Dünya Rəqabətlilik Hesabatı 2012-2013 açıqlanıb
05.09.2012 [23:09]
Dünən Dünya İqtisadi Forumu 2012-2013-cü il üzrə “Dünya Rəqabətlilik Hesabatı”nı açıqlayıb. Azərbaycan Marketinq Cəmiyyətinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, “Dünya Rəqabətlilik Hesabatı 2012-2013” hesabatına əsasən, Azərbaycan rəqabətlilik reytinqinə görə, 144 dövlət arasında 46-cı yerdə qərarlaşıb. Qlobal iqtisadiyyatın böhran dövrünü yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir zamanda Azərbaycanın 9 pillə irəliləməsi, həmçinin, dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatı sırasına daxil olması ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi inkişaf siyasətinin əyani göstəricisi və ölkəmizin beynəlxalq nüfuzunun artmasının nümunəsi kimi qiymətləndirilə bilər.
Qeyd etmək lazımdır ki, cari il Azərbaycan MDB ölkələri arasında yenə də ən yüksək nəticəyə nail olub. 2011-2012 hesabatında isə ölkəmiz 142 ölkə arasında 55-ci yer tutmuşdu. Azərbaycanın inkişaf sürəti, dinamikası, daim inkişafda olan möhkəm iqtisadiyyata malik olması, onun MDB məkanında ən rəqabətqabiliyyətli dövlət elan olunmasına səbəb olub.
Əlavə edək ki, reytinq cədvəlində Qazaxıstan 51-ci, Rusiya 67-ci, Gürcüstan 77-ci, Ermənistan 82-ci pillələrdə qərarlaşıb. “Dünya Rəqabətlilik Hesabatı 2012-2013” nəşrinə görə, dünyanın ən rəqabətqabiliyyətli ölkəsi İsveçrədir. İlk beşliyə daxil olan digər ölkələr isə Sinqapur, Finlandiya, İsveç və Niderlanddır.
Göründüyü kimi, bu gün Azərbaycan dünyada sürətli inkişaf tempinə malik olan ölkələrdən birinə çevrilib. Buna isə, respublikda həyata keçirilən iqtisadi islahatlar nəticəsində iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq, qeyri-neft sektorunu inkişaf etdirmək, iqtisadiyyatı şaxələndirməklə nail olunub.
Hazırda, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil edir. Neftdən daxil olan gəlirlər və düşünülmüş büdcə siyasəti ölkənin maliyyə gücünü xeyli artırıb, nəzərə çarpan dərəcədə valyuta ehtiyatları yaratmağa imkan verib və inflyasiyanı idarəolunan səviyyədə saxlayıb. Respublikada qeyri-neft sektorunda gedən surətli inkişaf rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılmasına və inkişaf dinamikasının sürətləndirilməsinə, habelə, yoxsulluğun səviyyəsinin aşağı salınmasına, insan kapitalı ilə bağlı bir çox məsələlərin həll olunmasına zəmin yaradıb.
Dünyada hökm sürən iqtisadi, maliyyə böhranından fərqli olaraq, ölkəmiz sosial-iqtisadi inkişafı yolunda uğurlu addımlar atıb. Uzunmüddətli inkişaf strategiyası isə imkan verir ki, növbəti on il ərzində ümumi daxili məhsulu (üDM) iki dəfə artsın.
Avqustun 20-nə olan məlumata görə, cari ilin yanvar-iyul aylarında ümumi daxili məhsul (üDM) istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz, yaxud müqayisəli qiymətlərlə 476,5 milyon manat artaraq 30,8 milyard manata çatıb. Orta hesabla əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 3364,7 manat (4280,9 ABŞ dolları) təşkil edərək 0,2 faiz artıb. Kənd təsərrüfatı sahəsində artım 10 faizdən çox qeydə alınıb. Cari ilin yeddi 6,8 faizdən çox ümumi məhsul istehsal olunub.
Sosial məsələlərin həllinə gəlincə, Azərbaycanda işsizlik aşağı səviyyədədir - keçən ilin yekunlarına görə, 5,4 faiz təşkil edib. Bununla bərabər, bölgələrdə icra edilən regional inkişaf proqramları nəticəsində ilin 6 ayında 46 min yeni iş yeri açılıb ki, onlardan 37 mini daimi iş yeridir.
Təsadüfi deyil ki, 2011-2012-ci illərdə Azərbaycanın sürətli inkişaf yolunda olduğu, respublikada biznes mühitinin əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə liberallaşdırıldığı bir sıra digər nüfuzlu maliyyə qurumları və reytinq agentliklərinin hesabatlarında da təsdiqini tapıb. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının 2011-ci ilin sonunda hazırladığı “Doing 2012: daha şəffaf dünyada biznesin idarə edilməsi” reytinqində Azərbaycan 3 pillə irəliləyərək 66-cı yeri tutub. üç əsas beynəlxalq reytinq agentlikləri “Moody’s”, “Fitch”, “Standard & Poors” Azərbaycanın kredit reytinqini artırıblar.
SEVİNC
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41

