Gömrük və vergi təşviqləri “yaşıl enerji”yə sərmayələri artırır
17.04.2024 [10:35]
Azərbaycanın yeni iqtisadi inkişaf gündəliyində yer alan “yaşıl enerji” proqramında yerli və xarici investorlar üçün stimullaşdırıcı və təşviqedici iqtisadi tədbirlər nəzərdə tutulub ki, məqsəd həmin sahəyə sərmayə qoyuluşlarını artırmaqdır. Bu siyasət artıq öz bəhrəsini göstərməyə başlayıb və son bir ildə Azərbaycanın enerji sektorunda xarici investorların iri sərmayə layihələri ilə çıxış etməsi bunun əyani göstəricisi sayıla bilər. Belə ki, bərpa olunan enerji mənbələrinin istehsalı məqsədilə investisiya layihələrinin həyata keçirilməsində bir sıra güzəşt və stimullar, o cümlədən də vergi güzəştləri nəzərdə tutulub ki, bunun nəticəsində Azərbaycana dünyanın ən nəhəng enerji şirkətləri sərmayə layihələrinin icrasına başlayıb.
Ötən il Səudiyyə Ərəbistanın “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə energetika sektorunda 2 iri sərmayə layihəsinə start verilməsi də məhz bu təşviqedici siyasətin nəticəsidir. Hər iki şirkət alternativ və ekoloji cəhətdən təmiz enerji mənbələrinin istehslında bu layihələrlə kifayətlənmək niyyətində deyil və işğaldan azad edilmiş ərazilərdə daha böyük sərmayə layihələrinin həyata keçirirməyi planlaşdırır ki, bu da “yaşıl enerji” sektorunun iqtisadi cəlbedicliyindən xəbər verir.
Əsas uğur isə azad edilmiş ərazilərdə vergi təşviqləri və iqtisadi stimulların, fiskal güzəştlərin daha çox rəqabətli münbit investisiya iqlimi yaratmasıdır. Xüsusilə də dövlət başçısının 2021-ci il 3 mart tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “Yaşıl Enerji Zonası”nın yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamında nəzərdə tutulan təşviqedici prioritetlər Qarabağ və Şərqi-Zəngəzurda günəş, külək, termal, geotermal və digər bərpa olunan enerji potensialının istismarına xarici şirkətlərin cəlbi üçün daha motivasiyaedici rol oynayıb. Həmin ərazilərdə investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi üçün hökumətə müvafiq tapşırıqlar verilib və bu imkanlar xarici investorlara təqdim edilib. Son bir il ərzində bir neçə ölkənin, Yaponiya, Cənubi Koreya, İtaliya, Türkiyə, o cümlədən, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə bu sahədə əməkdaşlıq imkanları müzakirə edilib.
“Yaşıl Enerji Zonası”nın yaradılması ilə əlaqədar hazırlanmış Konsepsiyaya uyğun olaraq, işğaldan azad olunmuş bölgələrdə Günəş, külək, biokütlə, termal, geotermal və digər bərpa olunan enerji mənbələrinin istehsalı məqsədilə bölgədə külək və günəş enerji stansiyalarının, həmçinin su anbarlarında, göllərdə, kiçik çaylarda su elektrik stansiyalarının tikilməsi nəzərdə tutulur. Konsepsiya sənədinə əsasən, 6 rayonda (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər) günəş elektrik stansiyalarının tikintisi üçün ümumi sahəsi 14 min 427 hektar və güc qoyuluşu potensialı 7214 meqavat olan 8 perspektiv ərazi müəyyən edilib. Hər bir ərazi üzrə düşən günəş radiasiyasının miqdarına görə gözlənilən enerji istehsalı müəyyənləşdirilib. İşğaldan azad edilmiş ərazilərdə günəş enerjisi layihələri həyata keçirmək üçün əlverişli potensial var. Belə ki, Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli ərazisində müşahidə edilən günəş radiasiyası Naxçıvan MR-da müşahidə edilən Günəş radiasiyasından sonra ölkə üzrə ən əlverişli ikinci regiondur. İlkin müşahidələr nəticəsində əlverişli günəş radiasiyanına malik müvafiq ərazilər müəyyən edilib. Bu ərazilərdə günəş enerjisi potensialı 7200 MVt-dan artıq qiymətləndirilir. Aparılan ilkin tədqiqatlar, günəş enerjisi layihələri üçün topoqrafiya, iqlim şəraiti, şəbəkəyə yaxınlıq, enerji istehsalı potensialı, nəqliyyat infrastrukturu və digər texniki faktorların müqayisəli təhlili əsasında Cəbrayıl və Zəngilan rayonlarının ərazisi məqsədəuyğun hesab edilibdir. Həmçinin, Laçın və Kəlbəcərin dağlıq hissələrində əlverişli külək potensialının olması müəyyənləşib. Coğrafi relyef və digər faktorlar nəzərə alınaraq, ilkin olaraq külək enerji potensialı 500 meqavatadək qiymətləndirilir. Həmçinin, bu ərazilər kifayət qədər zəngin enerji mənbələrinə malikdir, Azərbaycanın daxili su ehtiyatlarının təqribi 25%-i formalaşır və bu da təxminən illik 2.56 milyard m3 təşkil edir. Bu da kiçik SES və termal stansiyaların tikintisi üçün imkanlar deməkdir.
Beləliklə, mövcud potensial xarici investorlara təqdim edilib və onlara əlverişli sərmayə imkanları, vergi, gömrük güzəştləri müqabilində Qarabağ və Şərqi-Zəngəzurda Yaşıl Enerji Zonasının yaradılmasında ən aktiv iqtisadi alət kimi gələcəkdə daha da səmərəli təsirlərini göstərəcəkdir. Qlobal miqyasda bərpaolunan enerji sahəsində 8.000 meqavat olmaqla elektrik enerjisi sahəsində ümumilikdə 30 min 200 meqavat qoyuluş gücünə bərabər istehsal və 45 mlrd. ABŞ dolları məbləğində investisiya portfelinə malik olan “ACWA Power” kimi nəhəng investorun Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji”yə keçiddə ön planda yer alması digər sərmayəşçilər üçün də qapı acaçacaq. Yaxud, bərpa olunan enerji sahəsi üzrə hazırda ümumi qoyuluş gücü 4.000 meqavat həcmində istehsal portfelinə sahib olmaqla bu sahəyə indiyədək 8,5 mlrd. dollar məbləğində investisiya qoyuluşu həyata keçirmiş BƏƏ-nin “Masdar” şirkəti bu sırada ilk yerlərdə dayanmaqla Şərqi Zəngəzurda təmiz enerjinin investisiya simasına çevrilmək iqtidarındadır.
Beləliklə, Azərbaycan hökuməti bütün iqtisadi imkanları və vergi-gömrük güzəştlərini səfərbər edərək həm qlobal miqyasda ekoloji cəhətdən xüsusi üstünlüyə malik yaşıl enerji istehsalını artırır, ölkədə “yaşıl iqtisadiyyat” konsepsiyasının əsas hədəflərindən birinə çatmağı planlaşdırır, həm də ən strateji məqsədlərindən biri olan işğaldan azad edilmiş ərazilərin geniş xarici investisiya zonasına çevirir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50

