Avropa çempionatında qızıl medal qazanan stolüstü tennisçilərlə görüş keçirilib
26.07.2018 [10:37]
Rumıniyanın Kluj-Napoka şəhərində keçirilmiş stolüstü tennis üzrə gənclər arasında Avropa çempionatında qızıl medal qazanan qızlardan ibarət Azərbaycan yığmasının üzvləri ilə iyulun 25-də Gənclər və İdman Nazirliyində görüş olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov, yığma komandanın üzvləri və digər şəxslər iştirak ediblər.
Parlaq nailiyyət münasibətilə idmançılarımızı təbrik edən İ.İsmayılov bildirib ki, Azərbaycanda böyüklərlə yanaşı, yeniyetmə atletlər də uğurlu nəticələr qazanırlar. Rusiya kimi komandanı məğlub edib, Avropa çempionu olmaq böyük uğurdur. Bu münasibətlə idmançılarımızı təbrik edirəm. Komanda idman növləri çox çətindir. Burada bütün idmançılar yaxşı nəticə göstərməlidirlər. Yeniyetmə idmançılara göstərilən diqqət və qayğının bu qələbədə rolu böyükdür. Stolüstü tennisçilərimiz yeniyetmələrin Yay Olimpiya Oyunlarına da lisenziya qazanıblar. Bu, çox böyük nailiyyətdir.
Qazanılan nailiyyət münasibətilə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayevi və idmançıları təbrik edən İ.İsmayılov qarşıdakı yarışlarda komandaya uğurlar arzulayıb.
Stolüstü tennisçilərin Rumıniyanın Kluj-Napoka şəhərində keçirilmiş turnirdə uğurla çıxış etdiklərini diqqətə çatdıran Federasiyanın vitse-prezidenti Fazil Məmmədov bu nəticənin Azərbaycanda stolüstü tennis idmanının tarixində xüsusi yer tutduğunu vurğulayıb: “Bu, Azərbaycanın qələbəsidir. Stolüstü tennisə xarici mütəxəssislər cəlb edib, uğur qazanmalıydıq. Bunu da bacardıq. Üç il öncə bu idman növünün inkişafına başladıq. Bizim idmançılarımız 14 yaşından qeydiyyatda olanlardır. Gələcəkdə də uğurlara imza atmağa çalışacağıq. Stolüstü tennis idman növü çox çətindir. Dünya üzrə bizi çox çətin rəqabət gözləyir. İdmançılarımız ilk dəfə yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcəklər. Ona görə də hansı nəticə qazanacağımızı deyə bilmərik”.
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov da kollektivi təbrik edərək bu uğurun idmançılara əlavə stimul verəcəyini bildirib.
Azərbaycan millisinin üzvü Nəzakət Qarayeva məşqçilərə və federasiya rəhbərliyinə təşəkkür edib.
Ning Jing isə Azərbaycanı təmsil etməyin qürurverici olduğunu söyləyib və çətin rəqiblərlə mübarizə apararaq zəngin təcrübə qazandıqlarını bildirib.
Qeyd edək ki, Azərbaycan idmançısı Ning Jing gənclər arasında Avropa çempionatında bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. Qızlardan ibarət milli komandamız isə finalda Rusiyanı məğlub edərək çempionatın qalibi olub.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00

