Ağır atletika yarışlarına yekun vurulub
18.05.2017 [09:51]
Mayın 17-də İslamiadanın ağır atletika yarışlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan idmançıları yarışlarda 1 qızıl və 3 bürünc medal qazanıblar.
Ağır atletika yarışlarının sonuncu günündə qadınlar 90, +90, kişilər isə 105, +105 kiloqram çəki dərəcələrində mübarizə aparıblar. Azərbaycanı Fidan Əbdürrəhmanova (90 kq) və Azər Məmmədli (+105 kq) təmsil ediblər.
Yarışda 90 kiloqram çəki dərəcəsində qızıl medala toplam 224 kiloqram (99+125) nəticə ilə misirli Dina Bərəkət sahib olub. İkinci və üçüncü yerləri Kamerun təmsilçiləri tutublar. Gümüş medala 223 kiloqram (100+123) nəticə ilə Numbissi Mekunyi, bürünc medala isə 207 kiloqramı (87+120) ram edən Flore Um Albertine layiq görülüblər. Fidan Əbdürrəhmanova toplam 135 kiloqram (60+75) nəticə ilə yeddinci yeri tutub.
Yarışda 90 kiloqramdan yuxarı çəki dərəcəsində də misirli qadın atlet çempion adına layiq görülüb. Bu ölkənin təmsilçisi Şaima Haridi 275 kiloqramı (120+155) ram edərək yarışın birincisi olub. İndoneziyalı Nurul Akmal 230 kiloqram (99+131) nəticə ilə ikinci pillədə qərarlaşıb. İlk üçlüyü isə 221 kiloqram (95+126) nəticə ilə tunisli Marva Jelassi tamamlayıb.
Kişilər arasında 105 kiloqram çəki dərəcəsində iranlı atlet Barari Mohammadreza çempion olub. O, toplam 395 kiloqram (175+220) nəticə ilə qızıl medalı təmin edib. Gümüş medala da iranlı idmançı layiq görülüb. Salvan Alaifuri toplam 391 kiloqramlıq (176+215) nəticə göstərib. Özbəkistan təmsilçisi İvan Yefremov isə 380 kiloqramı (175+205) ram edərək bürünc mükafata yiyələnib.
Kişilər arasında 105 kiloqramdan yuxarı çəki dərəcəsində özbəkistanlı Rustam Canqabaev toplam 431 kiloqram (193+238) nəticə ilə qızıl medal qazanıb. Onun göstərdiyi bu nəticə İslam Həmrəyliyi Oyunlarında rekord göstərici olub. Fəxri kürsüdə ikinci və üçüncü yerləri İran təmsilçiləri tutublar. Gümüş medala 414 kiloqram (188+226) nəticə ilə Homayaun Teymouri, bürünc medala isə 399 kiloqramı (181+218) ram edən Ramin Rabiebifaradanbeh layiq görülüblər. Təmsilçimiz Azər Məmmədli isə toplam 379 kiloqramlıq (168+211) nəticə ilə fəxri kürsüdə yer ala bilməyib.
Xatırladaq ki, beş gün davam edən ağır atletika yarışlarında Azərbaycan 8 qadın və 8 kişi idmançı ilə təmsil olunub. İdmançılarımız yarışlarda 1 qızıl və 3 bürünc medal qazanıblar. Qızıl medalı millimizin aktivinə Anastasiya İbrahimli (69 kq), bürünc medalları isə Səbinə Əzimova (53 kq), Elnurə Abbasova (63 kq) və Rövşən Fətullayev (94 kq) yazdırıblar.
Xəbər lenti
Hamısına baxDünya
28 May 18:32
Dünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28

