbüsü ilə keçirilən Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın mərkəzi banklarının nümayəndələrinin regional tədbirində əməkdaşlıq və bu ölkələrin ödəniş infrastrukturunun inteqrasiya imkanları müzakirə edilib. Tədbir çərçivəsində mərkəzi bankların ödəniş sahəsi üzrə ekspertləri arasında təcrübə mübadiləsi baş tutub və qlobal ödəniş alətləri, yeni tətbiqlərə dair müzakirələr aparılıb. Azərbaycanın ödəniş sektorunda baş verən yeniliklər, qanunvericilik bazasının təkmilləşdirilməsi, nağdsız ödənişlərdən istifadə trendləri, tətbiq olunan innovativ ödəniş həlləri, fintexlərin ödəniş bazarına cəlb edilməsi, eləcə də Milli Ödəniş Sisteminin əhatəliliyinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatlar diqqətə çatdırılıb.
Mərkəzi Asiya və Azərbaycanın Mərkəzi banklarının nümayəndələri müasir elektron bank məhsulları və arxitekturasının imkanları, o cümlədən rəqəmsal valyutaların tətbiqi imkanları, ani ödəniş sistemlərindən istifadənin artırılması, açıq bankçılıq modelinin fintexlərin inkişafında rolu, maliyyə sektorunda müasir tənzimləmə texnologiyalarının tətbiqi, mərkəzi banklar arasında kibertəhlükəsizlik sahəsində məlumat mübadiləsinin genişləndirilməsi kimi mühüm məsələləri də nəzərdən keçiriblər. Mövcud iqtisadi tələbatlar şəraitində mərkəzi banklar arasında əməkdaşlığın inkişaf etdirilməsini və bir-birinin ödəniş infrastrukturunun inteqrasiya imkanları da əsas məsələlərdən biri kimi ön planda yer alıb.
Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında bank sahəsində qarşılıqlı əlaqələrin qurulması ümumi iqtisadi həmrəylik platformasının mühüm tərkib hissəsidir və bu region dövlətləri ilə ortaq iqtisadi proqramların inkişaf etdirilməsi strategiyasına xidmət edir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan artıq uzun müddətdir ki, bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edirlər. Son illərdə çoxşaxəli iqtisadi infrastrukturların qurulması yeni sahələrdə birgə addımların atılmasını zəruri edir. Ötən il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) yaradılmasının 25-ci ildönümü çərçivəsində keçirilən tədbirdə də bu məsələlərə xüsusi diqqət yetirilib. Təşkilata sədrlik edən Azərbaycanın təşəbbüsü ilə ötən il noyabr ayının 24-də SPECA-nın Bakıda ilk sammitinin keçirilməsi isə Azərbaycan-Mərkəzi Asiya iqtisadi alyansının formalaşmasını rəsmən institusional olaraq rəsmiləşdirib.
Son bir il ərzində Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın dövlət başılarının və hökumət üzvlərinin Azərbaycana səfərləri, eləcə də ölkəmizin müxtəlif iqtisadi qurumlarının nümayəndələrinin Mərkəzi Asiyaya qarşılıqlı səfərləri zamanı imzalanmış sazişlər və memorandumlar, niyyət protokolları iqtisadi-ticari və investisiyalar üzrə yeni meyarları meydana çıxarıb.
Hazırda tərəflər Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizindən (Orta Dəhliz) aktiv şəkildə istifadəçiyə çevrilir, yeni effektiv logistika-daşınma hərəkətliliyinin artırılmasına çalışırlar. Eləcə də ölkələr arasında əməkdaşlığın yeni sahəsinin fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş “Rəqəmsal İpək Yolu” layihəsi, Asiya-Xəzər-Avropa “Yaşıl enerji” marşrutunun yaradılması istiqamətində birgə səylərin əlaqələndirilməsi güclənməkdədir. Bu ölkələr ticari imkanları artırmaqla yanaşı, qarşılıqlı investisiya qoyuluşlarında da yeni dinamikanın təmin edilməsində mühüm rol oynayır. Ölkəmizlə Mərkəzi Asiya dövlətləri arasında investisiyaların təşviqi və ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişlərin imzalanması, asan ticarət rejiminin tətbiqi və digər preferensial xarakterli iqtisadi razılaşmaların əldə olunması sözsüz ki, iqtisadi, gömrük, maliyyə sahələrində yeni tələbləri və meyarları da meydana çıxarır.
Qarşıdakı ortamüddətli hədəflər çərçivəsində Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsinin həcminin ən azı 2 dəfə artırılması niyyətləri də iqtisadi-maliyyə-bank sektorunda əlaqələrin keyfiyyətinin yüksəldilməsini labüd edir. Bu baxımdan maliyyə-bank sahəsində birgə koordinasiyaların qurulması iqtisadi dövriyyənin də artmasına təkan vermiş olacaq.
ELBRUS
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

